Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

Səbail rayonunda sürüşmə baş verib


Bayıl qəsəbəsi
Bayıl qəsəbəsi
Bakının Səbail rayonunda sürüşmə baş verib.

Bu barədə APA-agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kompleks Hidrogeologiya və
Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralova istinadla xəbər verir.

Hadisə bu gün saat 13:00 radələrində Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, “Bəyoğlu” restoranın qarşısındakı ərazidə baş verib.

Sürüşmənin eni 180-220, uzunluğu 250, dərinliyi isə təxminən 4-5 metrdir.
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçiriblər və ərazidən keçən yol bağlanıb.

Bəxtiyar Qaralov deyir ki, sürüşməyə səbəb ərazidəki evlərin kanalizasiyasının yamaca axıdılması da ola bilər.
XS
SM
MD
LG