Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:15
-

Lionel Messi məşhur almaniyalı futbolçu Herd Müllerin rekordunun astanasındadır.
Belə ki, Messi İspaniya çempionatının 14-cü turunda-"Barselona" - "Atletik" (Вilbao) oyununda daha iki qol vuraraq, bu il topların sayını 84-ə çatdırıb.
Qeyd edək ki, “Barselona” bu oyunda rəqibini 5:1 hesabı ilə məğlub edib.
Almaniyalı futbolçu Herd Müller isə 1972-ci ildə 85 qol vurub və bu günədək bu rekordu saxlayır.
Herd Müllerin rekordunu təzələmək üçün Messinin İspaniya çempionatında 4, Çempionlar Liqasında isə hələ 1 oyunu var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG