Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:38

İranlı general bloqqerin ölümünə görə işdən azad edilib


 Sattar Beheshti

Sattar Beheshti

İran polisi kibercinayət şöbəsinin rəisi general Kamal Hadianfar işdən azad edilib.

Buna səbəb bu yaxınlarda bloqqer Sattar Beheshtinin polis bölməsində işgəncə ilə öldürülməsi olub.
Bu barədə İranın Fars agentliyi xəbər verir.

General komandanlığında olan xidmətə lazımınca nəzarət edə bilməməkdə günahlandırılır.
İran hakimiyyəti bloqqer Sattar Behestinin bu ilin noyabrında polis bölməsində işgəncə ilə öldürülməsini təsdiqləyib.

35 yaşlı Beheshti oktyabrın 30-da saxlanaraq Tehrandakı “Evin” həbsxanasına aparılıb.
Bir gün sonra isə sorğu-sual üçün polis bölməsinə gətirilib.

İran kütləvi informasiya vasitələrinin məlumatına görə bloqqerin ölümü ilə bağlı 7 nəfər saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG