Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Sədaqət Əliqızı


BU GÜNDƏ DƏ

Bu gün də gerçəkləşmədi ümüdüm.
Daha bir arzumu dəfin etdim.
Arzular qəbirsitanlığıdır ürəyim,
Bu gün də dardı şəhərin küçələri,
Sıxır məni ruhum cismimi
sıxdığı kimi.
Yanında dayandığım binanın,
birinci mərtəbəsi, duyuram
şən musiqi sədasını
Bir xoşbəxtin sevgilisinə
etdiyi etirafını.
Çəkib ciyərlərimə payızın rutubət
qoxuyan havasını, gedirəm
Bu axşam da gecələyə biləcəyim
yerə tələsirəm.



SEVİRƏM DƏLİCƏSİNƏ

Ağır yağış yağır çöldə,
sərsəri ruhum bu gecə də
Islanır küçələrdə.
Yaşayıram yağmurlarda
Küləklərdə.
Daha sevgi axtarmıram
buza dönmüş ürəklərdə.
Gecənin nəm çəkmiş kiprikləri
ağırlaşır.
Buludların yaşı axır
göz yaşlarıma qarışır
Oturub üz-üzə nəfəs-nəfəsə,
Yağmurlarla dərdləşirəm
səssizcə.
Mən yağmurları sevirəm,
dəlicəsinə.


İNSAN ÖMÜRLƏRİNİ

Dostum, yaman qorxudur
dünyanın işləri məni
Yoxa çıxıb sevənlərin gözündəki
xoşbəxtlikləri
Gərəksizləşib körpə gülüşləri,
Ucuzlaşıb insan ömrünün dəyəri...
Qorxuram öləndə ağlayan
Olmasın məni,
Odur ki yas qurmaq
O ki var ağlamaq istəyirəm özümü.
Bütün dəyərsizləşmiş insan ömürlərini.


O ADDIMLAYIR

O adımlayır boş küçələri
tələsmədən.
İllər öncə keçmişdi
Tələsəcəyi yeri görmədən
Nəyi vardı itirmişdi
elə birdən.
İtirmək istədiyi şeyi
Itirə bilmirdi istəsə də.
Çünki dükanların ən cazibəli,
Vitrinlərində düzürdülər onu həmişə.
O bir şüşənin içi qədər
cənnət bağışlayırdı ona.
Sonra cəhənnəm alardı ağuşuna.
Təzədən əli şüşəyə yetənə qədər.


ADI İLƏ ÖYÜNƏN KİŞİ

Xor gördün qadını,
Zəkasını, işini.
Qorxu üstündə qurdun hakimiyyətini,
özünə güvənməyən kişi.
İllərlə əydin sındıra
bilmədin,
Görəndə səndən güclüdür,
çıldırdın.
Hər zaman itirməkdən qorxdun,
Özün itərsən deyə
Dəymədin sevgisinə,
Adına qadın desən də.
Çəkdirdin ona çilə,
Sevinci qramla verdin ,
Kədəri batman ilə.
Öldürmədin əllərinlə,
“Öldürdün sevginlə”
Adı il öyünən kişi.

Günün bütün mövzuları

XS
SM
MD
LG