Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:42
-
Dekabrın 3-də – «Eurovision -2012» mahnı müsabiqəsi ərəfəsində Bakı və regionlarda terror hadisələri planlaşdırmaqda və «SEPAH»la əlaqələrdə təqsirli bilinən dəstə üzvlərinə hökm oxunub.

Təqsirləndirilən 4 şəxsə 12 ildən 14 ilədək iş kəsilib. Musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) ümumilikdə 40 şübhəlini saxlamışdı.

Dekabrın 4-də açıqlanan Qlobal Terrorçuluq İndeksində (GTI) Azərbaycan terrordan təsirlənən 158 ölkə içində 81-cidir. İlk dəfə açıqlanan bu indeksi Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutu hazırlayıb.

2007-DƏN BƏRİ SABİTLƏŞMƏ GEDİB

Terrorçuluğun ölkələrə təsiri 10 ili əhatə edir. Bütövlükdə 158 ölkənin bu bəladan çəkdiyi ziyan 4 indikator üzrə araşdırılıb: terror olayları, terrordan ölüm halları və xəsarətlərin sayı, eləcə də mülkiyyətə dəyən ziyanın dərəcəsi.

İndikatorlara dayanaraq hər ölkə üçün son 5 ilin orta həddi müəyyənləşdirilib. Verilən ballar ayrılıqda hər ölkədə terror hücumlarının cəmiyyətə təsirini göstərir. Söhbət bənzər olaylardan duyulan qorxu və ona qarşı həyata keçirilən təhlükəsizlik tədbirlərindən gedir.

İnstitut bildirir ki, 2002-ci ildən 2007-ci ilədək terror hücumlarının sayı arta-arta gedərək, daha sonra dəyişməz həddə çatıb. 2005-ci ildən 2007-ci ilədək baş verən ən böyük artım daha çox İraq hadisələri ilə İlham İsmayıl

İlham İsmayıl

bağlıdır.

2002-2011-ci illərdə terror qurbanlarının üçdə birindən çoxu da elə iraqlılar olub.

QONŞULARIN REYTİNQİ

İndeksdə 1-ci yerdə İraq, 2-ci Pakistan, 3-cü Əfqanıstandır. Azərbaycanın qonşularından Rusiya 9-cu, İran 17-ci, Gürcüstan 42-ci, Ermənistan 97-ci yerdədir.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl düşünür ki, bu indeks gerçəyə uyğun səslənir və MTN-nin qarşısını aldığı deyilən terror cəhdləri həmin indeksdə görsənməyə də bilər:

«Baş tutmayan terror və terror cəhdləri var. Açığı, indi yüksək beynəlxalq terrorçuluq səviyyəsində Azərbaycana hücum yoxdur. Durum, tutaq ki, İraqda, Pakistanda, Əfqanıstanda olduğu kimi deyil».

HESABATIN ÜZƏ ÇIXARDIĞI FAKTLAR

İraqda partlayış

İraqda partlayış

GTI üzə çıxarıb ki, aşağı gəlirli ölkələr orta gəlirli ölkələrə nisbətən terrorçuluqdan daha az əziyyət çəkirlər. Bu, yoxsulluğun başlıca terrorçuluq mənbəyi olmaması anlamına gəlir.

2002-2011-ci illərdə Şimali Amerika terrorçuluqdan ən az ziyan çəkən region olub.

2007-ci ildən bəri terror hücumlarından ölüm halları 25% azalıb.

2002-ci ildən bu yana reytinqi araşdırılan 158 ölkədən yalnız 31-də terror hücumu olmayıb.

Əksər hücumlar daha geniş münaqişə şəraitində baş verir.

Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutu Sidneydə mənzilləşmək ən tədqiqat təşkilatıdır, Nyu-Yorkda filialı var. Məqsədi – dünyada sülhü diqqət mərkəzində saxlamaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG