Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

Müəllim şagirdləri döyəndə. Bir gizli videonun izi ilə



AzadliqFM - 3 dekabr 2012

Mövzunu Facebookdan şərh et
AzadlıqFM-in yeni rejimdə ilk proqramına sosial şəbəkələrdə əsas mövzusu - Müəllim zorakılığı ilə başlayırıq. SMS-in 20 illiyi ilə bağlı söhbətlə isə bitiririk.

Sualımız belədir: döyməklə uşağa dərs öyrətmək olarmı? Şəxsən sən müəllim qulaqburması və ya çubuq zərbəsini dadmısanmı? Veriliş bitsə də, məsələni Facebook-da və ya saytımızda şərh edə bilərsən.

BUGÜNKÜ QONAĞIMIZI İSƏ AZADLIĞA GÖRƏ DƏVƏT ETMİŞDİK. «Azadlıq» onun üçün doğma sözdür - ədəbiyyatdan doğmadır, jurnalistikadan doğmadır. Bu sıraya həm də «Facebook» qatılıb.

Yazar İRADƏ TUNCAY canlı efirdə bunları dedi.

- Telefonla sms yazmaq xoşuma gəlir... İndisə daha çox Facebook-da mesajlaşıram.

- Facebooka 2011-ci ildə qoşulmuşam. Xarici səfərə getmişdim. Orda məndən Facebookda olub-olmamağımı soruşurdular. Sonra qərara gəldim ki, Facebook-a qoşulum.

- Facebookda status yazmaq ovqatdan aslıdır.

- Facebook mənim iş ehtiyacımı təmin edib. Facebook vasitəsiylə işlərimin çoxunu görürəm. Yeni işə götürdüyüm insanların əksəriyyətini Facebookdan tanımışam...

- Uşaq müəllimdən savadlı dərs tələb etsin. Mobil telefonları məktəbdə ləğv etmək lazımdır.

- Mən müəllimin uşaqları döymək videosundakı situatsiyanı bilmirəm. Ona görə də konkret deyə bilmərəm bu nəyə görə baş verib...
Azərbaycan məktəblərində müəllimlərin çox böyük savad problemi var. Onlar şagirdləri maraqlandıra bilmirlər...

- Facebook-da mənə dostluq göndərənlər müxtəlif adamlardılar.

- Facebook insanlara bir az da ünsiyyət mədəniyyətini öyrədir...

- Virtual dünyanın problemləri də var. Elektron məktublar kağız məktubları sıradan çıxarıb. Məsələn mən Dostoyevskinin xarakterini həyat yoldaşına yazdığı məktublardan öyrənmişəm.

- Mən işə gələndə Facebook-u açıram. Kimsə sual yazanda cavab verirəm. Bir də axşam Facebook-da dostlarımla danışıram...

- Facebook-da özünü ağıllı, inqilabçı göstərmək çox asandı... Saxta profillərlə çoxlu yalançı qəhrəmanlar var...

- Facebook-da göndərişlərdən bezirəm... “Parlament Buxarılsın” aksiyasının dəvətləri mənə çox gəldi... Mənim həyat yoldaşım Aqil Abbas Parlamentdə deputatdır. İndi 1-2 nəfərə görə niyə tələb etməliyəm ki, Parlament buraxılsın?

- Hər şeyi söyməyə nə var ki? Gərək əməlinlə insanlara xeyir verəsən...

- Real həyatda mən ünsiyyətcil deyiləm. Ona görə Facebook-da məni görən dostlar müzakirəyə başlayırlar
XS
SM
MD
LG