Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:55

Putin Türkiyəyə gedir


Dekabrın 3-də Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri nəzərdə tutulur. İki ölkə liderlərinin son illər Suriya böhranına görə soyuqlaşan münasibətləri, iqtisadi əlaqələrinin səviyyəsini müzakirə edəcəkləri gözlənir.

Türkiyə açıq şəkildə Moskvanın müttəfiqi olan Suriyanın Basha al-Assad rejiminin getməli olduğunu bəyan edir.

Bu, Rusiya prezidentinin son iki ayda xarici ölkəyə ilk səfəridir. Bir neçə səfərini təxirə salmasından sonra 60 yaşlı Vladimir Putinin ciddi onurğa xəstəliyindən əziyyət çəkməsi barədə xəbərlər yayılıb. Amma Kreml bu məlumatları rədd edir.

Vladimir Putinin dekabrın 5-də də Türkmənistana səfəri nəzərdə tutulur.
XS
SM
MD
LG