Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

Vladimir Vısotski. Mən sevmirəm


Vladimir Vısotski, 1979
Vladimir Vısotski, 1979
-

Məşhur rus müğənnisi, bəstəkarı, şairi Vladimir Vısotskinin sovet dövründə çox populyar olmuş bu şeirini (həmçinin mahnı mətnini) Azərbaycan dilinə Zülfüqar Rüfətoğlu çevirib. Tərcümə haqda nə düşünürsüz?


Vladimir Vısotski


MƏN SEVMIRƏM

İstəmirəm faciəli ola sonluğum,
İstəmirəm yarı yolda qırılsın nəsə,
Mənə yoxdur yayın-qışın isti-soyuğu,
Dodağımda bir şən nəğmə çiçəklənməsə.

Mən sevmirəm sırtıqvari ərkyanalığı,
Tanıyıram namərdi də, mərdi də gözdən,
Mən sevmirəm biri əgər dəvəsayağı,
Oxuyursa məktubumu çiynimin üstdən.

Mən sevmirəm yarım sözü, yarım kəlməni,
Xoşlamıram oxu atıb, yayı gizləyəm,
Mən sevmirəm kürəyimə dəyən gülləni,
Mən ümumən atışmanın əleyhinəyəm.

Mən sevmirəm o düzü ki, qeybətlə bişə,
Şübhə qurdu elə qurddur, ölü, ya diri,
Ya pişiyi tumarladın, quyruqdan başa,
Eyni şeydir, ya şüşəyə sürtdün dəmiri.

Mən sevmirəm başdan aşan arxayınlığı,
Daha xoşdur, yoxuş yolda tormoz tutmaya,
Qəmlənirəm, bu dünyada hökmranlığı,
Kişilik yox, nakişilik edibdi maya.

Mən sevmirəm qanad görəm çilik-çilikdir,
Sınmaqdansa İsa kimi çarmıxa gəril,
Bilirəm ki, zorakılıq nakişilikdir,
Bilirəm ki, gücsüzlük də kişilik deyil.

Od olaram günahsıza kötək toxunsa,
Əgər qorxsam, lənət olsun özümə mənim,
“Dərdini aç” – deyib mənə üz vurmaqdansa,
Məncə xoşdur, tüpürsələr üzümə mənim.

Mən sevmirəm manejləri, arenaları,
Durub orda manat-manat milyon gözləyəm,
Lap desələr “dəyişəcək bu dünya bir gün”,
Mən onsuz da həmin günü görməyəcəyəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG