Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:32

Putin «Assad rejiminə vəkil deyilik» deyir


Baş nazir Tayyip Erdogan (sağda) prezident Vladimir Putinlə görüşdə. 3 dekabr 2012
Baş nazir Tayyip Erdogan (sağda) prezident Vladimir Putinlə görüşdə. 3 dekabr 2012
-
Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putinin bildirib ki, onlar Suriya rejiminin vəkilləri deyillər, sadəcə olaraq bu regionun gələcəyindən narahat olduqları üçün Bashar al-Assad rejimi ilə əməkdaşlıq edirlər:

- Mən bu barədə çox demişəm, biz Suriyanın hazırkı rejiminin vəkili deyilik. Bizim əsas narahatlığımız gələcəklə bağlıdır.

Türkiyə açıq şəkildə Moskvanın müttəfiqi olan Suriyadakı Bashar al-Assad rejiminin istefa verməli getməli olduğunu bəyan edir. Bu mübahisəyə görə Moskva ilə Ankara arasında münasibətlər son aylar bir qədər soyumuşdu.

Türkiyənin Baş naziri Recep Tayyib Erdoganla birgə keçirdiyi mətbuat konfransında Putin Ankaranın NATO-dan Türkiyə-Suriya sərhədlərinə Patriot tipli hava hücumundan müdafiə sistemləri yerləşdirmək istəyinə də şərh verib. Putin bildirir ki, hər şeydən əvvəl bunlar hazırda dünyada mövcud olan ən müasir sistemlər deyillər: “Biz Suriya ilə sərhədlərdə Türkiyə əhalisinin və hökumətinin narahatlığını başa düşürük. Amma eyni zamanda belə sistemlərin yerləşdirilməsinə qarşı da çıxırıq. Çünki bu cür müdafiə tədbirləri sərhəd ərazilərində sabitliyi bərqərar etmir, əksinə, vəziyyəti daha da qızışdırır.”

Türkiyə Suriya ərazisindən atılan raketlərdən öz vətəndaşlarını qorumaq üçün NATO-dan Patriot tipli havadan müdafiə sistemlərinin yerləşdirilməsini xahiş edib. Türkiyənin də üzv olduğu bu alyans artıq belə sistemləri Ankaraya verməyə ilkin olaraq razılaşıb. Amma Moskva buna qarşı çıxış edir.

Bu, Rusiya prezidentinin son iki ayda xarici ölkəyə ilk səfəridir. Bir neçə səfərini təxirə salmasından sonra 60 yaşlı Vladimir Putinin ciddi onurğa xəstəliyindən əziyyət çəkməsi barədə xəbərlər yayılıb. Amma Kreml bu məlumatları rədd edir.

Vladimir Putinin dekabrın 5-də də Türkmənistana səfəri nəzərdə tutulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG