Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Qadın evdə oturmalıdır?


İslam və qadın
Gözlə
Embed

No media source currently available

0:00 0:02:56 0:00

İslam və qadın

Suriyalı vaiz Houda al-Habash ilk dəfə 1982-ci ildə qızlara Quran öyrətmək üçün yay məktəbini açıb və “Gözündəki nur” filmində 30 il boyunca Dəməşqdə davam edən bu kurslardan danışılır.

Qızlar burada ayə-ayə Quranı əzbərləyirlər, onun əsl mənasını anlamağı və başqa İslami bilikləri öyrənirlər. Amerikalı film müəllifləri Julia Meltzer və Laura Nix deyir ki, onlar filmlərində Al-Habash kimi müsəlman qadınların həyatlarını və dəyərlərini göstərməyə çalışıblar.

Laura Nix:
“O qadınların məscidə gəlmələrinin tərəfdarıdır. Onların çox ciddi şəkildə oxumalarını istəyir. O, qadınların təhsilli olmasını, istəsələr işə düzələ bilməsini istəyir. Təbii ki, bunun önündə cəmiyyətdə müəyyən əngəllər var, ancaq o inanır ki, bu önyarğıları məhz İslamın vasitəsi ilə dəyişdirə bilər”.

Filmdə Al-Habashın sözlərinə görə, İslamda öyrənmək də ibadətdir. Və o, “qadın evdə oturmalıdır” deyən mühafizəkar ruhanilərə qarşı çıxır.

HOUDA AL-HABASH:
Müsəlmanlar özləri qadına çox şeyi qadağan edirlər – öyrənmək - öyrətmək haqqını, hətta məscidə girməyi. Amma bu cahillikdir, bunun dinə dəxli yoxdur.

Al-Habash da yetərincə mühafizəkar inanclıdır. Məsələn, qadının İslama görə, başını hicabla örtməli olduğunu və ev işlərini görməli olduğunu düşünür. Amma o, həm də qızlara daha dolu həyata sahib ola biləcəklərini aşılamaq istəyir:

HOUDA AL-HABASH:

“Sizin seçiminiz azaddır. Düşüncəniz, inancınız azaddır. Hər şeydə azadsınız. Qadın müəllimə də ola bilər - tələbə də. Rəhbər də ola bilər, hakim də. Şəriət qadına prezident olmağa icazə verirmi – Bəli !”

Meltzer və Nix “Gözündəki nur” filmini Dəməşqdə çəkiblər, 2011-ci ildə üsyanın başlanmasından az əvvəl. Çəkilişlər üçün hökumətdən icazələri olmayıb, odur ki, gizli çəkiblər.

JULIA MELTZER:
“Biz heç özümüzü təhlükədə hiss etmədik, amma anlayırdıq ki, istənilən vaxt deyə bilərlər ki, dayandırın çəkilişi. Əslində Houda üçün daha təhlükəli, riskli iş idi, çünki bizi öz həyatına, məscidə buraxmışdı”.

Sənədli film ABŞ-da İctimai televiziyada nümayiş etdirilib. Houda Al-Habash və ailəsi isə 2012-ci ilin ortasında, toqquşmalar üzündən Suriyadan qaçıb. Amma ümid edir ki, ölkəsində sülh bərqərar olanda, o da öz məktəbini davam etdirə biləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG