Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Misirin ali ədliyyə qurumu referendumu boykot qərarına yenidən baxır



Misirin ali ədliyyə qurumu mübahisəli konstitusiya dəyişikliyi barədə referendumu boykot qərarına yenidən baxır. Bazar ertəsi qurumdan bildiriblər ki, səsverməni izləmək üçün hakimlər heyəti göndərəcəklər.

Ölkənin rəsmi MENA informasiya agentliyi Ali Hakimlər Şurasına istinadla məlumat verir ki, bu qurum dekabrın 15-də keçiriləcək referendumu müşahidə edəcək.

Bazar günü Misir hakimlərini təmsil edən Hakimlər Klubu bəyan etmişdi ki, prezident Muhammad Morsi-nin səlahiyyətlərini artırması üçün nəzərdə tutulan belə deyişikliyə etiraz olaraq referendumu boykot edir.
an belə dəyişiklik

Noyabrın 22-də Misir prezidentinin ölkə konstitusiyası dəyişərək öz səlahiyyətlərini artırmaq təşəbbüsü ölkə boyu etiraz aksiyalarının alovlanmasına səbəb olub. Aksiyalarda prezidentin əleyhdarları ilə tərəfdarları arasında toqquşmalarda rəsmilər azı iki nəfərin həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG