Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50
-
Dünyanın ilk SMS-ində nə yazılıb, bilirsən? Cəmi 2 söz «Merry Christmas!» – yəni «Milad bayramınız mübarək!». Dünyanı dəyişən bu hadisə dübbədüz 20 il əvvəl baş verib. İlk dəfə olaraq britaniyalı mühəndis Neil Papworth öz kompüterindən dostlarının telefonuna məhz bu mətni göndərib.

20 il ötəndən sonra SMS xidməti dünya üzrə 112 milyard dollar gəlir verən və trilyon sayda mətnlərin mübadiləsini təmin edən sahəyə çevrilib.

Bu yubiley günündə SMS istifadəsi ilə bağlı yaddaqalan hadisələri bir yerə topladıq.

1. Ən maraqlı olaylardan biri Finlandiyada 2008-ci ildə baş verib. Həmin ilin aprelində bu ölkənin Xarici İşlər naziri Ilkka Kanerva istefa verməli oldu. Səbəb də bu idi ki, qəzetlər 64 yaşlı nazirin 29 yaşlı erotik rəqs qrupunun rəhbərinə yazdığı SMS-in mətnini dərc etdi. Nazir deyirdi ki, yazdığı SMS erotik rəqqasələrin onun 60 illik yubileyindəki çıxışına görə təşəkkür idi. Lakin siyasi ictimaiyyət belə bir addım ilə onun vəzifəsinin bir araya sığmadığı fikrində idi. Beləliklə də, istefa ilə nəticələnən SMS faktı tarixə düşdü.

2. 2009-cu ilin noyabrında Kanadada SMS kuryozu baş verdi. Bu ölkənin Nəqliyyat nazirinin Baş nazirə yazdığı SMS-də 3 söz var idi: «Thatcher dünyasını dəyişdi». Nazir əslində öz pişiyini nəzərdə tuturdu. Vaxtilə bu pişiyə sevimli siyasətçisinin adını verəndə, ağlına da gəlməzdi ki, 16 ildən sonra onun siyasi fəaliyyətində problem yarada biləcək. Margaret Thatcher

Margaret Thatcher

Nə problem? SMS-i alan Baş nazirin köməkçisi, aydındır ki, söhbətin pişikdən getdiyini ağlına da gətirmir və bütün Kanadada matəm tədbirlərinin keçirilməsi haqda göstəriş verir. Sonradan məlum olanda ki, Britaniyanın sabiq Baş naziri Margaret Thatcher sağdır, belə bir ifadə işlədir: «O pişik ölməsəydi, indi mən onu öz əlimlə öldürərdim».

3. Tarixə düşən SMS-lərin biri də Norveçdəki faciəvi Utoya hadisələri ilə bağlıdır. Qatil Andres Breivik öz müdhiş qətllərini törətdiyi zaman ağacların arxasında gizlənən Julie Bremnes anasına 40-a yaxın SMS göndərir: «Ana, polisə de ki, tələssinlər, burada adamlar ölür». İlkin olaraq Bremens anasına zəng edirdi, lakin qatildən gizli qalmaq üçün SMS-lərə keçməli olub.

4. SMS-lər ekstremal vəziyyətlərdə də güclü vasitə ola bilər. Məsələn, Misir hadisələri zamanı Hosni Mubarak istefa verəndən sonra rabitə naziri tapşırıb ki, əhaliyə SMS göndərib hamını sakit mübarizəyə və quldur dəstələrinin özbaşınalığına qarşı birləşməyə çağırın. Deyilənə görə, bu tədbirin səmərəsi az olmadı.

5. Və nəhayət, Amerika tarixində ilk dəfə 2008-ci ildə Barack Obama özünün vitse-prezident namizədinin adını SMS-lə açıqladı.
XS
SM
MD
LG