Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:04

Gələn il sərnişin avtobuslarında vahid ödəmə kartı tətbiq olunacaq


Gələn ilin ortalarınadək Bakı şəhərində sərnişin avtobuslarında vahid ödəmə kartı tətbiq olunacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

M. Pənahov qeyd edib ki, sərnişindaşıma sahəsində vahid ödəmə kartının tətbiqi məsələsi çox vacib və eyni zamanda asan olmayan bir məsələdir. Hazırda bu istiqamətdə texniki işlər aparılır ki, bura müvafiq kartın seçilməsi aiddir, həmçinin bir sıra digər işlər həyata keçirilir.

«Düşünürəm ki, gələn ilin ortalarınadək bu məsələ öz həllini tapacaq», deyə M. Pənahov vurğulayıb.
XS
SM
MD
LG