Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:18

Alimlər karbonla çirklənmənin artdığını deyirlər



Yeni elmi hesabata görə bu il sənayedən atmosferə karbon-dioksid tullantıları əvvəl gözləndiyi kimi 2.6 faiz deyil, 3 faiz olub. Halbuki iqlim dəyişmələrinə görə belə qazın atmosferə buraxılmasını azaltmaq sahəsində qlobal kampaniya aparılır.

Qlobal Karbon Layihəsi təşkilatının bazar ertəsi yaydığı hesabatda qeyd edilir ki, atmosferin çirklənməsində daha çox Çinin payı var.

Araşdırmaya görə dünyanın ən çox atmosfer çirkləndirən ilk 10 ölkəsindən yalnız ABŞ və Almaniya karbon-dioksid tullantılarını azalda bilib.

Sənəd müəllifləri xəbərdarlıq edirlər ki, havanın indiki şəkildə çirkləndirilməsinin davam etməsi iqlimin getdikcə daha çox isinməsinə, quraqlıq və fırtınalara səbəb olacaq.

Hesabat Qatarda 190 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən iqlim dəyişikliklərinə qarşı mübarizəyə dair konfransda elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG