İsrail hökuməti Fələstin muxtariyyətinin adından yığılan vergi və gömrük haqlarını verməmək qərarına gəlib.
Söhbət 100 milyon dollardan gedir.
İsrail bu məbləğin Fələstinin ona olan 200 milyon dollarlıq borcunun silinməsinə sərf ediləcəyini deyir.
İsrailin Fələstin üçün topladığı vergi, onun büdcəsinin bir hissəsini təşkil edir.
İsrail hökuməti həmçinin Fələstin tərəfi ilə heç bir danışıq aparmamaq qərarına gəlib.
Buna səbəb, bu günlərdə BMT-də Fələstinə “müşahidəçi dövlət” statusu verilməsi olub.