Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01

Ağ Ev Suriyada kimyəvi silahdan istifadə bağlı gözlənilməz addımlara hazırlaşır



Ağ Ev bildirir ki, Birləşmiş Ştatlar Suriyada kimyəvi silahdan istifadə olunacağı barədə getdikcə artan ehtimallardan narahatdır, Ağ Evin sözçüsü Jay Carneyt dekabrın 3-də bildirib ki, Vaşinqton mümkün gözlənilməz hadisələrə hazırlaşır. Amma o, həmin hazırlıq planlarının detalları barədə məlumat verməyib.

Bu gün Çex Respublikasının paytaxtı Praqada səfərdə olan Dövlət Katibi Hillary Clinton da bildirmişdi ki, Assad rejiminin kimyəvi silahdan istifadəsi “qırmızı xətt”i keçməsi və ona qarşı kənardan müdaxilə üçün əsas ola bilər.

Elə bu gün Suriyanın xarici İşlər Nazirliyi bəyan edib ki, “hökumət heç vaxt və heç bir şərt daxilində kimyəvi silahdan öz xalqına qarşı istifadə etməyəcək”.

Eyni zamanda BMT də bəyan edib ki, təhlükəsizliklə bağlı ciddi narahatlıqlara görə Suriyada son dərəcə vacib olmayan sahələrdə çalışan işçilərini bu ölkədə çıxarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG