Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:28

Alimlər karbonla çirklənmənin artdığını deyirlər


Arxiv foto
Arxiv foto
-

Yeni elmi hesabata görə, bu il sənayedən atmosferə karbon-dioksid tullantıları əvvəl gözləndiyi kimi 2.6 faiz deyil, 3 faiz olub. Halbuki iqlim dəyişmələrinə görə qazın atmosferə buraxılmasını azaltmaq sahəsində qlobal kampaniya aparılır.

Qlobal Karbon Layihəsi təşkilatının bazar ertəsi yaydığı hesabatda qeyd edilir ki, atmosferin çirklənməsində daha çox Çinin payı var.

Araşdırmaya görə, dünyanın ən çox atmosfer çirkləndirən ilk 10 ölkəsindən yalnız ABŞ və Almaniya karbon-dioksid tullantılarını azalda bilib.

Sənəd müəllifləri xəbərdarlıq edirlər ki, havanın indiki şəkildə çirkləndirilməsinin davam etməsi iqlimin getdikcə daha çox isinməsinə, quraqlıq və fırtınalara səbəb olacaq.

Hesabat Qatarda 190 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən iqlim dəyişikliklərinə qarşı mübarizəyə dair konfransda elan edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG