Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Ukrayna hökuməti istefaya getdi



Ukrayna prezidenti Viktor Yanukovych Baş nazir Mykola Azarov-un istefasını qəbul edib. Bazar ertəsi prezidentin saytında yayılan rəsmi qərarda qeyd edilir ki, indiki hökumət yeni nazirlərin təyin olunmasına qədər müvəqqəti olaraq vəzifələrini icra edəcəklər.

Oktyabrın 28-də keçirilmiş parlament seçkisində bir çox nazirlər, o cümlədən də indiki Baş nazir Azarov deputat mandatı qazanıb. Ona görə onlar hökumətdə tutduqları vəzifələrdən istefa verirlər.

Prezident Azarovun özünü və hansısa nazirləri yenidən əvvəlki vəzifələrinə təyin edə bilər. Ukraynada dolaşan məlumatlara görə prezident Yanukovych yaxın dostu Serhiy Arbuzov-u Baş nazir vəzifəsinə gətirə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG