Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:39

«Naxçıvan modeli regionun tədqiqat obyektidir»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 24 iyun 2012. sayı: 137 (20.542)


DAXİLİ BAZAR QORUNUR, GÖMRÜK SAHƏSİNDƏ HÜQUQPOZMALARA QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLİR

...Altı ay ərzində idxal məhdudlaşdırıldığından 4995 kq, xarab olduğundan 1477 kq, əmtəə görünüşü pozulduğundan 252 kq, istehlak müddəti bitdiyindən 1831 kq ərzaq və qida məhsulu, 3080 tablet baytarlıq preparatı, tərkibində nitratın miqdarı insan həyatına ziyan vura biləcək həddə olan 559 kq meyvə - tərəvəz məhsulu gömrük əməkdaşları tərəfindən götürülmüş və müvafiq qaydada məhv edilmişdir.

İyul ayının 20-də kütləvi informasiya vasitələrinin iştirakı ilə gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında saxlanılan idxalı və mülki dövriyyəsi məhdudlaşdırılmış, vaxtı ötmüş digər malların da yandırma üsulu ilə məhv olunması həyata keçirilmişdir. Məhv edilən ərzaq və qida məhsulları 48 adda müxtəlif markalı şokolad, konfet, biskvit, meyvə sirkəsi, limon suyu, bal və sairdən ibarət olmuşdur.
Keyfiyyəti tələblərə cavab verməyən, üzərində istehsal və istehlak müddəti göstərilməyən, vaxtı ötmüş, əmtəə görünüşü pozulmuş mallar arasında uşaq yeməkləri üstünlük təşkil etmişdir.

İNKİŞAFIN NAXÇIVAN MODELİ MÜASİR REGİONŞÜNASLIĞIN TƏDQİQAT OBYEKTİDİR

Son dövrlərdə təkcə ölkəmizin deyil, dünyanın aparıcı mətbuat orqanlarının səhifələrindən tez – tez oxuduğumuz «Azərbaycan Cənubu Qafqaz regionunun lider dövlətidir. Region iqtisadiyyatı 85 faizi Azərbaycanın payına düşür. Bu regionun ən güclü ordusu Azərbaycandadır. Azərbaycan Regionu təkcə yaxın regionun deyil, Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynayır», - kimi ifadələri bir daha xatırladaraq «region» haqqındakı fikirlərimizə davam edək. Belə bir qlobal miqyasda bu kimi fikirlər, əlbəttə ki, hər bir ölkənin müstəqil siyasət aparmaqla və qarşılıqlı əməkdaşlıq şəraitində əldə etdiyi bir region təsəvvürüdür.

...Hələ erkən orta əsrlərdən etibarən Şərqlə Qərb arasında körpü rolunu oynamağa başlayan bu region mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə indi də dünyanın diqqətindədir. Naxçıvana dünyanın dörd bir tərəfindən gələn səyyahlar bir anda özlərini «Duaların Allaha çatdığı yer»də, «Əfsanələr diyarı»nda görmüşlər. Naxçıvandan dünyaya Antik dövrün ən strateji məhsulu olmuş duz ixrac edilərmiş. Hələ «xarici ticarət» anlayışının olmadığı bir dövrdə bu, Naxçıvanda yaranmış mədəniyyət nümunəsinin – etibarlı iqtisadi əməkdaşlığın çox güclü sübutu idi.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Həkim briqadası bu dəfə Payız kəndində idi

- Naxçıvanlı idmançı dünya kubokunda ikinci yeri tutub

- Naxçıvan – tarix və müasirlik
XS
SM
MD
LG