Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:04

ABŞ dövlət katibinin nümayəndəsi Bakıya gəlir


ABŞ dövlət katibi köməkçisinin xalq diplomatiyası və ictimai işlər üzrə müavini Bay Fang dekabrın 4-də Azərbaycana iki günlük rəsmi səfərə gəlir.

Səfərdə əsas məqsəd Azərbaycanda ictimai diplomatiya məsələləri, eləcə də ABŞ səfirliyinin bu sahədə gördüyü işlər ilə tanışlıqdır.

Bu barədə AzadlıqRadiosuna ABŞ-ın Bakıdakı səfirliyindən məlumat veriblər.

Qeyd ediblər ki, xanım Bay Fang-in Azərbaycanda rəsmi görüşləri dekabrın 5-i və 6-na planlaşdırılıb. O, Bakı, Sumqayıt və Salyan şəhərlərində gənclərlə görüşüb, ictimai diplomatiya ilə bağlı onlarla fikir mübadiləsi aparacaq:

«Xanım Bay Fang Azərbaycana ilk dəfədir səfərə gəlir. Səfər deyilən istiqamətdə Azərbaycanla tanışlıq xarakteri daşıyır».
XS
SM
MD
LG