Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24
Dünyada yaşamağa ən yaxşı şəhər Avstriyanın paytaxtı Vyanadır.

Yaşamağın, həyatın keyfiyyəti haqda Mercer təşkilatının yeni hesabatına görə, ikinci yerdə Sürixdir (İsveçrə). 3-cü yerdə Yeni Zelandiyanın Oklend şəhəridir. 4-cü yerdə Münxendir (Almaniya).

TBİLİSİ AFRİKA ŞƏHƏRLƏRİ İLƏ YANAŞIDIR

Hesabatda Bakı yoxdur. Ancaq Tbilisi 213-cü yerdədir.
Tbilisi siyahıda ən aşağılardadır, Afrika şəhərləri ilə qonşudur - Mavritaniyanın Nouakchott, Konqonun Brazzavil şəhərləri ilə yanaşı qoyulub.

Mercer öz hesabatını həyatın keyfiyyətini müəyyən edən 39 amil əsasında hazırlayıb- bunlar siyasi, iqtisadi sabitlik, cinayətkarlığın səviyyəsi, təhsil, nəqliyyat və s. amillərdir.

AVROPA LİDERDİR

Dünyada yaşamağa 25 ən yaxşı şəhərdən 15-i Avropa şəhərləridir.
Avropa şəhərləri arasında isə ən çox təmsil olunan Almaniya və İsveçrə şəhərləridir.
Dünyada birinci 10-luqda 3 Almaniya və 3 İsveçrə şəhəri var.

Qərbi Avropada ən aşağı yerdə olan Afinadır- 83-cü yer.

KANADA ABŞ-DAN ÖNDƏDİR

Şimali Amerika regionunda isə Kanada şəhərləri ABŞ şəhərlərindən yaşamağa daha yaxşı yerlər hesab olunur.

Kanada şəhərlərindən Vankuver dünyada 5-ci, Ottava 14-cü, Toronto 15-ci, Monreal 23-cü yerdədir. Müqayisə üçün, ABŞ şəhərlərindən ən yaxşısı Havay adalarının Honolulu şəhəridir – 28-ci yer.
San Fransisko 29-cu, Boston 35-ci, Nyu York 44-cüdür.

PRAQA, BUDAPEŞT, DUBAY

Şərqi Avropada yaşamağa ən yaxşı yer Praqadaır- dünyada 69-cu yer. Sonra Budapeşt gəlir- 74-cü yer.

Yaxın Şərqdə yaşamağa ən yaxşı yer isə Dubaydır- dünyada 73-cü yer.

Şərhləri göstər

XS
SM
MD
LG