Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:12

Əfqanıstanda hərbi bazaya hücum edilib


Əfqanıstanın şərqindəki birgə hərbi bazaya edilmiş hücumda 1 Əfqanıstan əsgəri həlak olub, bir neçə NATO əsgəri isə yaralanıb.
Bu baza Calalabad şəhərindəki hava limanının yaxınlığında yerləşir.

NATO komandanlığının məlumatına görə hücum edənlərdən 3-ü intiharçı olub.
Yaraqlılar bazaya girə bilməyiblər.
Talibançılar isə bazanın ərazisinə girdiklərini və düşmənin böyük itki verdiyini deyirlər.

Bazanın həyətində Əfqanıstan ordusunun formasında olan 5 cəsəd aşkar edilib.
Amma onların əsgər və ya yaraqlı olduqları hələlik bilinmir.
XS
SM
MD
LG