Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Bakıda terror törətməkdə ittiha olunan dəstə üzvlərinə hökm oxundu


«Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində Bakı və regionlarda terror hadisələri planlaşdırmaqda və «SEPAH»la əlaqələrdə təqsirli bilinən dəstə üzvlərinə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, dekabrın 3-də təqsirləndirilənlər Kamal Yaqubov, Rəşad Şahbazov, Rəcəb AbbasovAfiq Allahverdiyevin işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilənlərə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Kamal Rəcəbov 14 il, Rəşad Şahbazov 13 il 6 ay, Rəcəb Abbasov 12 il, Afiq Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) «Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirmiş, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirmişdi. Qrup üzvlərinin cinayət işləri mahiyyəti üzrə ayrı-ayrılıqda araşdırılıb.

Onlar Cinayət Məcəlləsinin dövlətə xəyanət, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham edilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG