Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:20

Misir mətbuatı da etirazlara qoşulub


Foto arxiv
Foto arxiv
Misirin bir sıra müstəqil və müxalifət qəzeti prezident Mohammad Morsinin səlahiyyətlərini artırmasına etiraz olaraq çapı dayandırıblar
Jurnalistlər bunu ifadə azadlığının pozulması kimi qiymətləndirirlər.

Dekabrın 4-dən başlayan aksiyaya azı 8 qəzet qoşulub.
Özəl televiziya kanalları da dekabrın 5-dən etiraz aksiyasına qoşulacaqlarını bildirirlər.
Həmçinin müxalifət fəalları paytaxt Qahirədə kütləvi etiraz aksiyasına hazırlaşırlar.

Müxalifət prezident və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda ittiham edir.
Dekabrın 15-də yeni konstitusuya referenduma çıxarılacaq.
Prezident Muhammad Morsi isə ölkədə demokratik prosesə sadiq olduğunu bildirir.
XS
SM
MD
LG