Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

Müttəfiqləri Rusiya və Çin də Şimali Koreyanın raket planlarından narahat olduqlarını deyirlər


Rusiya Şimali Koreyanı bu yaxınlara nəzərdə tutulan raket buraxılışını təxirə salmağa çağırır. Rusiya Xarici İşlər Nazirliyindən yayılan rəsmi açıqlamada deyilir ki, bu sınaqlar BMT qətnamələrinin pozulması demək olardı.

Pxenyan yeni raketlə orbitə kosmik peyk buraxmağa hazırlaşdığını bəyan edir. Amma Cənubi Koreya mediası əslində bunun nüvə başlığı daşıya bilən qitələrarası raketin sınağı olduğunu yazır. Şimali Koreya 2006 və 2009-cu illərdə iki dəfə nüvə silahını sınaqdan keçirib.

ABŞ və Şimali Koreyanın müttəfiqi olan Çin də artqı Pxenyanın planlarından narahatlıq ifadə ediblər.

Cənubi Koreya və Yaponiya artıq cavab tədbirləri ilə hədələyir.

Şimali Koreya uzaq mənzilli raketini dekabrın 10-u və ya 22-də kosmosa buraxacağını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG