Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:08

Meksikada prezidentin andiçmə mərasimi günü hərc-mərclik yaranıb


Meksikada yeni prezident Enerike Peni Nietonun (Enrique Pena Nieto) andiçmə mərasimi günü hərc-mərclik baş verib.

76 nəfərin yaralandığı, 100-ə yaxın adamın saxlandığı xəbər verilir.
Aksiyaçılar mağazaların vitrinlərini sındırıb, polisə yandırıcı butulkalar atıb.
Hərc-mərclik şənbə günü baş verib.

Nümayişçilər Meksikanı 70 ildən artıq, 2000-ci ilədək idarə etmiş inqilabçı partiyanın nümayəndəsinin yenidən hakimiyyətə gəlməsinə etiraz bildiriblər.
Müksikada çoxları bu partiyanı avtorirarlıq və ölkədə geniş yayılmış korrupsiyaya görə cavabdehlikdə günahlandırır.

Prezident andiçmə mərasimində ölkədə narkotik alveri ilə məşğul olan qruplara qarşı qəti mübarizə aparacağını vəd edib.
O həmçinin iqtisadi inkişaf da daxil olmaqla yeni hərəkət planından danışıb.
XS
SM
MD
LG