Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:54

Gülər Əhmədova suallara cavab vermədi


Gülər Əhmədova
Gülər Əhmədova
-
Sabiq deputat Gülər Əhmədova dekabrın 1-də yazar Əhməd Şahidovun «Sevdiyim qadın» kitabının təqdimatında iştirak edib.

Tədbirdən sonra AzadlıqRadiosunun müxbiri ona həbsdə olan jurnalist Əvəz Zeynallı ilə bağlı sual verib. Sual Əvəz Zeynallı ilə onun hazırkı durumunun nə qədər oxşar olması ilə bağlı olub. Sabiq deputat sualdan yayınıb:

«Mən yaxın dostum Əhməd Şahidovun kitabının təqdimatına gəlmişəm və bu kitabla bağlı əlaqəsi olmayan heç bir suala cavab verməyəcəm».

Gülər Əhmədova digər suallara cavab verməyi sonraya saxladığını deyib.

Məhkəməsi davam edən jurnalist Əvəz Zeynallı Gülər Əhmədovanın iddiası ilə ötən ilin oktyabrında həbs olunub.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur.

Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Gülər Əhmədova özü də indi ittihamlarla üzləşib. Keçmiş universitet rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev Gülər Əhmədovanı deputat seçilməsi əvəzində ondan 1 milyon dollar istəməkdə təqsirləndirir.

Bu məsələ ilə bağlı video yayılandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.
XS
SM
MD
LG