Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:40

Xəzərdə itkin düşmüş dörd balıqçı xilas edilib


Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 balıqçının yeri müəyyən olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının məlumatına görə, onlardan biri xilas edilərək FHN-in Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Digər 3 nəfər helikoperin göyərtəsinə qalxmaqdan imtina edib. Onlar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, qayıq isə yedəyə alınıb.

Məlum olub ki, qayıq yanacaq bitdiyi üçün dənizdə qalıb.

Balıqçılar dekabrın 2-də səhər saatlarında dənizə çıxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG