Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Havanın çirkli olmasına görə Tehranda məktəblər və dövlət idarələri bağlanır



İran mediası bazar ertəsi xəbər verib ki, hava çirkli olduğundan dekabrın 4-ü və 5-də paytaxt Tehranda məktəblər, universitetlər, dövlət idarələri bağlı olacaq. Tehranın qubernatoru yalnız xəstəxanalar və bankların açıq olacağını bildirib. Amma o, həm də paytaxt sakinlərindən ehtiyac olmadan evlərindən kənara çıxmamağı xahiş edib.

Son bir neçə gündə xüsusilə avtomobillərin tüstüsü Tehran və başqa iri şəhərlərdə havanı kəskin çirkləndirib. İki dağın ortasında yerləşən Tehranda xüsusilə ağır şərait yaranıb.

Adətən payız aylarında havanın çirkli olmasına görə ciddi sağlamlıq problemləri yarananda paytaxt rəsmiləri işi dayandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG