Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:25

Mədəniyyət nazirinin erməni müavini lətifənin qurbanı oldu


Yuri Meçitov

Yuri Meçitov

-

Gürcüstanın mədəniyyət nazirinin yeni təyin edilən iki müavini işdən çıxarıldı.

Erməni əsilli Yuri Meçitov sosial şəbəkələrdə gürcülər haqda paylaşdığı lətifələrin qurbanı olub, Xatuna Xundadze isə prezident Saakaşvilinin ünvanına işlətdiyi söyüşlərin.

Meçitov Sameqrelo bölgəsində yaşayan gürcülər haqda lətifələr paylaşırmış. Bu da bölgə sakinlərinin etirazına və nazir müavininə qarşı imza toplanmasına səbəb olub.

Vəzifədən uzaqlaşdırılsalar da, keçmiş müavinlərə nazirlikdə başqa işlər tapşırılacaq.

Yuri Meçitov Gürcüstanın tanınmış fotoqraflarındandır. Bir çox kitabların müəllifidir, ölkədə və xaricdə 70-dən çox sərginin iştirakçısı olub. Xüsusən də tanınmış erməni kinorejissoru Sergey Paracanovun fototlarını çəkməsi ilə tanınıb. Ona müavin kimi teatrlar, kinostudiyalar və mədəniyyət sahəsindəki təhsil ocaqlarının kurasiyası tapşırılmışdı.
XS
SM
MD
LG