Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59

Tacikistan Facebook və AzadlıqRadiosunun saytlarına qoyduğu qadağanı götürdü



Dekabrın 3-də Tacikistanda Facebook sosial şəbəkəsi və AzadlıqRadiosunun tacik xidmətinin saytına giriş üçün qoyulan qadağa aradan qaldırılıb. Artıq bu ölkədə də həmin saytlara giriş sərbəstdir.

Tacikistanın İnternet Xidməti Təchizatçıları Assosiasiyasının rəhbəri Asomuddin Atoev bildirir ki, artıq ölkənin Rabitə Nazirliyindən bu saytlara girişin bərpa edilməsi barədə göstəriş alıblar.

Facebook və AzadlıqRadiosunun tacik xidmətinə giriş keçən həftədən bağlanmışdı. Şənbə günü ABŞ-ın Düşənbədəki səfiri bu saytlara girişin qadağan olunmasından narahatlıq ifadə etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG