Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:35

«Hədəfimiz 2016-cı ilin Avropa çempionatının finalına düşməkdir»


Rövnəq Abdullyev
Rövnəq Abdullyev
Bunu dekabrın 3-də jurnalistlərə açıqlamasında AFFA prezidenti, Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev deyib.

Həmçinin bildirib ki, yeni futbolçuların cəlbinə, gənc futbolçuların inkişafına önəm verilməlidir.

ARDNŞ rəsmisi kinorejissor Rüstəm İbrahimbəyovla şirkət arasındakı torpaq məsələsinə də toxunub:

«Rüstəm İbrahimbəyova böyük hörmətimiz var, böyük sənətkardır. Biz təkcə ondan deyil, bütün qanunsuz zəbt olunmuş torpaqları alırıq. Bu cür mülki məsələlər belə həll olunmur».

Dövlət Neft Şirkəti Rüstəm İbrahimbəyovг kino kompleksinə ayrılan torpağı öz yaxınlarının adına sənədləşdirməkdə ittiham edir.

Kinorejissor isə bu iddiaları yalan sayır.

Rövnəq Abdullayev BP ilə Azərbaycan arasındakı münasibətlərdən də danışıb.

«Neft istehsalı artmayacağı halda BP «Azəri-Çıraq-Günəşli» layihəsinin operatorluğundan kənarlaşdırıla bilərmi?» sualına cavabında ARDNŞ rəsmisi «Hasilat artmasa, niyə də kənarlaşdırılmasın» cavabını verib.
XS
SM
MD
LG