Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

«2013-dən sonra da Azərbaycanı YAP-çı idarə edəcək» - [Video]


-

«2013-dən sonra da Azərbaycanı Yeni Azərbaycan Partiyası təmsilçisinin birinci şəxs olaraq idarə edəcəyi birmənalıdır».

Bunu AzadlıqRadiosuna eksklüziv açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Dekabrın 3-də Bakıda «Azərbaycan 2020: Gələcəyə baxış» beynəlxalq konfransı keçirilir.

Həmin konfransa qatılan Bahar Muradova AzadlıqRadiosunun Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin müavinlərinin təyinatına dair sualını da cavablandırıb. Onun sözlərinə görə, bu məsələ prezidentin müstəsna səlahiyyətindədir, prezident istənilən şəxsi vəzifəyə təyin edə, yaxud kənarlaşdıra bilər.

«Bu təyinatları hansısa problemlə əlaqələndirmək düzgün deyil».

Noyabrın 29-da Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib. Administrasiya rəhbəri Ramiz Mehdiyevə 4 müavin təyin olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG