Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43
-
Suriyanın Homs əyalətində məscidin ətrafında törədilmiş partlayışda azı 7 adam ölüb.
Bu barədə Suriyanın rəsmi kütləvi informasiya vasitələri və müxalifət fəalları xəbər verirlər.
Rəsmi SANA agentliyi isə 15 nəfərin öldüyünü, 24 nəfərinsə yaralandığını xəbər verir.
Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri isə üsyançıların Dəməşq ətrafındakı mövqelərinin havadan və qurudan bombalandığını xəbər verirlər.
Onların məlumatına görə, təkcə şənbə günü gedən döyüşlərdə 182 adam ölüb.
Onlardan 76-nın yaraqlı, 68-nin dinc sakin, 38-nin isə əsgər olduğu bildirilir.
1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə kütləvi etiraz və silahlı toqquşmalar gedir.
Hüquq müdafiəçiləri bu müddət ərzində 40 mindən çox adamın öldürüldüyünü deyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG