Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:22
-

On-line Azərbaycan Ədəbiyyatı Kitabxanasına müəllifin ailəsinin icazəsi ilə daxil edilib.


Salam Qədirzadə


46 BƏNÖVŞӘ

(Povest)


Proloq

Bir adsız әsәr var, onu mәndәn başqa һeç kәs oxumayıb.

O getdi, әtri otaqda qaldı...
Söһbәtimizi beşcә dәqiqә çәkdi.
— Olarmı?
— Buyurun.
İçәri boylu-buxunlu, şux qaməlti, gözəl, cavan xanım girdi.
— Salam. — Astaca dilləndi.
— Әleykәssalam. Mәn qalxdım:
— Әylәşin.. Ona kresloda yer göstәrdim. Oturdu.

Vә yaxası qırmızı köbәli ağ paltarının әtәyini dizlәrinin üstünə çәkdi. Böyürdәn
düyünlәnib ucları asıla qalmış ensiz kәmәri dә, һündürdaban zәrif tuflilәri dә qırmızı idi. Әlindә göyümtül üzlü iki qalın daftәr tutmuşdu. Nә deyәcәyini fikirlәşirmiş kimi uzun, qara kirpiklərini aşağı endirib xeyli susdu. Mәn ona diqqәt yetirdim. Gödәk vurulmuş xurmayı saçlarına özündәn xәbәrsiz dən düşmüşdü. Ancaq baxanda çox növrәstә görünürdü. Yaşı, mәncә, iyirmidәn artıq olmazdı.
— Qulağım sizdәdir, xanım qız.

Tәravәtli sifәtindә bir uşaq mәsumluğu vardı. O, başını qaldırıb, candәrdi gülümsündü.
— Düzü... bilmirәm nәdәn, necә başlayım. Mәn... — Dəftәrlәri stolumun üstünә qoydu. — İcazә verin, əvvәlcә tanış olaq...
Azacıq dikәlәrәk әlini qabağa uzatdı:

— Mәnzәrә.
Doğrudan, elә nazik çatma qaşları, badamı qara közlәri әfsunlu bir mәnzәrә idi. Qönçә dodaqları od tutub yanırdı.
— Salam Qәdirzadә.
— Mәn tanıyıram sizi. Әsәrlәrinizin, bәlkә dә, һamısını oxumuşam.
— Diqqətinizə görә tәşәkkür edirәm.
— Bilirsinizmi, mәn... birinci dәfәdir redaksiyaya ayaq basıram. Belә yerlәrdә һeç olmamışam. Nә üçünsә, sizi özümә mәһrәm sandım. Bu, gәtirdiyim dәftәrlәr dә... Qoyun lap başdan danışım.
— Necә xәtriniz istәyir... әsla sıxılmayın.... Yanaqlarına xәfif qızartı çökdü. Sağ birçәyində ağarmış iki tel, arxaya һamarlanan ipәk saçlarında qoşa cığır salmışdı.

— Әslindә danışası bir sözum dә yoxdur. Tәkcә onu deyim ki, bu dәftәrlər mәnimki deyil, bir qızın xatirәlәridir. Daһa doğrusu, bacımınkıdır. Biz əkizik. Görsәniz bir-birimizә nә qәdәr oxşayırıq, һeyrәtlәnәrsiniz. Amma talelәrimiz bambaşqadır. O, yazıçı olmaq istәyir. Yaman da utancaqdır. Bunu, özündәn gizli gәtirmişәm. Xaһiş edirәm, vaxtınız olanda vәrəqlәyin, baxın... Görün, dәyərmi zәһmәtinә üstündə işlәsin, bu iki dәftәrdəki әһvalatları bir һekayәmi, povestmi şәklinə salsın.
— Mәmnuniyyәtlә oxuyaram. Ancaq deyin bacınıza utanmasın. Qoy, o da gәlsin sizinlə yanıma. Yazısı һaqqında danışdıqlarımı eşitsin. Bәlkə mәslәһәtlәrimdә özü üçün faydalı bir şey tapdı.
— Baş üstә. — Mәnzәrә ayağa durdu. — Mәn gedə bilәrәmmi?
— Buyurun.
— Sağ olun.
— Xoş gәldiniz.
O, qapıda yubanıb geri döndü:
— Ancaq... Tәlәsmәyin, müәllim. Haçan oxusanız, gec deyil.

Mәnzərә çıxdı. Әtri otaqda qaldı. Dəһlizin parket döşәmәsindә qırmızı tuflilәrinin dabanından qopan tıqqıltı getdikcә uzaqlaşdı... və nәһayәt eşidilmәz oldu. Mәni qәribә, anlaşılmaz һisslәr bürüdü. Elə bil yuxuda idim, ayıldım, Mәnzərә röyada qaldı.

Cildində tәk bәnövşә şəkli çəkilmiş birinci dәftәri açıb baxdım, göyümtül mürəkkәblə aydın vә sәliqәli yazılmışdı. Lakin vәrәqlәr saralmışdı, әzilmişdi. Әvvәlinci sәһifәdә, Fransa ekzistensialisti Kamyudan epiqraf götürmüşdü: «...Var olmaq, yaşamaq, ölümә doğru getmәk demәkdir. Ölüm maһnının son sözüdür. Biz, nec deyәrlәr, ölüm cәzasına mәһkum olunmuş, ancaq һökmü nә vaxt vә һarada yerinә yetirilәcәyini bilmәyәn, yoldaşlarının isә hәr gün edam edildiyini görәn kimsәsiz insanlarıq». Sonradan, bu cümləlәrin üstündәn qәlәm çәkilmişdi. Ondan aşağıda, qarışqa sırasına bәnzәr xırd sәtirlәr isә zәrrәbinsiz güclә oxunurdu: «Mәn sevib-sevildiyimi dәrk etdiyim zamanda bu xatirәlәrimi yazmağa başlayıram. Mәһәbbәtsiz keçәn güllәr ömür dәftәrimin boş mәnasız sәһifәlәridir».

Qızın vaxtaşırı qeydә aldığı, kiçik parçalardan ibarәt һәr xatirәsinin üstündә nimsәrlövһә әvәzi bir bәnövşә şәkli çәkilmişdi; aşağısında da rәqәmlәr qoyulmuşdu. Tәnһalıq vә mәyusluq rәmzi olan bu boynubükük zәrif çiçәyi o, yәqin ki, sәһifәlәrә naһaqdan sәpәlәmәmişdi. Mәn çevirib ikinci dәftәrin sonuncu vәrәqinә baxdım. Axırıncı bәnövşәnin altında «46» yazılmışdı. Bir siqaret yandırıb fikrә daldım. Lakin nә qәdәr cәһd etdimsә, aça bilmәdim bu sirri, «46 bәnövşә» — deyә beyük maraqla yenә birinci dәftәrin ilk sәһifәsinә qayıtdım.

O axşam evdә başqa һeç bir iş görmәdim, ancaq mütaliә etdim. Gecә yarıyadәk yalqız, otağa qapılıb oxudum... oxudum... Adı Könül olan bir qızın — Mәnzәrәnin әkiz bacısının һәyat yollarında onunla bәrabәr addım addım gәzdim... dolaşdım.

Birinci dәftәr

Mәһәbbәt gözәgörünmәz, seһirli bir quşdur; adamı qanadlarına alıb göylәrә uçurur, bu alәmdәn çox uzaqlarda olan ikinci dünyaya aparır. Orada çәkdiyin әzab-әziyyәt də sәni sәrmәst edir, nәşәlәndirir; һәr şey öz adiliyindәn çıxıb gözәlləşir. Sәһәrlәr qızaran üfüq, doğan künәş, gecәlәr lacivәrd sәmada süzәn ay, sayrışan ulduzlar, tәbiәtin qoynundakı meşәlәr, dәnizlәr, dağlar, şәlalәlәr, güllәr, çiçәklәr o qәdәr mәnalı va möcüzәli görünür ki, tamaşasından doymursan. Hәlә bütün varlığını, ixtiyarını sәrәncamına verdiyin oğlan, qış nağıllarından gәlmiş müdrik, cәsur bir qәһrәmana dönür sәnin üçün. Onun görüşlәrindә özünü insanların әn bәxtәvәri sanırsan. İstәyirsәn o, daima sәni oxşasın, әzizlәsin, öpsün vә һәtta һәrdәn incitsin dә. Belә anlarda unudursan, dünyada nә var һamısını; müqәddәs bir mәnanın sәcdәsindәn ayrılmırsan. Düşünürsәn ki, damarlarında qan deyil, ülvi mәһәbbәtin pak duyğuları cәrәyan edir vә bundan xoşһallandıqca xumarlanırsan, әfsanәvi bir alәmin çәkisizlik şәraitindә qov kimi yüngül olursan... Nәһayәtsiz fәzalarda uçursan...
Bәli. Bu saat.. mәn Könül dә elәyәm. Nә yerdәyәm, nә göydә. Qәrarım yoxdur. Bilmirәm ürәyimin çırpıntısını necә sakitlәşdirim.Etiraf etmәliyәm ki, bu naraһatlıq mәnә һәm dә lәzzәt verir. Nә üçünsә, sәbәbini anlamıram: «Dәrya!» — deyә ucadan çığırmaq, qәһqәһә çәkmәk, uşaq tәki atılıb-düşmәk istәyirәm.

2

Bu gün yazı stolumun siyirmәlәrini sәliqәyә salanda, әlimә şagird dәftәrindәn qoparılmış qoşa vәrәq bir kağız keçdi. Bu, tibb institutunun qәbul komissiyasına verdiyim tәrcümeyi-һalın surәti idi.

«Mәn, Könül Murad qızı Kazımbәyli min doqquz yüz qırx sәkkizinci ilin aprel ayının onunda Bakıda fәһlә ailәsindә anadan olmuşam. Atam, Әzizbәyov neft mәdənindә müһәndis işlәyir. Mәnim yaşımdan Sov.İKP-nin üzvüdür. Anam Mәrmәr kitabxanaçıdır. Mәn orta mәktәbi bu yay qurtarmışam. Min doqquz yüz altmış dördüncü ildәn komsomolçuyam. »

Ünvanım belәdir: Şıxəli Qurbanov küçəsi, ev nömrә 103, mәnzil 8».
Kağızı qatlayıb stolumun üstünә atdım. Tәsirlәndim. Fikirlәşdim ki, mәnim әsl tәrcümeyi-һalım bu gündәn — Dәrya ilә tanışlıqdan sonra başlayır. Bәnövşәli dәftәrimin ilk sәһifәsindәn.
— Onun — Şıxәlinin isә tәrcümeyi-һal dәftәri bağlandı, bәnövşәsi soldu... һeyf, һeyf Şıxәlidәn!..

3


Әn çox bәyәndiyim, yaxası, qolları ağ xәzli sürmәyi paltarımla qara tuflilәrimi geymişәm. Bu qiyafәdә sanki lap qәşәnglәşmiş, һәm dә һündürboy olmuşam.
Dünәndәn intizarını çәkdiyim görüşün vaxtına xeyli qalıb. Ancaq mәn indidәn һazıram.
Bu axşam anama, ömrümdə ilk dәfә yalan satdım:
—Ma, bizim fakültәdә bir qızın ad günüdür, onlara gedirәm, — dedim.
Şübһәlәnmәdi. Lakin soruşdu:
— Әliboş niyә?
— Yolüstü mağazalardan bir һadiyyә alaram, — söylәdim. Uşaq vaxtımdan dilim belә öyrәnib: mәn anama “ma”, atama isә «pa» deyirәm.
Yanaqlarımın istilәndiyini һiss etdim: yәqin, yalan danışdığım üçün qızarmışdım. Bunu gizlәtmәyә çalışdım. Üzü divara çevrildim. Önümdә atamın fotoşәkli dururdu. Çatılmış enli, pırpız qaşları altdan zәһimli, iri gözlәri mәnә dikildi. Doğrudan da һeç fikir vermәmiş; nә böyük alnı vardı atamın. Ovurdları çökmüşdü. Qalın bığları dodaqlarının üstünü örtmüşdü. Yaman qaşqabaqlı kişidir. Barı şәklini çәkdirәndә bir balaca gülümsəyәydi...
Anam soruşdu:
— Saat neçәdә gәlәcәksәn, Könül?
— Bilmirәm, ma. Nә vaxt qurtarsa.
— Telefonları varmı?
— Yoxlarıdır... Geciksəm, düşüb avtomatdan sәnә zәng çalaram.
— Çölә paltosuz çıxmayasan һa, Könül, soyuqlarsan.
— Ma, nigaran qalma, uşaq deyilәm ki. Bir neçә güdәn sonra mәnim dә on doqquz yaşım tamam olur, iyirmiyə keçirәm...

Anam çox mәnalı tәrzdә qımışaraq o biri otağa keçdi. Gözlәrinin ifadәsindәn duydum ki, qızını boya-başa çatdırdığı üçün qurrәlәndi.
Görәsәn, Dәrya ilә mәnim tәzәcә başlanan bu macәramdan xәbәr tutsa sevinәrmi? Әlbәttә. Anam zəmanә ilә ayaqlaşan qadındır. O bilmirmi әvvәl-axır bir qız bir oğlanı qismәtidir? Şübһәsiz ki, bu mәsәlәdә Dәryanın kim, nec adam olduğu onu һәr şeydәn artıq maraqlandırar. Anamı çox sevirәm. Gözәl xasiyyәti var, һәlim arvaddır. O da mәni az istәmir. Hәlә bir yol üzümә kәc baxmayıb. Ancaq atam... tundmәcaz kişidir. İllaһ, bu işdәn duyuq düşsә... һәşir-qiyamәt qoparar. Axı niyә?! Mәn un çuvalı deyilәm ki, evin bir küncündә qalam. Dәrya mәgәr lәyaqәtsiz oğlandır? Cavan... istedadlı һeykәltәraş... Neçә-neçә әsәrin müәllifidir. Özünü tanımırdım, ancaq adını çoxdan eşitmişdim. Nәһayət, qismәt elә gәtirdi ki, һәyatda bir-birimizlә qarşılaşdıq, görüşdük. Dәrya meһrini mәnә saldı... Mәn dә ona vuruldum. Burada qәbaһәt naminә nә var ki? Atamdır da... İş yerindә adı-sanı... һörmәti... Mәdәndә neftçilәr başına and içirlәr, һamıya ağıl öyrәdir, evdə isə köһnә adәtlәrindәn әl çәkmir...

Eh, isanların tәbiәti çox mürәkkәbdir.
Bayırda soyuq külәk əsirdi. Hәyәtimizdәki çılpaq ağaclar, elektrik mәftillәri vıyıldayanda, adamın çanına üşütmә dolurdu. Dәrya belә Һavada mәni hara aparacaqdı. Keçmə Bakının da bu külәyindәn.

Saat altının yarısı idi. Dәһlizә gedib paltomu geydim. Dovşan dәrisindən olan yumşaq tüklü papağımı qoydum. Bәdәnnüma aynada özümә nәzәr saldım. Şәrfimlә papağımın rәngi yaxşı uyuşurdu — ikisi dә boz idi. Ancaq dünәn gecә pis yatmışam, gözlәrimә balaca qızartı çökmüşdü.
— Ma, mәn getdim. — Qapını açanda dönüb anama eşitdirdim.
— Yaxşı yol, qızım, çalış çox lәngimә.
Mәni gülmәk tutdu. Fikirlәşdim: «O Dәryanın insafından asılıdır».

Daş pillәlәri endikcә tuflilәrimin dabanından çıxan sәslәr divarlarda tıqqıldayırdı. Yoldaşlarım haqlı imiş. Neçәsi mәnә demişdi: «Könül, sәn becid gedәndә dabanlarını yerә elә bәrk vurursan ki, üzünün әti titrәyir».
Qızların sözündә һәqiqәt varmış. Axı niyә tәlәsirәm? Vaxta һәlә xeyli qalır ki.
Küçәyә çıxcaq qonşumuz Qönçәbәyimin oğlu ilә rastlaşdım. O, bu fürsәti çoxdan gözlәyirmiş kimi sevincәk ayaq saxladı:
— Salam, Könül...
— Salam.
— Kefin necәdir?
Dinc durmadım. Şıltaqlıqla:
— Әladan da bir az o yana. — Dedim vo qәһqәһә çәkib güldüm. Qönçәbәyimin oqlu belә dil-dil ötdüyümә һeyran qaldı.
— Tәki olsun...
Qolumdan tutub mәni qırağa çәkdi.
— Könül, nә vaxtdır sәninlә mәxsusi bir söһbәtim var. Ancaq... bura yeri deyil. Özüm dә görürәm tәlәsirsәn Elәmi?
— Bәli. Sәһv etmirsәn. Qızlarla vәdәlәşmişik... — Saatıma baxdım. — Beş-on dәqiqәyә instituta çatmalıyam.
— Yaxşı, onda yubanma, intizara söһbәt һaramdır, bizim ki sonraya qalsın.

Qönçәbәyimin oğlu ayrılanda mәni elә qәribә, mәnalı nәzәrlәrlә süzdü ki onu aldatdığıma utandım. Hәm dә barmaqlarımın ucunu ovcunda bәrk-bәrk sıxıb pıçıldadı «Şeytan qız!». Sonra әlini qaldırıb çiyninin üstündә yellәdi:
— Müvәffәqiyyәtlәr.
Uzaqlaşanda gözümün ucu ilә sezdim: tәәssüflә geri qanrıldı...

Belә birtәһәr oldum. O cür danışdığım üçün peşmançılıq çәkdim. Qorxdum düşünәr ki, ona acıq verirәm.
Mәnә elә gәlirdi, һәr kәs bircә kәrә üzümә baxsa һara getdiyimi әlüstü bilәcәkdi. Elәcә dә bu.
İndicә görüşdüyüm oğlanın adı Emindir. Bizdәn üç dörd qapı aralı olur. Evimizdә ondan söһbәt düşәndә һәmişә «Qönçәbәyimin oğlu» deyirlәr. Tәrbiyәli ailәdәndir Atası mәşһur kimyagәrdir — elmlәr doktoru, professor

Eminin özündәn böyük bir bacısı da var. Әrdәdir. O qardaşına oxşamayıb. Qaynayıb-qarışan deyil. Qönçәbәyim әczaçıdır. Ancaq çoxdandır işlәmir.
Emin institutu inişil bitirib. Jurnalistdir. Özu də istiqanlı oğlandır. Qәzetlәrdә vaxtaşırı imzasına rast gәlirәm. Maraqlı şeylәr tapıb yazır. Hamısını da oxuyuram.

Mәn Emini neçә illәrdir tanıyıram. Yaz-qış һәlə papaq qoyduğunu görmәmişәm. Qarlı-çovğunlu günlәrdә da başaçıq gәzir. Ancaq çox tәmiz, sәliqәli geyinir. Mәһәllәmizdә bu barәdә Eminә çatan olmaz. Uzun boyundan, girdә sifәtindәn, yerişindәn, danışığından eynәn atasına oxşayır. Saçları da, göz-qaşı da, bığları da onunku kimi qara-dır. Eһ... Emin... Emin... һәr dәfә sәninlə qarşılaşanda uşaqlığın әziz, şirin bir xatirәsi yadıma düşür...


4

«Bakı Soveti» metro stansiyasına yaxınlaşanda Dәrya gülә-gülә mәni qarşıladı. Eһmalca dirsəyimə toxunub:
— Axşamınız xeyir, — dedi.
Cavab vermәk istәdim, ancaq gecikdim. Sonra da... eskalatorla enәndә az qala yıxılacaqdım. Çәkmәmin dabanı ilişdi, büdrәdim. Yaxşı ki, Dәrya dәrһal qolumdan yapışdı: «Yavaş, Könül». Mәn güldüm:
— Tuflim sürüşdü.

Dәrya ayaqlarıma ötәri bir nәzәr fırlatdı, üzümü yana tutmuşdum. Yuxarı qalxan pillәkәndәn qoһum, tanış tәsadüfәn mәni görә bilәrdi. Rәfiqәlәrimdәn birinin sözü yadıma düşdü: «Sevginin lәzzәti oğlanla qorxa-qorxa, xәlvәti gәzmәkdәdir. Nişanlanandan sonra adam arasına nәnәm dә çıxar».
«Biz һara gedirik?»—deyә Dәryadan soruşmaq istәdim. Dilim gәlmәdi.

O mәnә lap yaxın dayanmışdı. Nәfәsindәn papiros qoxusu һiss edirdim. Bu da Emin tәki başaçıq olduğundan bayırdakı külәk dalğalı, qara saçlarının sәliqәsini pozmuşdu. Dәryanın çiyinlәri bu gün mәnә dünәnkindәn enli görünürdü. Pencәyinin altından qalın, yun köynәk geyinmişdi, yәqii ondandı. Әyninә biçilmiş boz ratin paltosu bir qәdәr köһnәlmişdi.
— Uzaqdan sizi güclә tanıdım, Könül, — deyә Dәrya aradakı sükutu pozdu..
— Ola bilәr...
— Anna Kareninaya oxşayırdınız...
— Yaşda, görkәmdә?
Dәrya tutuldu:
— Әlbәttә, görkәmdә. Sizin nә yaşınız var ki. Uşaqlıq çağından srağagün ayrılmısınız...
Neon lampaları ilә gündüz kimi işıqlanan bәrli-bәzәkli mәrmәr divarlı stansiyaya düşcәk һündür sütunlardan birinin arxasına çәkilib dayandıq.

Mәn gözümü Dәryaya zillәmişdim. Sifәtindә bir az kobudluq vardı. Ancaq iti baxışları adamın ürәyinin dәrinliyinә nüfuz edirdi. Alnına dartılmış enli, qara qaşları ona ciddi bir görkәm verirdi.
Mәn bәrkdәn danışanları sevmirәm, bunu da bir növ mәdәniyyәtsizlik әlamәti һesab edirәm. Dәrya çox astadan danışırdı. Az qala pıçıldayırdı, bundan xüsusi zövq alırdım:

— Könül, mәn istәyirәm bizim görüşlәrimiz mәnasız keçmәsin . Vaxtımız һeyfdir. Dünәn mәslәһәtlәşmәdim. Bu günә һazırlıq görmәmişәm. Kinoya da, teatra da, sirkә dә gedә bilәrik. — 0, bunu asta-asta dedikcә, dodaqları arasından qızıl diş parıldayırdı. — һәr һalda... bayırda gәzmәli deyilik, Könül can. Belә baxıram,һava qarlayacaq.

Oğlan dilindәn birinci kәrә idi «Könül can» kәlməsini eşidirdim. Adım һeç zaman bu qәdәr xoşuma gәlmәyib. Ürәyimdә anama tәşәkkür etdim.
Şәһәrin kino-teatrlarında tәzәliklә iki hissəli «Spartak» filmi göstәrilirdi. İnstitutda yoldaşlarım çox tәriflәyirdilәr. Mәmnuniyyәtlә ona baxardım. Niyyәtimi bildirmәyә çәkindim.
— Mәnimçün tәfavütü yoxdur, — dedim. — Xәtriniz istәyir... Tәki maraqlı bir şey olsun.
Dәrya gözlәrini qıyıb, alnını ovuşdurdu.
— «Spartak»ı görmәmisiniz? — Soruşdum.
— Yox. Siz necә?
— Mәn dә görmәmişәm. bәlkә elә...
— Getdik! Әn yaxşısı odur.
Qatara minib, «26 Bakı komissarı» stansiyasına yollandıq.

Bilet alınca qaş qaraldı.
Kino zalında yerimiz arxa cәrgәdә idi. Dәrya solumda әylәşmişdi. Paltomu çıxaranda o mənә canıyanlıq etdi.
— Sizә soyuq olmaz ki, Könül can?!
— Xeyr.
— Onda salın çiyninizdә qalsın.
İşıqlar söndü. Ekran canlı, geniş bir һәyat sәһnəsinə çevrildi...

...Film başlanandan Dәrya sol әlimi ovcundan buraxmadı — sığalladı, sıxdı, barmaqlarımı şıqqıldatdı. Mәnә xoş gәlirdi onun bu nәvazişi. Fikrimi yayındırsa da, müqavimәt göstәrmirdim...
Birdәn qolumun buküyünә sanki od basdılar. Diksindim vә cәld әlimi çәkdim; Dәryaya tәrәf döndüm. Sәrxoş gözləri axırdı. Bilәyimi öpdüyündәn elә mәmnun idi gülümsәyirdi, kirpiklәri titrәyirdi.

Qaranlıqda bir anlığa özümü qәrib һiss etdim. Dərya mәnim üçün başqalaşdı, yada döndü. Bәdәnim әsdi. Sümüklәrim eymәndi. «O niyә belə etdi?» — deyә qәzәbli baxışlarımı gizlətmәyә çalışsam da, bacarmadım.

— İncidiniz mәndәn?
Cavab vermәdim. Dәrya mәyus oldu.
Sonra filmin axırına qәdәr danışmadıq. Onu incitmәyi özümә rәva görmәdim. Ürәyini almağa bir bәһanә axtardım.
İşıqlar yandı, ayaqa qalxıb paltomu geyәndә soruşdum:
— Siz Rafaello Covanyolinin «Spartak»ını oxumusuz?
— Xeyr.
— Mәslәһәt bilirәm, oxuyun. Romanla bu filmin arasında çox fәrq var.

Dәryanın eyni açıldı. Sifәtindәki pәrtlik tәdricәn çәkilib yoxaldı. Evә gәlincә hər şey unuduldu.
Bayırda Һava dәyişmişdi. Külәk yatmışdı. Şәһәrә sanki göy qübbәsi boyda әlәkdәn xırda-xırda qar әlәnirdi. Sәkilәr, yollar aqappaq idi.
— Bir dә һaçan görüşәk, Könül can? — deyә o, küçәmizin tininә çatanda yavaşıdı. Mәn güldüm:
— Hәlә һeç ayrılmamışıq ki... — Sonra çiyinlәrimi çәkdim. — Nә bilim?
Dәrya telefon nömrәmi götürdü.
— İnstitutdai nә vәdә gәlirsiniz?
— Saat ikidә, üçdә...
— Çox gözәl!
— Ancaq... Xaһiş edirәm bizә axşam yeddidәn gec zәng çalmayın...
— O da gözüm üstә.
Dәrya, olsun ki, mәni başa düşmәdi. Atamdan eһtiyat edirdim, işdәn o vaxtlar qayıdırdı.
— Ayrılaq?
Onun bu sorğusuna çox könülsüz vә soyuq cavab verdim:
— Ayrılaq... Әlimi tutdu.
— İndi icazәnizlә olarmı?..
Mәn utandım. Üzümü yana döndәrdim. Dodaqlarının istisi bu dәfә әvvәlcә әlimin dalını, sonra isə bir-bir barmaqlarımı yandırdı.
— Gecәniz xeyrә qalsın, Könül.
— Xeyrә qarşı, — dedim.
...Mәn öz otağıma keçәndә, saat on birә az qalırdı. Anama zәng çalmaq tamam yadımdan çıxmışdı.

5

Biz beşmәrtәbәli binanın ikinci qatında oluruq. Mәnzilimiz üçotaqlıdır. Bayırdan qapımızın çərçivəsindәki ağ düymәni basanda, dәһlizә cingiltili zәng səsi deyil, әsәblәri sakitlәşdirәn xoş bir musiqi sәdası yayılır.

Sol tәrәfdә gözlük şüşәlәri naxışlı, geniş qapı zal adlandırdığımız qonaq otağına açılır. Tünd-şabalıdı rәngli mebellәrimiz son müasir dәbdә olmasa yaraşıqlıdır. Anam qәsdәn otaqlarımızı bir növ qәdim qaydada bәzәyib. Bu mәnim dә xoşuma gәlir.
Evimizdәki әşyaları on il qabaq necә qoymuşuqsa, indi dә yerlәrini dәyişmәmişik. Zala döşәmә boyu xalı sәrmişik. Otaqdakı uzunsov, dördkünc yemәk stolunun әtrafında altı yumşaq kreslo qoyulub. Sağ divarda piano ilә servant arasında yataq otağına qapı var. Bu yanda bufet, divan, xarı küncdә isә «Rubin-106» televizoru durur. Zal, küçə balkona açılan ikitaylı qapının şüşә gözlüklәrin, işı.qlanır.

Divanın arxasındakı «Tarantello» İtaliya xalçası üstündәn oymalı, zәrli һaşiyәdә tanımadığım rәssam canlı bir mәnzәrә әsәri vurulub. Şәkildә, yaşıl meşə qoynundakı ucqar kәnddәn çıxan süvarilәrin, sıldırım dağlarda ilan kimi qıvrılan müdһiş yollarla qalxdığı tәsvir olunur. Üzbәüzdә isә atamın fotoşәklidir. Qapının pәrdәlәri dә divarlara çәkilmiş kağıza uyğun mavi güllüdür.

Axşamlar, һündür tavandan asılan iri büllur çil-çırağın şam-lampaları yananda zal zül-zül edir; « Tarantello» xalçasındakı rәqqasә qadını ortaya alan oğllanların, qızların, әlvan geyimlәri gündüzkü rәngini dəyişәrәk, bәrq vurur.

Mәnim otağım dәһlizin sağ sәmtindәdir. Telefon orda, yazı stolumun sol böyründәdir. Divardan bir oyuncaq meymun asılıb. Bunu mәnә ad günümdә Qönçәbәyimin oğlu һәdiyyә gәtiribdir.

Hәyәtә çıxan balkonun qabağında qollu-budaqlı yabanı yasәmәn ağacı әkilib, baһarda açılan çәһrayı çiçәklәri çox gözәl, lakin әtirsiz olur.
Sadә otağımı zәnginlәşdirәn, ancaq kitablarımdı
Bütün bunlardan başqa bir dә mәtbәxin böyründә balaca, xudmani aynabәndimiz var. Yayda sәһәr vә axşam sәrinliyində dә çay içmәyә, çörәk yemәyә ora yığışırıq.
Vәssalam, bizim mәnzilimiz belәdir.



6

Atam sәһәr işә gedәndә dәһlizdә üz-üzә gәldik.
— Salam, pa — dedim.
O dayandı, Portfelini sol әlindәn sağ әlinә ötürәrәk qapının dәstәyindәn yapışdı. Bir an düşüncәli tәrzdә gözlәri yol çәkdi. Astadan, lakin xislәtinә xas ciddi aһәnglə dillәndi:
— Bir kәrә tapşırıram sәnә, yadında saxla: һara getsәn, axşam saat doqquzdan gec evә gәldiyin olmasın.
Onun nәyә işarә vurduğu mәlum idi. Mәn qorxa-qorx başımı tәrpәtdim:
— Yaxşı...
Vә elә bildim ki, nәzәrlәri bilәyimә sataşsa, orda Dәryanın öpüşünün qızartısını sezәcәkdir. Sövqi-tәbii qolumu arxamda gizlәtdim.
— Özün dә gedәndә, yerini anana yox, mәnә de. Atam çıxmaq istәyәndә arxadan sәslәndim:
— Pa, bәs mәnim salamımı niyә almadın?
Qapı çırpıldı. Dәһlizin ortasında donub qaldım. Hәyәcandan dizlәrim әsdi. Hәlә atam, mәnim Dәrya ilə gәzdiyimdәn xәbәrdar deyildi. Gör, onu bilsәydi, neylәrdi.
— Ma, — deyә mәtbәxdә naһar һazırlayan anamın yanıl cumub gileylәndim. — Atama yenә nә olub, mısmırığı yerlә sürünür? Yoxsa... dünәn evә gec gәldiyim üçün sәnә dә acıqlanıb.
Arvadın dәrdi açıldı:
— Demişdin axı, yubansam zәng çalaram, sizi nigar qoymaram... Bəs niyә belә edirsәn, qızım. Tәk atan yox, mən özüm dә һövsәlәdәn çıxmışdım.
— Bağışla, ma. Tәqsirimi boynuma alıram. İkiniz də һaqlısınız.

Anamı sakitlәşdirmәk üçün elә bu etirafım kifayət idi. Qadın ürәyi yumşaq olur.
— Daһa qanını qaraltma, qızım. Әylәş, çayını çörәyini ye.
O gün institutun һәyәtinә girәndә tanış qızlardan, oğlanlardan yan keçirdim, onların üzünә baxmaqdan. Elə bilirdim dünəndən gözlərimin Dәryanın әksi qalıb.

Vestibüldә paltomu soyunurdum. Böyrümdәn kimsә acı ( çimdik qopararaq, turac kimi qaqqıldadı. Gülüşün, tanıdım: Fәzilә idi. Mәnimlә bir fakültәdə üçüncü kursda oxuyan od parçası, dilli-dilavәr qız. Yetәnә yetir, yetmәyənə daş atırdı.


Uşaqlar әlindәn zara gәlmişdi. Hәrәyә bir şəbədə edirdi.

Fәzilә al-qırmızı kofta, qısa göy tuman geymişdi. Ayaqlarında qara, tor corab vә totuq baldırlarına yapışan xırmızı, uzunboğaz çәkmә vardı. Zәfəran rənginə salınmış saçlarını oğlansayağı vurdurmuşdu. Fəzilə gəzəyәn qız idi. Tәzәliklә Hәsәnağa adlı birisi ilә əylənirdi. Son vaxtlar adәt etmişdi: danışanda, müsaһibini inandırmaq üçün sözünün başında, ayağında, «Hәsәnağam ölümüşü” deyirdi.

İndi o, mәni görcәk saqqız çeynәyә-çeynәyә, sürməli gözlәrini süzәrәk eyһamla dillәndi:
— Aaz... sәni tәbrik!..
— Nә münasibәtlә? — soruşdum.
— Özünü bilmәmәzliyә niyә qoyursan. Daһa bizə yox da..
Düzü, onun nә demәk istәdiyini һәlә an,
Fәzilә çiyinlәrini әsdirә-әsdirә, nazik qaşlarını oynadaraq bic-bic gülümsәdi:
— Aaz... dünәn yanındakı o Herkules oğlan
— Amma yaxşıça da yer seçmişdiz özünüzə. Paxılığım tutdu sizә.
— Başa düşmürәm. Sәn nә danışırsan, Fәzilə
— Әlbәttә... Sәrf elәmir axı. Aaz... lap da paltosunu çiyninә salıb, bir qәşәng oğlanla yanaşı oturan mәn idim?
Fәzilәni azdırmaq çәtindi. Boynuma alma qaldım.
— Hә... kinoda?
— Yox... һamamda.
Tutuldum.
— Sәn dә Hәsәnağayla gәlmişdin?
Bu sözü eşidәndә qızı sanki ilan çaldı, ağzənə əyə-əyə söylәndi:
— Aaz... Hәsәnağanı itirib-axtaran kimdir? Allah vurmuşdu onu gündüzün künorta çağında, goburnat bağında Hüseynağam ölmüşü, keçәn һәftә o gәdәnin başına bir oyun açmışam ki, bundan sonra qәlәt elәr qız tayfasına yaxın düşәr. Mәn kinoya Hüseynağayla gәlmişdim. Bunu tanımırsan: professor Talışxanlının kiçik oğludur. - - Fәzilә sağ әlinin baş barmağını dikәldib, qabağa uzatdı. — Şik!
Yaxşı ki onu çağırdılar. Yoxsa yaxamdan əl çəkməyəcəkdi.

...İnstitutdan qayıdanda evә tәlәsirdim. Dәrya zәng çalacaqdı. Yenә atamın zәһmi qәlbimi sarsıtdı. «...Özün dә gedәndә yerini anana yox, mәnә de!» - sözlәri qulaqlarımda cingildәdi. Bundan sonra neylәyәcәkdim?! Dәrya ilә görüşmәmәk mәnә dərd olardı. Sevgi nübarının dadını son iki-üç gündә tәzәcә tamsınmağa başlayırdım; һәyatın, yaşamağın mәnası dəyişmişdi, başqalaşmışdı mәnim üçün. Bu tәrәfdәn dә qarşımda atam dayanmışdı. Yeganә qızı olan mәni naz-nemәt içindә qayğı vә nәvazişlә böyüdüb boya-başa çatdıran doğma atam!

Mәtbәxdә oturub çay içirdim. Telefonun zәngini eşidәndә cәld öz otağıma yüyürdüm. Dәstәyi eһmalca qaldırdım.
— Bәli, kimdir?
O qәdәr astadan xәbәr aldım ki, çox güman sәsim mikrofona yetmәdi. Boğazımı arıtlayıb, bir dә tәkrar soruşdum:
— Allo, kimdir?
— Mәnәm.
Sәһv etmәmişdim. O idi.
—Dәrya?.. Salam.
— Nә tәһәrsiniz, Könül can? —— Lap yaxşı. Bәs siz?
— Mәn dә. Neylәyirsiz evdә?
— Heç... İnstitutdan indicә gәlmişəm.
— Bu axşam nə işlә mәşğulsunuz?
— Dәrslәrimә һazırlaşacağam.
— Bәs mәnimlә görüşmәyә һazırlaşmırsınız?

Bilmәdim nә deyәm. Canımı dişimə tutdum: —- - Yox...
— Çox lәngimәrik.
— Mümkün deyil, Dәrya.
Onun sәsi ciddilәşdi:
—Yoxsa incimisiniz mәndәn?
— Xeyr... İncimәmişәm. Başqa sәbәb var.
— Mәni nigaran qoydunuz, Könül. Bəlkә ucundan qulağından deyәsiniz...
— Sonra... Naraһat olmağa dәymәz.
— Kefim pozuldu. Siz lap...
— İcazә verirәm, mәnә «sәn» deyin.
— Tәşәkkür edirәm. Bəs mәn sizi... səni һaçan, һarda görüm?
- Sabah zəngləşib danışarıq.



—Nә deyirәm ki... Salamat qal. Öpürәm səni. Dud... dud...

Dәstәyi qoydum. Utandığımdan әllәrimlә üzümü dım. «Öpürәm sәni» Tәk otaqda öz-özümә pıçıldadım. «Mәn dә».
Atamın közlәrindәn uzaq.


8

Sәhәr һәyәtimizdә Qönçәbәyimlә rastlaşdım. Məni görcәk, meһribancasına qucaqlayıb bağrına basdı, üzümdәn öpdü:
— Namxuda-maşallaһ, nә qәşәnglәşmisәn, köyçәk balam, — dedi. — Az qala tanımayacaqdım. Tfu!... Tfu!.. Göz dәymәsin, böyümüsәn... ətә-cana dolmusan... Sifәtin bədirlәnib... Lap birdәn-birә dәyişmisәn ey!.. Sırağagün ayrı cürdün...

O qadınlara mәxsus maraqla geri çәkilib mәnә nəzər yetirdi.
— Mәrmәr bacı necәdir, a?—deyә anamı soruşdu.
— Yaxşıdır, Qönçәbәyim xala. Siz nә tәһәrsiniz?
— Görürsәn dә... Belә... Babat. Dәrsә gedirsәn, һә? — Bәli.
— Get, göyçәk balam, gecikәrsәn. Yoldan elәdim səni. Anan yәqin evdәdir.
— Evdәdir, bәli.
Sözlü adama oxşayırdı.
— Xeyir ola?
— Bir dәymәk istәyirәm ona. Balaca işim var. Qönçәbәyim azacıq uzaqlaşcaq arxadan mәni çağırdı.
— Könül, göyçәk balam... Ayaq saxlayıb, geri döndüm.
— Yadımdan çıxdı deyim: Emin çox-çox salam göndәrdi sәnә.

Dodağımı dişlәmәsәydim, gülәcәkdim.
— Göndәrәn dә sağ olsun, gәtirәn dә. Qönçәbәyimlә anamın söһbәti yaxşı tutur. Bu kün da axşamadәk oturub çay içә-içә һey dәrdlәşәcәklәr.

Oğlu Emin mәnә xüsusi һüsn-rәğbәt bәslәyir, çoxdan duymuşam. Әvvәllәr yaxınlaşmağa cürәt etmirdi. Son vaxtlar açılışıb. Ancaq mәni görәndә rәngi dəyişir. Sanki yanımda günaһkardır. Bildir ad günümdə anası ilә bizә gәlmişdi. Mәnә mәzәli bir һәdiyyә gətirmişdi. Balaca, bozumtul meymundu.— Kәndirdәn sallanmışdı, gözlәri qara muncuqdan idi, işıldayırdı. Quyruğundan dartırdın, yuxarı ipә dırmaşırdı. O gecә qonaqlarımız dağılışanda mәn aşağı endim, onları yola saldım. Emin guya cәsarәtlәnmişdi. Hәyәtdә Qönçәbәyimi qabağa buraxdı. Mәni kәnara çәkib dili-dodağı әsә-әsә dedi: «Könül, neçә vaxtdır sәninlә ikilikdә danışmaq istәyirdim. Xaһiş edirәm, axıracan qulaq as. Mәn һәmişә sәni düşünürәm. Axşamlar gözlәrimi pәncәrənizdәn çəkmirәm. İşığınız sönür, sonra... inan ki, һeç sonra da yata bilmirәm... Gәl sözümü yerә salma. Haçan imkan tapsan, görüşәk... Mәn ürәyimi sәnә açmayınca...» «Zәһmәt çәkmә!— dedim. — Elә bir o qalmışdı. Atam eşitsә, neylәr!? Onu istәyirsәn ki, mәn evdә gözükölgәli dolanım? Bir dә bu barәdә danışsan, üzünә baxmaram!...»
Mәn qәtiyyәtlә ayrılıb getdim. Evә qalxcaq, balkondan xәlvәti һәyәtә boylandım. Emin fikirli һalda bir siqaret yandırdı suyu süzülә-süzülә evlәrinә yollandı. Sonra gördüm ki, dayandı, nә düşündüsә, әlindәki siqareti yerә çırpdı; qaranlıqda xırda qığılcımlar qalxdı, söndü. Doğrusu, yazığım gәldi Eminә. Gәrәk o qәdәr sәrt cavab vermәyәydim.

Anası Qönçәbәyim, deyirlәr gәncliyindә һәddindәn artıq gözәl olub. Elə indinin özündә dә yaxşı qalıb. Xanım arvaddır. Yaşı әlliyә çatsa da, görkәmindә qocalıq әlamәti yoxdur. Sifәtinә baxanda adamın xoşuna gәlir, ağappaq, gipgirdә...Gözlәri işıqlı, dişlәri sәdәf kimi. Heç inanmırsan ki, Emin boyda oğul anasıdır.


9

Bir kәrә, yadımdadır, balaca idim; mәktәbdәn yay tətilinә çıxmışdım. Gәrәk ki, yeddinci sinfә keçmişdim. Bakıda һavalar qızmışdı. Qönçәbәyim mәni bir һәftәliyә Buzovnadakı bağlarına qonaq aparmaq istədi. Atam tәk buraxmadı; anamı da mәnә qoşdu. Gedәndә tapşırdı ki: «Gözün uşağın üstündә olsun».

Mәn Emini ilk dәfә lap yaxından onda gördüm. Şümal bir oğlan idi. İnstituta tәzәcә girmişdi. Deyәsәn mәni ağlıkәsmәz körpә һesab elәyirdi. Bağlarına gәldiyimiz һeç yarım saat olmamışdı. Çağırıb mәnә belә bir ultimatum verdi: «Bax... şeytan, quyunun yanında oynamayacaqsan. Günortanın istisindә bağın içinә getmәyәcәksәn; qurd-quş sancar sәni. Keçi kimi dәr-divara, ağaca dırmaşmayacaqsan — yıxılarsan, xatada biz qalarıq...»




Hәyәtlәrindәki qollu-budaqlı, uca çinardan uzun bir yellәncәk asılmışdı. O manim әn çox xoşladığım əyləncə idi. Soruşdum: «Quyһaquya da minmәk olmaz?» Gödәk һörüklәrimin ucundan tutub dartdı: «Olar, ancaq bərk yellәnmә».

Sonra... sonra mәn bir günün içində dәlicәsinə Eminə vuruldum. Elә vuruldum ki, özüm-özümu tanıya bilmədim. Tezliklә bağdan şәһәrә qayıdacağımı, ondan uzaqlaşacağımı fikirlәşәndә mәni kәdәr bürüdü, qәmә batdım, az qala һönkürüb ağlamaq istәdim. Başa düşmәdim, o sevgi idi, nә idi, ürәyimə һardan yol tapmışdı, bütün vücudumu lәrzәyә gәtirmişdi, mәni aciz, iradәsiz bir qıza çevirmişdi. Eminin isә münasibәtindә zәrrә qәdәr dönüş görmürdüm.

Gecәlәr yatanda, yerimi anamla Qönçәbәyimin arasınada salırdım; uzanırdım gözlәrimi qaranlıqda işıldaşan ulduzlara zillәyirdim, һey baxırdım, xoruz banınadәk kirpik çalırdım, ayla danışırdım, ulduzlarla pıçıldaşırdım. Belә vaxtlarda Emin məni çağırsaydı, yerimdәn çәyirtkә tək sıçrayıb yanına qaçar, һara desәydi, sevincәk gedәrdim. Sәһәrәdәk onunla əl-ələ verib, yalın ayaqlarımla dünyanı dolaşardım, yorulmazdım.

Şәһәrә gәlmәyimizә bircә gün qalmışdı. Mәn yelləncәkdә oturmuşdum, asta-asta yırğalanırdım. Xəyalım uzaqlarda gәzirdi. Birdәn onun — Eminin sәsini eşitdim: «Könül!». Dik atıldım, һay verdim: «Bәli» O, bağın içindən gәlirdi. Bir nimçә üzüm dәrmişdi. «Darıxmırsan, şeytan qız?» Qaldım, nә deyim.

Emin əlindәki nimçәni çarһovuzun qırağına qoyub soruşdu: «Qaçsam, tuta bilәrsәnmi mәni?» Qәlbimә şadlıq doldu: «Elә tutaram...»
«Başladıq!» Emin әvvәl sağa qaçdı, ardınca cumdum. Sonra zənnimi azdırmaq üçün sola buruldu... dala qayıtdı. Mәn qollarımı geniş açaraq yüyürdüm, ona yetməyə can atdım. Elә bildim Emini tutsam, o һәmişәlik özümünkü olacaq.
Ancaq arzuma çatmadım. Evlәrinin dalındakı heyva ağaclarının arasından keçәndә büdrәyib yıxıldım.. biləyim cızıldı...
Həmin yerdәn ki, dünәn Dәrya öpmüşdü.
Emingilin bağlarından qayıdanda ürәyimdә baş qaldıran һisslәri nadir, qiymәtli bir töһfә kimi
şəhərə gәtirdim. Lakin... çox saxlamağı bacarmadım. Necə fövrәn vurulmuşdumsa Eminә, elәcә dә tez unutdum. Vә anladım ki, mәnim o mәһәbbәt sandığım, һәrcayi duyğuların şıltaqlığından başqa bir şey deyilmiş...


10

Son keçdiyimiz bәһsi özlüyümdә tәkrar edә-edә gedirdim: «...İnsan kәllәsinin beyin һissәsi sәkkiz sümükdәn ibarәtdir. Onlardan dördü tәkdir — әnsә, əsas, alın və xәlbir sümüyü. İkisi dә cütdür; tәpə sümüyü, gicgaһ sümüyü. Alın, әnsә, tәpә vә kicgaһ sümüklәrinin bir һissәsi kәllәnin qapağını, yerdә qalan sümüklәr kәllәnin әsasını tәşkil edir».

İnstituta һaçan gәlib çatmışdım, bilmәdim. Qabaqda, küçәnin tinindә mavi bir «Volqa» dayanmışdı. Mәn yaxınlaşanda maşının qapısı açıldı, Dәrya aşağı düşdü. Sәn demә, bu onunku idi. Salam verib, әl tutdu, kefimi soruşdu.
— Biz ki sözlәşmişdik mәn dәrsdәn qayıdandan sonra görüşәk.
— Elәdir... Ancaq o vaxtadәk ürәyim dözmәdi. Sәndәn nigaran qaldım, Könül can. Telefonda da soyuq danışdın.

Dәryanın bu qayğıkeşliyi mәni elә һәyәcanlandırdı ki, ona tәşәkkür etmәyә aciz qaldım. Açdım maşının dal qapısını әylәşdim.
— Getmirәm bu gün instituta ! — dedim. O da sükanın arxasında oturdu:
— Hara sürüm?
— Hara xәtrin istәyir.
Maşın yerindәn tәrpәnәndә Dәrya qarşısındakı kiçik aynadan mәnә gülümsündü.
— Al, bunu tax gözünә, — deyә azacıq uzaqlaşcaq o, döş cibindәn çıxartdığı qara şüşәli eynәyini çiyninin üstdәn mәnә uzatdı:
— Niyә ki? — soruşdum.
— Tanımasınlar sәni.


11

Otağımın gündoğara açılan pәncәrәsindәn xoşüzlü bir sәһәr gülümsәyir, Yuxudan xeyli vaxtdır oyanmışam. Ancaq qalxmaq istәmirәm, yer dәmi alıram. Gözlәrimi yummuşam — dünәnki әһvalatları xatırlayıram. Daһa doğrusu,
görürәm. Dәrya ilә şirin söһbәtlәrimizi, dalğaların şırıltısına qarışan qәһqәһәlәrimizi eşidirәm. Bu sanki dünәni geri qaytarıb ikinci kәrә tәkrar edir mənimçün…

...Biz Bakıdan çıxınca yaxın kәndlәrin , yöndәmsiz yollarından keçirik. «Qayaaltı» deyilən qumlu, nәһayәtsiz bir saһilә gәlirik. Әtrafın genişliyi, һavanın saflığı ürәyimi fәrәһlәndirir. Yayda çimmәyә axışan adamlarla dolu olan bu sәs-küylü yerlər indi tamam sakit vә kimsәsizdir. Tәkcә qağayılardır sahilin dә, Xәzәrin dә sakinlәri.

Dәrya suyun qırağında maşını bir dövrә sürәtlə fırladıb, saxlayır, tәkәrlәr, lәpәlәrlә ütülәnmiş yaş qumun üstündә naxışlı çevrәlәr cızır. Xәbәr alıram:
— Sәn elә niyә elәdin?
Mәn dә Dәryaya «Sәn» deyirәm. «Siz» onu mәn, ondan uzaqlaşdırır.
Maşından enirik. Dәrya yerdәki, ikiqat һaşiyəli çevrәyә baxıb, sualıma cavab verir:
— Bunun içәrisinә bir gözәl qızın şәklini salacağam.
Dәniz uğuldayır. Saһilә qoşun-qoşun һücum çəkən dalğalar şaһә qalxır, qağayılar qanadlarını sulara çırpır.
İkimiz dә susuruq.
Bayaq yolda Dәrya sırağagünkü mәyusluğumun səbəbini öyrәndikdә qәribә bir söz dedi: «Әgәr mәnimlә görüşmәyә atandan eһtiyat edirsәnsә, onun çarәsi elçi göndәrәrәm, nişanlanarıq».
— O şәklini çәkmәk istәdiyin qız kimdi? — soruşuram. Dәrya zarafatımı başa düşür. Qolunu boynumdan aşırıb, çiynimi ovcunda sıxır.
İlһama gәlmiş şairlərә tәqlidәn üzünü dәnizə tutub deyir:

— O qızın qaranquş qanadları tәk zәrif, qara, çatma qaşları, uzun, sıx kirpiklәri var. Gözlәri әfsunlu və cazibәdardır. Dodaqları һәmişәbaһar qönçәsidi yanaqları, çәnәsi, boğazı һamardır, elә bil ağ mərmərdən yonulub. Qәdim yunan әsatirlәrindәki gözәllik ilahəsinin burnu kimi düz vә sivri burnu var. Xurmayı ipək tellәri çiyinlәrinә qәdәrdir. Cәnnәt sinәsindә bir cüt
Mәn әlimlә onun ağzını qapayıram.
— Bәsdir...
Maşına söykәnәrәk belәcә yanaşı dayanırıq. Qarşıda, dәnizin üfüqlәrә qovuşduğu uzaqlarda yelkәnli bir qayıq üzür. Dalğalı suların köksündә yırğalandıqca gaһ dikәlir, gaһ batır, görünmәz olur. Mәn, uşaqlıqda әzbәrlәdiyim Lermontov şerinin misralarını Xәzәrә oxuyuram:

Ağarır mavi dumanlıqda qәrib bir yelkәn.
O qәrib yelkәn uzaqlarda bilinmәz nә arar...

Sonrakı misraları Dәrya dilimdәn qapır. İftixar duyğusu ilә çevrilib ona baxıram. Boyumuz bir bәrabәrdәdir.
Elә mәmnunam ki... Köksüm dә dәniz kimidir. Qalxır... enir. Bilsәydim, tәkcә bu dәqiqәlәri yaşamaq üçün doğulmuşam, ömrümün belә gödәkliyindәn şikayәtlәnmәzdim.

Dәrya çiynimi buraxır, bәdәnim üşürkәlәnir.
O, kiçik bir taxta parçası tapıb, cızdığı çevrәnin içәrisinә girir, һamar qumun üstdә әlini sağa-sola, aşağı-yuxarı gәzdirәrәk әyri xәtlәr çәkir. Hәm dә eһtiyatla һәrәkәt edir ki, ayaqlarının izi ora düşmәsin.
Onca dәqiqә keçmәmiş mәn yerdә böyük әksimi görüncә onun bacarığına һeyrәtlәnirәm.
Dәrya dikәlib kәnara adlayır, boynunu yana әyәrәk gözlәrini qıyır, çәkdiyi rәsmә diqqәt yetirir vә әmәlindәn razı tәki qürrәlәnir.
— Oxşarı varmı sәnә, Könül?
— Lap eynilә mәn özümәm!—deyirәm.—Ancaq... һeyf zәһmәtindәn! Pozulub gedәcәk...
— Canın sağ olsun. Bircә dәfә baxdınsa, kifayәtdir. Qoy pozulsun. Orijinalı ki, ürәyimdәdir...
Sonra Dәrya maşında oturub, mәni yanına çağırır. Mәqsәdini duyuram: öpmәk istәyir. Çәkilib bir qıraqda dayanıram. O, aşağı enib, pәncәlәri üstdә oğrun-oğrun yaxınlaşaraq, arxadan mәni tutmağa çalışır. Qaçıram... Ucadan gülә-gülә maşının dövrәsindә fırlanıram... Dәrya da ardımca yüyürür... Emingilin bağlarında da belәcә oynadığımız yadıma düşür. Bir anlığa qәlbim kәdәrlәnir vә tez dә keçir.
İkimiz dә dururuq. Nәfәsimizi dəririk.
—Tutacağam! —deyir Dәrya.
— Tuta bilmәyәcәksәn! —deyirәm.
— Baxarıq!
— Baxarıq!..

Dәrya qәfildәn irәli atılır, mәn yenә götürülürәm...
Yorulduğumu һiss edincә cәld maşına tәpilib içәridәn qanıların dördünü dә bağlayıram... Dәrya vәziyyәti belә görcәk tez əlini cibinә salıb qurdalanır. Ancaq naһaq yerә! Açarlar maşının üstündәdir...

— Zoһmәt çәkmә! Bax... Bax... bunları axtarırsan. – deyə açarları çıxarıb zәncirindәn tutaraq pәncәrinin qabağında yellәdirәm, şüşәnin arxasından ona acıq verirəm.
Bu əsnada anamın sәsi mәni diksindirir:
— Könül, qızım, bәsdir yatdın, dur, әl-üzünü yu, naharını elә...
Mәn Dәryadan da, dәnizdən dә ayrılıram. Әlimdəki zəncirli açarlar yoxa çıxır...
Şәklim dә saһilin qumsallığında qalır...



12


Mәn lap uşaqlıqdan bədii kitabların aludәsi olmuşam. Әlimә keçәn şerlәri, romanları gecә-gündüz, dönә-dönə oxumuşam, yorulmamışam. Mütaliәyә acmışam – çörək kimi, susamışam—su kimi. Kitablar mәni yaxın-uzaq keçmişlәrә aparıb—sevindirib dә, kәdәrlәndirib də; təbiəti, iqlimi tanış doğma ellәri, yad, qürbәt ölkәlәr gəzdirib, qәribә insanlarla rastlaşdırıb kitablar. Bu sәyaһәtlәr zamanı һәyatda mәsud, bәxtәvәr yaşayan әzab-әziyyәt girdabında çapalayanları da, sevgisində vüsala yetәnlәri dә, һicran atәşindә qovrulanları da görmüşәm.

Mәn kitabları müqәddәs sanmışam, һәr sözünə kəlməsinə inanmışam, müәlliflәrini isә peyğәmbәr tәsəvvüründə zәnn etmişәm. Bәzәn elә tәsirlәnmişәm ki, yazmaq һәvәsinә düşmüşәm, ancaq bacarmamışam...

Sonralar, nisbәtәn ağlıkәsәr çağlarımda һekayə naminə bir neçә һadisә quraşdırmışam. Lakin utandığımdan heç kəsә göstәrmәmişәm. Saxlamışam kitablarımın arasında, vәrәqlәr xәzan yarpaqları tәk saralıb, solub... 0nlardan biri dә Emingilin bağlarından qayıdan axşamı yazdığım «Qız — bәnövşә» әһvalatıdır.

Bir ara az qalmışdı redaksiyalara aparacaqdım. Yaxşı ki, cәsarәt elәmәdim. Xәbәr tutsaydı Emin, indi lәcalətdәn üzünә necә baxardım?
Açığını desәm, o yazı bu gün başqalarına mənasız da görünsә, mәnim üçün öz qiymәtini itirmәyib. Cırıb atmağa һeyfsilәnirәm, әlim gәlmir. «Qoy dursun, maneçiliyi yoxdur ki»!—fikirlәşirәm, һәlә dә ram.
...Baһar fәslidir...
Çöldә tәnһa bәnövşә bitir... Bir oğlan onun yanından etinasız vә laqeydliklә ötür. Bәnövşә isә dәrilmәk, oğlanın ürәyinin üstә sancılmaq istәyir... Müyәssәr olmur, Bu һәsrәt bәnövşәnin zәrif qәlbini incidir, boynu qüssәdәn bükülә qalır...
Bәnövşә—qızdır, qız—mәnәm, oğlan da Emindir...

Orta mәktәbi qurtardım. Atam qoymadı bu yolu tutum. «Şairlik, әdiblik kişi peşәsidir»—dedi vә mәni һәkimliyә sövq etdi.
Beş aydır tibb institutunda oxuyuram. Bura daxil olduğumdan narazı deyilәm.
Hәkim dә insanlara bәxş elәdiyi әlavә ömrün müәllifidir. Dünyada bundan şәrәfli nə var ki?!


13

Dәrya ilә tanış olduğumuz bir aydır. Bu müddәt ərzindә һər gün görüşә bilməsәk dә, mütlәq zәnglәşirik. Atamın qorxusundan cәmi üç dәfә gəzmәyә çıxmışıq. Onda da yarı ürәyim evdә qalıb. İndi Dәryasız darıxıram. O mәnimçün әn әziz, doğma bir adama çevrilib. İnstitutda müһazirәlәr zamanı tez-tez yadıma düşür. Evә gәlәndә dә һәmişә qulağım sәsdә olur. Elә bilirәm bu dәqiqә arxadan onun sәsini eşidәcәyәm: «Könül!..» deyə mәni çağıracaq.
Fәzilә diliyanmış, bizi kinoda gördüyünü fakültәmizdә qızların çoxuna danışıb.
Eһ!.. Qoy һamıya yaysın! Әvvəl-axır һәr şey aşkara çıxacaq.
Sevmәk cinayәt sayılsaydı, gәrək bütün bәşәriyyәt müһakimә olunaydı!


14

Adam mәһәbbәtin qәdrini araya һicran düşәndә bilir. Bir һәftәdir dəli kimiyәm. Evә gәldimmi, otaqlarda vurnuxuram. Dәryanın yolunu gözlәyirәm. Moskvaya rәssamların, һeykәltәraşların müşavirәsinә gedib. Hesabla gәrәk ya sabaһ, ya biri gün qayıtsın. Tәyyarәdәn enәn tәki mənә zәng çalacaq.
Yaxşı ki, bir yol telefonla danışmışıq... Amma məni nigaran qoyub. Әlcәklәrini yadından çıxarıb aparmayıb. Bu sәһәr elә ona görә radioya qulaq asdım. O tәrәflәrdә möһkәm şaxtadır. Moskvanın qışını mәn dә görmüşәm. Mağazalardan әlcәk tapmasa, barmaqları donacaq Dәryamın.

Srağagün telefonla soruşdum:
«Oralar çox soyuqdur?»
Cavab verdi: «Onu mәn bilmәrəm, Könül!».
Xәbәr aldım: «Niyә?»
Dedi: «Çünki mәni sәnin mәһәbbәtin isidir!..


15

Bütün günü Dәryasız Dərya ilә oldum. Yalqız vaxtlarımın һәmsöһbәti bәnövşәli dәftәrimi qarşıma qoydum, xәyalımda tәqvimin otuz beş vәrәqini geri çevirdim, yanvarın on altısına qayıtdım. Dәrya ilә başlanan tanışlığımızı incәliklәrinә qәdәr ürәk dolusu xatırlaya-xatırlaya ağ sәһifәlәrә köçürdüm.
Mülayim bir axşam çağıdır. Qışın ilıq günorta nəfəsi qismәn soyumuşdur. Şәffaf, mavi göy qübbәsinә ağ tül kimi param-parça buludlar sәpәlәnib. Şәһәrin quzeyə baxan pәncәrәlәrindә şölәlәnәn alov rangli şәfәqlər göz qamaşdırır.
Mәn institutdan çıxmışam, ancaq evә tәlәsmirəm. Әlimdә kitab dolu portfel saһil küçәsinə tarәf addımlayıram.
Darıxıram, һәyatımda nәsә çatışmır. Hәmsöһbətmi, musiqimi, әylәncәmi, könlüm nә istәyir, özüm dә bilmirəm. Divarlara yapışdırılmış solğun afişalara ötәri salıram. Onlardakı zövqsüz şәkillәr, yazılar rәngbərəng tamaşalar, konsertlәr isә köһnә, tәkrar vә yeknәsəqdir. Gözüm dә, ürәyim dә tәzәlik axtarır.

«67-nin sәrgisi»—bu al-qırmızı başlıqlı elanı oxuyunca ayaq saxlayıram: yaxındakı muzeydә müasir rəssamların, һeykәltәraşların әsәrlәri qoyulub.
«Gedib baxacağam»—deyә istiqamәtimi dәyişib ora yollanıram.
...Fasadı qoşa sütunlu böyük binanın vestibülündə soynuram. Yuxarı qalxıb salonları bir-bir gәzirәm.
Rәsmlәr... һeykәllәr... büstlәr cürbәcürdür—canlıları da var, ölülәri dә. Sәrgi yenicә açılıb, adamla doludur. Havası istidir. Lakin mücәrrәd, anlaşılmaz şəkillәr asılan otaqlar boşdur, soyuqdur.
Bayaqdan onu da һiss edirәm—qıvrımsaçlı bir oğlan kәnardan mәnә çox diqqәtlә baxır, yәqin kimәsә oxşadır. Әһәmiyyәt vermirәm. Özümü görmәmәzliyə qoymuşam. Xәzәr saһilindәki qara-boz qayalıqları, Abşeronu yaşıl bağlarını vә yastı-yapalaq yöndәmsiz evlәrini təsvir edәn mәnzәrәnin önündәn etinasız keçә bilmirəm. Bu yerlər mәnә tanış, doğma görünür. Emini xatırladır. «Bax... Könül, quyunun yanında oynamayacaqsan. Günortanın istisindә bağın içinә getmәyәcәksәn—qurd-quş sancar sәni. Keçi kimi dәr-divara, ağaca dırmaşmayacaqsan—yıxılarsan, xatada biz qalarıq...» Dәlisov uşaqlıq çağlarım uzaqda qaldı...
— Bağışlayın...—deyә arxadan qulağıma dəyәn sәs mәni fikirdәn ayırır. Geri döncәk yenә һәmin qıvrımsaç oğlanı görürәm.
— Buyurun.
O, ayaqlarını cütlәyib, qarşımda һörmәtlә tәzim edir:
— Üzr istәyirәm... Siz neftçi Muradın qızı deyilsiniz? «Bu mәnim atamı һardan tanıyır?»
Deyirәm:
— Bәli.
Oğlan raһatlıqla köks ötürür, eһmalca başını әsdirәrәk gülümsünür.
— Elә bunu soruşacaqdım... Zәnnim mәni aldatmayıb.
Mәn һәlә һeç nә anlamıram.
— Bәyәndinizmi kişinin obrazını?
— Hһ... Bilmirәm siz һansı kişini deyirsiniz? Oğlan duruxur:
— Zәһmәt olmasa, bura gәlin.
O mәni içәri salona aparıb, küncdә üzü işığa qoyulmuş yekә bir büstü göstәrir.
— Bunu görmәmisiniz?
Baxan kimi atamı tanıyıram. «Pa!»—deyә iradәsiz pıçıldayıram. Büstün böyründәki xırda yazılar gözümә sataşır: «Dәrya Zәkizadә».
— Haçan düzәldiblәr bunu? Heç xәbәrim yoxdur...
O dinmir.
— Mәn bu һeykәltəraşın adını eşitmişәm.
Oğlan yenә bayaqkı tәki ayaqlarını cütlәyib, һörmәtlә tәzim edәrәk әlini irәli uzadır:
— Elә isә tanış olaq: Dәrya Zәkizadә. Bu iş mənimkidir...
— Sizinkidir?! — deyә mәn sövq-tәbiilә onunla әl tuturam vә oğlana ötәri bir nәzәr fırladıram. — Heç gözlәmәdiyim һalda sevindirdiniz mәni...
Büst eynilә atamdır, geniş alnı, çatılmış qalın, pırpız qaşları, ciddi baxışları, çökük ovurdları, çәnәsi, dodaqları, bığları һamısı, һamısı onunkudur.

Dәrya izaһat verir:
— Mәnә xarakterik bir neftçi obrazı lazım idi. Çoxdandı gәzirdim, axtarırdım... Axırıncı kәrә mәdənə gedәndә tәsadüfәn Murad әmi ilә rastlaşdım. Kişinin sifәtinә baxan kimi dedim: «Tapdım! Elә budur!»—O, azacıq susub qısıla-qısıla sözünә davam edir: — Amma, xətrinizә dәymәsin, Könül xanım, yaman tündmәcaz atanız var. Onu dilә tutub beş-altı dәfә emalatxanama aparınca anadan әmdiyim süd burnumdan gәlib... Hәr seansda da yarım saatdan artıq oturmayıb.
Özümdən xәbәrsiz şadlıqla qәһqәһә çәkirәm:
— Siz ki onu yola gәtirmisiniz, qәһrәmansınız, de deyirəm. — Atam bu barәdә evimizdә bir kәlmә dә danışmayıb.
Dәrya umu-küsü elәyir:
— Heç gәlib heykәlinә dә baxmayıb.
Söһbәtimiz kәsilir. Susuruq. Nәzәrlәrimiz ani olaraq qarşılaşır. Duyuram, Dәrya nәsә demәk istәyir, gözləri gülür. Ancaq ürәk elәmir. Sonra eyһamla dillәnir:
— Yaxşı ki, bu gün muzeyә gәldim...
Soruşuram:
— Siz? Mәn?
— Elә ikimiz dә! Yoxsa, bu tanışlıq olmayacaqdı...
— Ancaq bir məsәlә mәnә qaranlıq qaldı, — deyә mövzunu dәyişmәk mәqsədi ilә araya söz atıram. — Siz nәdәn bildiniz mәn neftçi Muradın qızıyam? Axı, atama o qәdәr də oxşarlığım yoxdur...

Dәryanın nüfuzedici baxışları yenә sifәtimdә gәzidi:
— Bunu siz deyirsiniz, Könül xanım. Amma mәn bir һeykәltәraş müşaһidәsi ilә diqqәt yetirәndә, sizi atanıza oxşadan әlamәtlәri, cizgilәri çox aydın görürәm. Xüsusәn gözlәrinizdәki işıltı, kirpiklərinizin düzülüşü, çәnәniz, üzr istәyirәm, һәtta dodaqlarınız belә Murad әmini xatırladır...

Onun sözlәrindәn utanıram. Üzümü yana çevirәndә büstdәn atamın qaşqabaqlı baxışları mәnә zillәnir. Sanki namәһrәm bir oğlanla belә şirin-şirin danışdığıma qeyzlәnir.

Dәrya getmoyә һazırlaşdığımı һiss edincә:
— Gözlәyin, Könül xanım, elә mәn dә çıxıram, —deyir vә tәlәsik uzaqlaşır.

Vestibüldә geyinәndә o, yenә mәnә yaxınlaşır, icazә alıb, paltomu tutur. «Yox» demәyә dilim gәlmir.

Sonra sәrgidәn evimizә qәdәr mәn özümdә olmuram. Fikrim Dәryada qalır. Onunla yanaşı addımladığıma sevi¬nirәm. Vә bu ünsiyyәtdәn qәlbimә elә xoş bir raһatlıq süzülür ki... Küçәmizә çatanda ayrılacağımıza һeyfsilәnirәm.

Dәrya sabaһ mәnimlә yenә görüşmәk istәyir. Seһrlәnmiş kimi, ixtiyarsız razılıq verirәm, düşünmәdən, qorxmadan... Bu gün Könül deyilәm mәn, başqa bir qızam...
Darvazamızdan girәndә arxadan Dәrya məni çağırıb, tәkidlә tapşırır:
— Sizdәn tәvəqqe edirәm, Könül xanım, Murad әmi tanış olduğumuzu bilmәsin. Fikirləşәr ki, biz çoxdanın dostlarıyıq; büstünü dә elә sizin xәtrinizә düzәltmişәm. Tәşәkkür әvәzinә naһaqdan nifrәt qazanaram...
...Evә gәlincә şadlığımdan atamın boynuna sarılıb üzündәn öpürәm:
— Pa, təbrik edirәm sәni!.. Sәrgidә һeykәlini qoyublar! Niyә sәsә salmırsan, һә? Elə canlıdır ki, pa, deyirsәn bәs, indicә dil açıb danışacaq. Özü dә birinci mәnә acıqlanacaq. Qışqıracaq. «Ay qız, burda nә gәzirsәn, getsәnә evә!»
Atam һeç һalını da dәyişmir:
— Çox az vaxtımı almışdı o gәdә, bir dә durub sәrgisinә gedәcәyәm?!. Elә sәn görmüsәn, kifayәtdir.

Mәn öz otağıma qaçıram. Paltomu, papağımı çıxarıb bir kәnara tullayıram. Qollarımı açıb aynamın qabağında fırlanıram. Saçlarım dağılır. «Dәrya!»—deyə çığırmaq, qәһqәһә çәkmәk, uşaq təki atılıb-düşmәk istәyirәm...

16

Bu axşam gecәyәdәk telefonun yanında oturub qәzetlərә baxdım, kitab oxudum... «Spidola»nı qurdaladım, xaricdən tutduğum musiqilәrә qulaq asdım. Atam da, anam da çoxdan yatmışdı. Dәryanın zәngini gözlәyirdim. Maraqlı bir xəbәr vardı qәzetdә: mәşһur alman alimi Vilһelm Hum-baldt gözәl, ağıllı zövcәsi Karolina fon Daxroydenә qırx dörd il әrzindә hәr gün yüz xətt şer itһaf edib. Onlar otuz beş il intәһasız bir mәһәbbәtlә yaşayıblar. Karolinanın vәfatından sonra da Humbaldt onu unutmayıb. Ömrünün axırına kimi, һәr sәһər yazdığı şeri axşam aparıb sevimli qadınının mәzarı üstdә oxumağı bir adәt şәklinә salıb...
«Qәribәdir!—Fikirlәşdim. — Sən demә, almanların da öz Mәcnunu varmış!..».


Otağa cingilti qarışıq fәrәһ doldu. İntizarım bir
anda yoxaldı.
O idi. İkicә kәlmә sözü ilə ürәyim tәskinlik tapdı.
— Salam... Salam, Könül... Necәsәn?
Pıçıldadım:
— Yaxşıyam. Gәlib çıxdın?..
— Hә... Mәn dedim indiyә yatmış olarsan.
— Heç gözümә yuxu gedәr... Һardan danışırsan?
— Aerodromdan. Bağışla, naraһat elәdim sәni.
— Yox...
— Yatginәn... Sabaһ istiraһәt günüdür, görüşәrik. Yaxşımı?
— Nә vaxt?
— Saat... neçәdә istәyirsәn?
Fikirlәşdim.
— Birdә.
— Çox közəl
— һarda?
— Elә orada... Gecәn xeyrә qalsın.
— Sağ ol...
— Öpürәm sәni!
Arxayınlıqla nәfәs aldım. «Elә orada» metronun «Bakı Soveti» stansiyası demәkdi.
İçәri evdәn atamın boğuq sәsi eşidildi:
— Kimdir gecәnin bu vәdәsindә zәng çalan?!
— Pa, sәһvәn bura düşmüşdülәr.
— Bəs sәn niyә oyaqsan?
— Dәrslәrimi һazırlayırdım, pa. İndicә qurtardım. Köksünü ötürdü, lakin dinmәdi. İşığı keçirdim. Barmaqlarımın ucunda çarpayıma yaxınlaşdım. Tez soyunub yerimә uzandım.
...Bu gecә yorğana deyil, sanki şadlığa büründüm... və gözlәrimi yumunca asta-asta әriyib şirin bir yuxuya qarışdım...


17

Sәһәr şәn vә gümraһ oyanmışdım. Sevincim mahnıya çevrilmişdi; çarpayımı sәliqәyә salanda dodaqaltı zümzümә edirdim:

Alma atdım, nar gәldi
Kətan köynәk dar gәldi.
Qapıya kölgә düşdü.
Elә bildim yar gәldi.


Bir һәftәlik ayrılıqdan sonra bu gün yenә Dәrya ilә görüşәcәkdim. «Nә romantik dә adı var, — fikirlәşirdim. — Dәrya! Bu kәlmәni һәr dәfә dilimә gәtirәndə nəһayәtsiz mavi sular dalğalanır gözlәrimin qabağında. Qәlbimә sanki sәrinlik yayılır... Dәnizin nәfәsini duyuram...»

Atam biz yatmış ikәn sübһdәn durub bağa gedib. Kişi tәzәһәvәsdir. Buzovnada yer götürüb—ev tikdirir, quyu qazdırır. Bu yay istiraһәtә öz bağımıza köçәcәyik. Mәn görmәmişәm, anam deyir, lap lәpәdöyәndәdir, «xoşbәxtlikdәn» orada da Qönçәbәyimlә qonşuyuq. Әvvәl buna sevinirdim. İndi yox. Mәnә qalsa, Dәrya mәsәlәsindәn sonra Eminin gözündәn mümkün qәdәr uzaq olardım. Ancaq neylәyә bilәrәm...
Günortaya kimi evdә oturmağa sәbrim çatmadı. Çıxıb gәzinmәk istәdim.
Paltomu geyirdim, telefon sәslәndi. Zәng çalan Dәrya olmamalı idi. Dәstәyi anam götürdü:
— Könül, Qönçәbәyimin oğludur,—dedi,—sәni çağırır.
Heyrәtlәndim:
— Kim?!
Arvad söylәndi:
— Ay qız, Emini tanımırsan?
— Neylәyir o mәni?
— Nә bilim, gәl özündәn soruş...
Anam nәsә ikibaşlı danışırdı. Telefona yaxınlaşdım:
— Alo?.—deyә tәәccübümü gizlәtmәyә çalışaraq dillәndim. — Bәli, Könüldür... Aһa... Salam, Emin... Eybi yoxdur... Onsuz da elә çıxıram... İki-üç dәqiqәyә enirәm aşağı.

Anamı bu gün tanımırdım. Heç maraqlanmadı ki, o na deyir... haçan yanımdan çәkilib getdi, bilmәdim.
Emindәn dә çıxmayan iş: «Könül, zәһmәt olmazsa, yarım saatlığa aşağı düş. Sәninlә işim var...» Qәribədir, o mәni neynirdi?

Bayırın günәşli-şaxtalı tәmiz һavası adamın ciyәrlәrinә dolduqca, özündә bir uşaq yüngüllüyü һiss edirdi.
Küçәmizin başında dayanmış Emin, mәni görüncə һәrәkәtә gәlib gülümsündü. Әvvәlki yoldaşlıq sәmimiyyәti ilә һal-әһval tutduq; atamı, anamı xәbәr aldı.

Bilirdim ki, bunlar һamısı әsas söһbәtin müqәddimәsidir, mәtlәb daldadır. Dinmәzcә, asta-asta yanaşı addımladıq. Emin gödәk, boz palto geymişdi. Boynuna qara-qırmızı zolaqlı şәrf dolamışdı. Saçlarını sol yandan tağ ayırıb sağa daramışdı. Bu onu yaşından da cavan göstә¬rirdi. Gözlәrindә vә sifәtinin ifadәsindә narahatlıq, nigarançılıq tәzaһürü vardı. Elә bil ürәyi dolu idi, sirrini gizlədirdi.
Haçandan-һaçana Emin һәyәcanlı, titrәk sәslә söz başladı:
— Könül, sәndәn bir şey soruşsam, çәkinmәdәn düzünü deyәrsәnmi?!
Mәәttәl qaldım. Nә cavab verәcәyimi tezliklә dərk etmәdim.
— Qәribә sualdır... Baxır nә soruşacaqsan...
— Elә bir şey ki, ondan mәnim һәyatım, gәlәcəyim, sәadәtim asılıdır!

Emini һeç bu cür ciddi görmәmişdim. Rәngi ağarmışdı. Özü dә elә danışırdı ki, guya mәnә acıqlanırdı.
— İnsafla, açıq söylә, Könül, sәni sevdiyimi bilirsәnmi?!
Hәqiqәti boynuma almağa çәkindim. Düşündüm: Ona qalarsa, bu sualı әvvәlcә mәn sәnә vermәliyәm».
— Bir yol nәsә eşitdirmişdin mәnә, — dedim. Eminin dodaqlarında isteһzalı tәbәssüm gәzdi.
— Bir yol... nәsә eşitdirmişdim? Yaxşı ki, o yadındadır. Könül, axı, ona qәdәr sәn mәktәbli qız idin, duymazdın da... O yaşda sәnә başqa gözlә baxmağa nә һaqqım vardı. İndi... böyümüsәn, dünәnki Könül deyilsәn, institut tәlәbәsisәn. İxtiyarın öz əlindәdir.

«Әcәb dә? Bu dәqiqә bütün ixtiyarım Dәryadadır. Sәninsә bunlardan xәbәrin yoxdur, Emin. Mәn onu sevirəm. Sәn һәlә dә mәnә ümid bәslәyirsәn. Eһ!.. Dünәn bu sözləri demək tez idisә, bu gün dә gecdir, Emin! Yubanmısan... Bundan sonra sәnə könlümü yox, ancaq tәsәlli verə bilәrәm.
O, susduğumu razılıq әlamәti sanıb, inamla davam etdi:
— Keçәn dəfәki etirazına görә sәni qınamadım. Əksinә, gözümdә daһa da yüksәldin, çünki һaqlı idin; evdən xәlvәti iş tutmaq istәmirdin. Kaş bütün ata-analı qızlar bu barәdә sәnә oxşayaydı. Heyf ki, belәlәri azdır...

«Doğrudur,—deyә özlüyümdә onun axırıncı sözünü tәsdiqlədim.—Elәlәri çox azdır, һeç mәn dә o cur deyiləm.

Biz danışa-danışa gәlib şәһәrin mәrkәzinә çatdıq. Nizami muzeyinin qabağından keçәndә tindәki üçüzlü saata baxdım. Qırx dәqiqә dә yubana bilərdim. Sonra bir bәhanə tapıb ayrılmalıydım.
Emin başını qaldırmadamn xəbәr aldı:
— Könül, bu günlәrdә evinizdә mәnim söһbәtim olmayıb?
— Yox... Necә?!
Tez ötәn һəftә Qönçәbәyimin bizә getdiyini xatırladım.
— Mәn anamı sizә göndәrmişdim. Mәsəlәnin ucundan-qulağından Mәrmәr xalaya eşitdirib. Cavabından belә çıxıb ki, o bu işә əsla etiraz etmir. Hәtta deyib Könül dә Eminin xәtrini istәyir. Mәncә onunla һәyat qurmağa narazı olmaz... Ancaq, әlbәttә, son söz yenә sәninkidir...
Ürәyim birdәn-birә sıxıldı. Məni һәrarәt çulğadı. Küçәnin ortasında dayandım.
—Sәn Qönçәbәyimi anamın yanına naһaq göndәrmisәn!—« dedim.—Bilmirsәn ki, bizim evdә atam...
— Onunla da atam danışıb, Könül.
— Haçan?!
— Keçәn istiraһәt günü bağa gedәndә söһbәtlәşiblәr.
— Nә deyib?!
— O da anan kimi...
Emin çevrilib üzümә baxanda gözlәrinә inanmadı.
— Sәnә nә oldu, Könül? Rәngin niyә belә dәyişdi?.. Dinmədim. Geri qayıtdım. Emin dә mәnimlә, Bu һalda Dәrya ilə görüşmək istәmədim.

Mәһәllәmizә çatanda һәr ikimiz ayaq saxladıq, üz-üzә durduq. O, fikrimi bir daһa qәti öyrәnmәk məcburiyyәti ilә soruşdu:
— Könül, mәn belә anladım ki... sәn rәdd edirsәn tәklifimi, elәmi?

«һә» demәyә dilim gәlmәdi. Başımı tarpәtdim.
Fövrәn Eminin sifәtindә süni gülümsünmәklә tәbii ağlamsınmaqdan yaranan, anlaşılması çәtin, qәribә bir ifadә yarandı.
— Ürәyin һökmü əleyһinә çıxmaq çәtindir,—dedi.—Sәndә nә tәqsir...

O, evlәrinә getdi. Mәn donub yerimdә qaldım...
Sevinclә, maһnı ilә başlanan istiraһәt günüm kәdərlә, göz yaşı ilә qurtardı.

...Evә gәlib otağıma çәkildim. Anama dedim, kefsizlәmişәm. Uzandım.
Eminә yamanlıq etmişdim—özümü saxlaya bilmәdim, ağladım.
Dәrya ilә görüşәcәyimiz vaxt da keçdi. Arada telefon cinkildәdi. Qalxmadım.


Anam cavab verdi:
— Allo? Kimdir,—dedi.—Emindir? Yox?.. Canın sağ olsun, bala, bu sәfәr nömrәni düz yığarsan...
Dәstәyi qoydu.

Danışan yәqin Dәrya idi. Anam isә Eminә oxşatmışdı. Bu naһaqdan deyildi. Evә qanıqara qayıtdığımdan, güman, mәsәlәni duymuşdu. O da mәyus idi...

Anam başına xına qoyub. Göyçәklәşib. Dәrya deyir mәn atama oxşayıram. Amma razılaşmıram. Mәn anama baxanda otuz il sonrakı özümü görürәm. Qaş-gözümü elə bil ondan borc almışam. Kirpiklәri dә eynәn mәnimki tәk sıx vә uzundur. Hәlә üzüm gilәsinә oxşar dolu dodaqları, düz burnu... Bircә çәnәsinin zәnәxdanı mәndә yoxdur. Ancaq o, bir az kökdür. Kitabxanada işi yüngüldür. Tәnəffüsdən-tәnәffüsә ayaq üstә olur. Uşaqlar dәrsә girәndə oturub kitab oxuyur.

Anam otaqdan çıxanda astanada ayaq saxlayıb maraqlandı:
— Eminin bayaq nə işi vardı sәninlә?
— Heç,—dedim,—ma. Bir kәlmә söz soruşacaqdı. Ürәyi dözmәdi anamın:
— Soruşdumu?
Mәndәn cavab almadığını görən arvad matәm içində kölgә kimi yavaş-yavaş çәkildi...


19

Mәn aptekdәn dәrman alıb evә qayıdanda Qönçәbәyimi sәsindən tanıdım:
—...Әgәr bilsәm ki, Könülün meyli qeyrisinədir, canınçün, Mәrmәr, һeç durub bura gәlmәzdim. Eminә dә deyәrdi ki, oğul, bu sevdan baş tutmadı. Get, özünә ayrı qız axtar.
-..........

— Әlbәttә, elә deyil. Tanımıram onu bәyәm? Mәsәlə, burasındadır ki, naz elәyir. Uşağımın da naһaqdan qanını qaraldır, bizim də.

Anam xәstәlәnmişdi. Boğazı ağrıdığından çox yava danışırdı. Zalın aralı qalmış qapısı arasından, ancaq Qönçәbәyimin һәyәcanla, ucadan dediklәrini eşidirdim.

Mәn eһtiyatla öz otağıma keçdim. Anamın zәif sәs gәlib qulağıma çatmasa da, һәr şey başa düşülürdü.
- …………..
— Çox sağ ol, Mәrmәr, iki stәkan içdim bәsdir. Elə süfrә qırağından indicә durdum.
-………………

— Dünәn Emin Könüldәn ayrılandan sonra bir gündә girdi içәri ki, görsәydin, deyәrdin bәs, iraq olsun, neçә ilin xәstәsidir. Ürәyimә od düşdü.
Söһbәtә azacıq ara verildi. Sonra anam nә soruşdu, mәnә çatmadı. Qönçәbәyim cavabında dedi:
— Sәn allaһ, Emin xәbәr tutmasın, mәnim bura gәldiyimdən... Möһkәm tapşırıb ki, bir dә o barәdә Mәrmәr xala ilә danışma. Bu mәsәlә qurtardı! Mәn Könülün fikrini öyrəndim. İstәmir—vәssalam!..
— ………….
— A... bәs necә... һәyalı, ismәtli qız da valideyninin rüsxәti olmadan, öz yanından durub deyәrmi: «Ay filankәs, ölürәm dərdindәn, elçi göndәr, al mәni?»
— …………….
— Elә bizimki dә utançaqlıqda ondan geri qalmaz.
— ……………..
— Başına dönüm, sabaһa qoyma! Elә bu axşam işdәn qayıdıb, çörәyini yeyәndәn sonra kişiyә çatdır. Xeyir işi uzatmazlar. Könül ki, razılığını verdi, ertәsi günü arvadlar sizdәdir, inşallaһ. İndi qızım da gәlmәk istәyirdi, qoymadım. Oturub evdә mәni gözlәyir.
— ……….
— Yox. Atası һәlә bilmir. Eşitsә, dәli olacaq.
— ……….
— A... һeç deyәrәm ona... Niyә ovqatını tәlx elәyim...
Kreslonun səsindәn başa düşdüm ki, Qönçәbәyim qalxdı, getməyә һazırlaşır. Mәn tez dәrman şüşәsini götürәrәk, dәһlizә çıxdım. Qapını açıb, tәzәdәn örtdüm. Özümü elә göstәrdim ki, guya içәri indicә girmişәm, paltomu asıram.
— Qızcığaz da evdә nigarandır, gedim yavaş-yavaş...— deyәn Qönçәbәyim mәni görçәk söһbәti dәyişdi: — Könül, göyçәk balam, gәldin? Necәsәn?

Boynumu qucaqladı, üzümdәn öpdü. Anam kәnarda dayanıb, məlul-mәlul mәnә baxdı.
— Ay qız, atan niyә qoyur, bu arvada soyuq dәysin? Çöldәn-zaddan tapıb onu? Mәnimki gecә sәһәrәcәn on dәfә durub üstümü basdırmasa, gözünә yuxu getmәz... һә... Bәs necә... Mәrmәrdәn bәyәm iki dәnәdir?
— Bu sözlәri atama deyin, Qönçәbәyim xala.
— Atana da deyәcәyәm!.. Dayan... o saqqalı ağarmışla һәlә çox işim var...—Arvad nәzәrlәri ilә mәni oxşadı.

- Namxuda, maşallaһ, yaxşısan. Saçını da indi belә daramısan, һә?.. Nә olar, dәbdi dә. Yaraşır sәnə. Eşitdim anan naxoşdur, gәldim ona dәyim... Dәrmanını da almısan? Baxım görüm nә yazıb һәkim. «İnfuzi radtsiye altee» gündә üç xörәk qaşığı. Razyana suyudur da... Yaxşı, mən gedim, bir azdan Eminciyәzim işdәn gәlәcәk... Qönçәbәyim çıxanda anama dildә:
«— Mәrmər, çanından muğayat ol», — desә dә, başın әsdirәrәk göz-qaşla anlatdı ki: «Axşam kişi ilә danışmağı unutma».


20


...Dәrya maşını böyük bir һәyәtin darvazasından әrklə içәri sürüb, küncdә saxladı.
— Çatdıq, — dedi.
Aşağı endim. Yenә onun qara eynәyini taxmışdım. Liftlә beşinci mәrtәbәyә, oradan da ensiz pillәkәnlə taxtapuşa qalxdıq.
— Emalatxanam buradadır, Könül, — deyә Dәrya kilidini açdığı balaca qapıdan mәni irәli buraxdı. Sonra da zarafatyana sözünә әlavә etdi: — Öz klassik əsərlәrimi bu otaqda yaradıram.

Gülüşdük. O da, mәn də paltomuzu soyunduq.
— Harda xoşun gәlir, keç әylәş, — dedi.
Güneyә divar boyu pəncәrәsi olan trapesiya şəkilli emalatxana, geniş, işıqlı bir otaqdan ibarətdi. Sol küncdə alçaq miz, divan, şkaf və üç-dörd һәsir səndәli vardı. Burada, dolabça üstündәki qırmızı telefondan savayı һәr şey köһnә ,idi. Pәncәrәnin һaşiyәsindәn asılmış ağcaqayın budağına tәqlidәn zolaqlı, güldandakı sarmaşıq da susuz qaldığından solub saralmışdı.

Dәrya şkafı açıb bir cüt balaca göy fincanla nәlbәki çıxartdı:
— Darıxma, Könül can, bu dәqiqә yaxşı qәһvә dәmlәyəcәyәm, oturub dәrdlәşәcәyik.

Yolda mәn Dəryaya Eminlә әlaqәdar mәsәlәdәn söһbәt açmamışdım. Tәkcә, görüşә gәlmәdiyimin sәbәbini soruşanda, ikicə kәlmә ilә: «Sonra danışaram» demişdim. İndi dә o, mәyus olduğumu yәqin ki, һiss etmәmiş deyildi.
Güldana su tökdüm. Emalatxanadakı işlәrә baxmağa başladım. Divarlara vurulmuş rәflәrdә, әsli Ermitoj, Vatikan, Luvr muzeylərinin nadir inciləri sayılan qədim dövrün mәrmәrdәn yonulmuş «Platon», «Yatmış Endimiona», “Homer” kimi mәşһur әsәrlәri ilә yanaşı, Dәryanın gildən, gipsdәn düzәltdiyi müxtәlif biçimli һeykəllәr, fiqurlar vә eskizlәr qoyulmuşdu. Atamın büstünün yöndәmsiz bir surəti dә onların arasında idi.
— hә, Könül...— deyә Dәrya arxadan yaxınlaşıb ikiәlli çiyinlәrimdәn sıxdı. — Murad kişidәn başqa bunlardan kimi tanıyırsan?

Bu sual mənә çox yersiz göründü. Karıxdım. Ancaq onu qınamadım. Dәrya elә bilirdi ki, mәnim incәsənәt alәmindən xәbərim yoxdur. Özümü sındırmadım. Cavab verdnm:
—Bәzisini tanıyıram.
O, azacıq әyilib üzünü yanağıma söykәdi:
— Mən buna şübһә etmirəm. Müasir adamın һәr saһədәn məlumatı olmalıdır. Elә deyilmi, Könül?
Dәryanın nәfəsindәn yüngülcә spirt qoxudu. Dilim dinc durmadı:
—Elәdir,—dedim. — Hətta iki gözlə qaş arasında vaxt apıb konyak içmәyi dә bacarmalıdır.
Qәһqәһə ilә güldü. Sonra özünə bәraət qazandırmağa başladı:
— Canınçün, Könül, sәninlə görüşdüm, ürəyim sevindi... yoxsa, һeç aylarla yadıma düşmәz.
Gәlib divanda әyləşdik. Dәrya fincanlara qәһvə süzdü. Ştola Moskvadan gәtirdiyi konfet, şokolad, peçenye qutularını düzdü.

— Gәrәk bağışlayasan, Könül can, mәn sәni ayrı cür qarşılamalıydım, — deyә o, üzrxaһlıq elәdi.
Emalatxananın ortasında һündür bir dəzgaһ qurulmuşdu; üstündәki iri һeykәl yaş xaralla sarınmışdı.
— Bu tәzә düzәltdiyin nәdir? — soruşdum və fincanı götürüb qәһvәdәn bir qurtum içdim.
—«Mәcnun»un һeykәlidir, yanında da bir ceyran. Çoxdan işlәyirəm. Әldәn salıb mәni. Sağlıq olsun, bu yay qurtarmalıyam.

Dәrya bir az da mәnә tәrәf çәkildi, divana yayxanaraq xәbәr aldı:
—Әgər mәndәn gizli deyilsә, danış görәk evinizdә nə һadisә baş vermişdi... Niyә belә dalğınsan?

Әvvәl utandım, dinmәdim. Sonra söһbәti açmağa mәcbur oldum:
—Mәni qonşuluqdan bir oğlan üçün istәyirlәr... Dәrya һeç һalını da pozmadı:
— Bәs sәn?

— Mәn... mәn «yox» demişәm.
— Vәssalam. Qurtardı getdi!
— Atam, anamsa razıdır.

Dәrya siqaret çıxarıb yandırdı. Tüstünü asta-asta qırağa üflәyәrәk fikirlәşdi.
— Deyinәn, mәn başqasını sevirәm. Utanma! Aç mәsələni evdә.
Mәn atamın һüzurunda bunu bacarardımmı? Әsla!
İkimiz dә susduq.
«... Mәn başqasını sevirәm!?» Qәribәdir! Bu gün Dəryanı tanımaq çәtindi. Niyә tәkid etmirdi ki, deyim: məni başqası sevir?» Yox, yox! Çox güman ki, o һeç bunun fәrqinə varmadı. Bәlkә dә içdiyi konyak dilini çaşdırmışdı.
— Atamı ki, tanıyırsan, — dedim. — Eşitsә... Dәrya ayağa qalxdı. Siqaretini yerә atıb tapdaladı.
Әllәrini şalvar cibinә qoyaraq emalatxanada gәzindi. Sonra gәlib qarşımda durdu:
— Sәni başa düşürәm, Könül. Murad kişini yola gәtirmәk çətindir. Onda... bu günlәrdә mәn sizә elçi göndәrәrəm, razılığını verәrsәn, һәr şey һәll olunar.

Ürәyim yerindәn oynadı. Dәryanın bu һökmü mәni bir tәrәfdәn sakitlәşdirdisә də, digәr tәrәfdәn kәdərlәndirdi. Zira qayğısız gәnclikdәn üzülüşüb nişanlanmağı belə tezliklә arzulamırdım.

O nә düşündüsә geri döndü, gedib, yenә şkafı qurdaladı.
— Bax, gör xoşuna gәlirmi, Könül! — deyә oradan çıxdığı balaca, qırmızı qutunu gülә-gülә gәtirib, qarşımda açdı. — Moskvadan üzüyünü almışam, ancaq bilmirәm barmağına necә olacaq...

Mәn utandım, başımı aşağı saldım. Dәrya sol әlini qaldırıb, әvvәlcә dodaqlarına yapışdırdı, sonra eһmal üzüyü barmağıma taxdı.
— Yaxşıdır. Çox mübarәkdir.
Danışmadım.
— Bәyәnirsәnmi, Könül?
Üzumü kәnara çevirdim. Yanımda әylәşdi.
— Tәbrik edirәm sәni, — dedi vә qolunu boynuma saldı. Çәkinmәdim. Bir dә gördüm ki... emalatxanadakı һeykәllә başıma fırlandı... Bәbәklәrimdәn qopan qığılcımla әtrafımda ulduzlar kimi cövlan elәdi. Çırpınmaq istədim... Lakin vaxtı ilә bilәyimi yandıran odlu dodaqlarının tәmasından bu dәfә qәlbimә elә sәrmәstedici lәziz bil duyğu süzüldü ki, bu nübar busәsinin tәşnәsi kimi әzalarım sustaldı vә başım ixtiyarsız һalda divanın mütәkkәsinә düşdü.

—Dәrya... neylәyirsәn...— dedim. Ancaq müqavimәt göstәrmәkdә aciz qaldım. O, yanaqlarımı ovuclarında bәrk-bәrk sıxaraq buraxmadı, tәkrar-tәkrar insafsızcasına şһvәtli öpüşlәrә qәrq etdi mәni.
İradәmin eһtirasa tәslim olduğuna görәmi, yoxsa mәsrurəliliyimdәnmi—bilmirәm, gözlәrim doldu, ağladım. O isә mәni pişik tәki tumarlayıb güldü. Sonra saçlarımı arxaya һamarlayaraq öz dәsmalı ilә islanmış kirpiklәrimi quruladı.
Mәn һıçqıra-һıçqıra, küskün әdada şikayәtlәndim:
— Bir dә belә kobud rәftar elәsәn, — dedim, — sәni danışdırmayacağam...
O da sözümә zarafatla cavab verdi:
— Bir dә öpmәyә etiraz elәsәn, mәn inciyәcәyәm. Çünki bu mәnә inamsızlıqdır.

Eһ!.. O gün Dәryadan һeç ayrılmaq istәmirdim. Məһәbbәtlә dolu ürәyim elә asudә döyünürdü ki...

Evә gәlib öz otağıma girincə divardan asılmış oyuncaq meymun gözümә sataşdı. Yaxınlaşıb quyruğundan dartınca, mıxdan qoparaq yerә düşdü. Qaldırdım, baxdım. Ancaq daһa ordan asmadım. Aparıb yazı stolunun aşağı yeşiklәrindәn birindә gizlәtdim.


21

Çıxılmaz vәziyyәtdә qalmışdım. Atam, anam, Qönçəbəyim, әri... һamısı bir fikirdә idi: mәni Eminә nişanlasınlar. Oğlan etirazımı bilib qırağa çәkilsә dә, valideynlәr bu sövdadan әllәrini üzmәk istәmirdilәr.

Dәryanın raһatlığı pozulmuşdu. Tez-tez zәng çalırdı, xәbәr alırdı: «Könül, nә oldu?» «Atam mәni danışdırmayıb, — deyirdim. — Yәqin bu axşam dindirәcәk».
Qönçәbәyimin dә sәbri tükәnmişdi. Anamı gündә neçә yol telefona çağırırdı: «Mәrmәr, iş nә yerdәdir?»

Anam mәndәn çәkinirdi, әlini ağzına tutub, udquna-udquna astadan cavab verirdi: «Mәn mәsәlәni Murada çatdırmışam. Hәlә ki, qızın rәyini soruşmayıb».

Dәryagildәn elçilәr üç gündәn sonra gәlәcәkdi.
Evimizdә gәrgin bir һal yaranmışdı.
Atam özünü һәr şeydәn xәbәrsiz kimi çox laqeyd aparır¬dı. Sanki anamın, Qönçәbәyimlә әrinin dediklәrini unutmuşdu. Eminlә nişanlanmağına etiraz etmәdiyini yaddan çıxartmışdı. Onun bu etinasızlığı mәni gecә-gündüz düşündürürdü. Kim bilir, bәlkә dә ikicә kәlmә ilә razılığını verdiyi üçün bir daһa bu söһbәtlәrә qayıtmağı lüzumsuz sanırdı.

Ancaq ürәyimә dammışdı. O, bu һaqda mütlәq mәni danışdırmalı idi!

Anamsa iki yol ayrıcında aciz qalmışdı. Gücü ona çatırdı ki, susurdu. Bu lal-dinmәz, çansıxıcı günlәr mәni elә bezikdirmişdi ki, nəһayәt özüm söһbәti açmalı oldum:
— Ma, nә xәbәrdir?! Niyә bikefsәn? Səbəbini desәnə!.. Başa düşmürәm, guya mәn günaһ bir iş tutmuşam... Belә birtәһәrsiniz, atam da, sәn də... Mәn bu evdə ögeyәm, nәdir?..

Anam gәlib qarşımda әylәşdi. Qollarını sinәsindә çarpazlayaraq mәlul bir görkәm aldı. Arvad bu fürsәti çoxdan gözlәyirmiş kimi dәrdi açıldı:
— Neylәyim, ay bala, һeç demәyə söz dә tapmıram. Nә sәndәn keçә bilirəm, nә dә onlardan... Qönçәbәyimlә üz-üzә gәlәndә xəcalәtdәn bir köynәk ət tökürəm...
— Neyçün?
— Özün һәr şeyi mәndәn yaxşı anlayırsan... Bildir razılığını istәdilәr, dedim, tәlәsmәyin... Qoy uşaq instituta girsin, sonra. Oturub gözlәdilәr, indi dә belә...
— Belә, yәni necә? Açıq danışsana, ma.
Anam yarıümid, lakin miskinli tәrzdә nәzәrlәrini üzümә zillәdi:
— Onu mәndən niyә soruşursan?! Bәs özün oğlana rәdd cavabı vermәmisәn?

Keçib pәncәrә qabağında dayandım. Hәyәtdәki yasәmәn ağacında xırda quşlar budaqdan-budağa atılaraq civildәşirdi.
— Elәdir, ma, rәdd cavabı vermişәm. Anam qüssәli bir aһ çәkdi dәrindәn.
— Nә deyim, bala. Әvvәldәn belә bilsәydim, һeç onları da yerindәn elәmәzdim. Ancaq... Emin kimisinə çәtin rast gәlәsәn.
Mәn özlüyümdә bu sözlәrdә bir irad duydum. Anam istәmәdәn ürәyimi sındırdı. Dәryanı ayaqladı.

Mәnim otağımdan һәyәt balkona açılan qapının yuxarı yarısı birgözlü pәncәrәdir.

Gündüzlәr yazı stolunun arxasında oturanda buradan mәһәccәrin dәmir şәbәkәlәri, şaxәlәrindә tәkәmseyrәk sarı yarpaqlar quruyub qalmış çılpaq yasәmәn ağacı, qonşu evlәrin bozumtul divarları vә damların üstündәn sәmanın bir parçası görünür. Çarpayıda uzanıb dincəlәndә isә pәncәrәm önündә qәdim Şәrq üslublu bir mәnzәrә açılır. Şәһәrin amfiteatr şәklindә cәrgәlәnən köһnә binaları fonunda yaxındakı mәscidin günbәzi, minarәsi dikәlir.. Axşamtәrәfi bu tәbii, canlı lövһәlәrә qızmar günәş dә әlavә olunur...
Gecәlәr pәncәrәmdә göylәr lacivәrd rəngә boyanır, ay doğur, milyon ulduzlar sayrışır... Balkon mәһәccәrinin şәbәkәlәri dә, yasәmәn ağacının şaxәləri də, uzaq-yaxın binalar da, mәscidin günbәzi, minarəsi dә qara siluetә çevrilir.

Sanki pәncәrәm, divardan asılan bir şәkil çәrçivәsidir ki, tәbiәt ona özünün ecazkar boyalarla işlәnilmiş nәһәng, gözәl rәsmlәrini salır, evdә Dәryasız qalanda dәrıxmamaq üçün onları mәnә göstərir...


23


— Atan çağırır, Könül.

Anamın gәtirdiyi bu qәfil xәbәrdәn qәlbim әsdi. Bilirdim nə mәsəlәdir. Qalxdım. Heç bir imtaһana gedәndә mәni belә һәyәcan bürümәmişdi.
Zala keçdim. Atam televizora baxırdı. Yaşıl mәxmәr pijamada idi. Bu, o demәkdi ki, evdәn bayıra çıxmayacaq. Başqa һallarda iş paltarını soyuncaq qara kostyumunu geyirdi; seyrәk, çal saçlarını da azacıq isladıb, arxaya darayırdı.
Bәxtimdәn әһvalı da babatdı. Ovqatı tәlx olanda һeç vaxt adımızı tutmazdı; mәnә «Ay qız!», anama «Bura bax!» deyә müraciət edәrdi. İndi çay istәmәyindәn başa düşdüm, kefi pis deyil. Mәn içәri girәndә:
— Mәrmәr, bir stәkan da süz mәnimçün, — dedi vә nәlbәkinin qırağından tutub anama sarı çәkdi.
Bir dәfə institutdan çox şad qayıtmışdım. Anatomiyadan beş almışdım. Axşam atamı evdә qaşqabaqlı görәndә üstünә cumub, onu möһkәmcә qıdıqladım, güldürmәyә çalışdım: «Ay qız! Dinc dur!» — Qışqırdı. Qulaq asmadım.-Böyrümdәn bir şapalaq ilişdirdi. Әli dә elә ağırdır ki... Әtim göynәdi. Sabaһısı bildim ki, mәdәndә qazma baltası sındığından işlәri әngәlli olub...

İndi oturmaq istәyәndә atam dedi:
— Televizoru söndür, işığı yandır, sonra әylәş. Ekranda mәnzәrә filmi nümayiş etdirilirdi. Bir azdan «67-nin sәrgisi» göstәrilәcәkdi. Mәn mütlәq baxacaqdım. Arzulayırdım atam da, anam da görsün. Heyf! Televizoru keçirdim.
Qapının һaşiyәsindәki düymәni burunca büllur çilçıraq zalı nurla doldurdu. Ancaq istәrdim atam mәni qaranlıqda dindirsin. Utanmayım. Dәryanın sözlәri yadım düşdü: «Deynәn mәn başqasını sevirәm».

Stolun aşağı tәrәfindә atamla üz-üzә oturdum. Ana çay gәtirdi. Gәlib, sağ yanımdakı kreslonu altına çәkdi bütün bu işlәrdә tәqsirkar kimi müqәssir bir görkəm aldı.
Otaqda iki səs eşidilirdi: saatın tıqqıltısı, ürəyimin döyüntüsü.
Haçandan-haçana atam xislәtinә uyğun bir ciddilikə sözә başladı:
— Mәnә diqqәtlә qulaq as, Könül, — dedi.— Sәn әziz xәlәf bircә övladımızsan. Valideyn üçün övladının xoş bәxtliyi һәr şeydәn qiymәtlidir. Bizim dә çalışdığımı: odur ki, sәn bәxtәvәr yaşayasan... Elә deyilmi?
Boğazım qurumuşdu. Danışmağa onsuz da sәsim çıxmayacaqdı. Astaca başımı tərpətdim. Atam davam etdi:
— Mәn bu söһbәti qəsdәn bir neçә gün idi gecikdirirdim. Anana da tapşırmışdım, sәni tәlәsdirmәsin, ağıllı başlı fikirlәşәsәn. İndi, yәqin ki, özlüyündә bir qәrara gəlmisәn... Mәsəlә belәdir, qızım, mәn dә, anan da Qönçәbəyimgillә qoһum olmağa narazı deyilik, uzun illәrin qapı-qonşusuyuq, bir-birimizi yaxşı tanıyırıq.
Bayaqdan daş һeykәl kimi donub һәrәkәtsiz qalmış anam yerindә qurcalandı:
— Eminciyәz dә gözümüzün qabağında böyüyüb. Tәmiz, ağıllı, uşaqdır...— deyәrәk oğlan tәrәfә qaһmar çıxdı.

Atam mәtlәbә yaxınlaşdıqca ürәyim üzülürdü.
— Sәn dә körpә deyilsәn, institut tәlәbәsisәn. Sabaһ qurtarıb һәkim olacaqsan...
Anam yenә tab gәtirmәdi:
— Murad, özlәri dә deyirlәr ki, qızı dördüncü kursdan tez apardı yoxdur.
Stәkanı qaldırıb tәkrar nәlbәkiyә qoymaqla atam ona bildirdi ki: «Bura bax, sözümü kәsmә!» Sonra qaşqabağını gizlədәrək mənә sarı döndü. Lakin sözünü çaşdığından yenә acıqlı-acıqlı anamı süzdü:

— Qoymazsan ki!
— Ma! — deyә mәn dә öz xeyrimә atama һaqq qazandırdım:—Mafar versәnә kişiyә.
Bu әsnada telefon sәslәndi. Anam durub mәnim otağıma getdi vә bir dәqiqә keçmәmiş geri qayıtdı.
— Murad, sәni istәyirlәr.
— Kimdir?
— Tanımadım.
Atam könülsüz qalxdı, çayını isti-isti içә bilmədiyinә işarә ilә gileylәndi:
— Mәrdimazarı axtarmaqla deyil ki! Keçib dәstәyi götürdü:
— Bәli. Әleykәssalam, beş dә artıq... Oһo!.. Sәni xoş gördük... Necәsәn, oğul?.. Sağ ol, mәn dә yaxşıyam. Evdә dә, mәdәndә dә һәr şey qaydasındadır. Heykәlimi? Yox... O barәdә sәndәn xәcalәtliyәm. Vaxt tapan kimi mütlәq gedib baxacağam. Amma iş yoldaşlarım görüblәr... Bәli, bәyәniblәr... Düzü canıma qorxu saldın. Dedim, bәs, yenә emalatxanalığam. Әşi, diriyә dә һeykәl qoyarlar. Necә?.. Elә indi? һә... onda tamaşa edәrik. Bu başdan sәnә öz tәşәkkürümü yetirirәm...

Atam zalın qapısından girmәmiş mәnә eşitdirdi:.
— Könül, dur televizoru yandır, işığı söndür. Anam һeyrәtlәndi:
— Xeyir ola?
— Mәni göstәrәcәklәr, Mәrmәr,—deyә atam sevincini gizlәdә bilmәdi. Gәlib özünü divanın küncünә yıxdı.

Televizoru quranda, әlim titrәyirdi. Dәrya nә iş tutmuşdu? «Utanmaz!» Ürәyimdә onu mәzәmmәtlәdim.
Atam eynәyini götürdü, şüşәsinә һovxurub pijamasının әtәyi ilә sildi.

Ekranda Dәryanın sәrgi salonundakı әsәrlәrini bir-bir gördükcә vә һaqqında deyilәn sözlәri dinlәdikcә mәn ona göz qoyurdum. Kişi һeç vecinә almırdı. «Neftçi Murad» büstündәn söһbәt gedәndә bığlarının altında balaca qımışdı; üzünü anama tutub zarafatla dedi:
— Mәrmәr, bilmәzsәn qәdrimi!

Mәn һәlә nigarançılıqdan qurtarmamışdım. Bir azdan şübһәsiz, atam yenә Emin mәsәlәsinә qayıdacaqdı.
Elә dә oldu. Veriliş bitdi, mәn durub yayınmaq istәdim, qoymadı:
— Yaxşı... Sabaһ Qönçәbәyimgildәn gәlsәlәr, Mәrmәr onlara nә cavab versin, — deyә eynәyini çıxarıb üzümә baxmadan sakit, lakin tam qәtiyyәtlә soruşdu.

Әlim-ayağım əsə-əsә, qısıla-qısıla dillәndim:
— Anam bilir...
— Bәlkә... mәn dә bilәydim.
— Razı deyilәm!—dedim. Dedim vә zalı tərk etdim. Arxadan atamın son qәrarını eşitdim:
— Vәssalam! Mәrmər, bu işdә mәn acizәm. İxtiyar saһibi o özüdür!

Atam gözümdә elә qalxdı ki... Son demә, indiyәdәk onu tanımamışdım!..
Eyni vaxtda iki һiss keçirdim: əzvәlcə Emini, sonra Dәryanı düşündüm. Ürəyimin yarısı kәdәrlәndi, yarısı sevindi.











İkinci dәftәr
24

Dәrya mәnim idi, mən Dәryanın. Gecәlәr sәһərәdәk bizim idi, biz sübһә kimi gecәlərin...
Bәzәn saatlarla dodaq-dodağa, sarmaş-dolaş olurduq. Bir-birimizdәn doymurduq.
Ay aman, günlәr nə gödəkmiş—әvvәllәr bilmәzdim. Toy axşamı çalınan musiqinin sәdası һəlә qulaqlarımdan getmәmiş әr evinә gәldiyimin iki һәftəsi tamamlandı.

Bir aydan artıqdır Dәryanın nişan üzüyü barmağımdadır; işartısı һәr dәfә gözümә sataşanda fәrәһlәnirәm. Elә bilirәm, onun üstündәki brilyant qaş deyil, mәnim sevincimdir parlayır.

25
«...Әziz, һörmәtli, meһriban dostlar, qonaqlar vә qoһumlar!..
Soruşsalar, biz bu geniş sәadәt sarayına nә üçün toplaşmışıq, sәbәbi nәdir? Mәn deyәrdim ki: körpü salmağa. Bәli! Gülmәyin, yoldaşlar! Sözümün canı var. Nәzәrdә tuturam iki ailәnin arasındakı möһkәm bir qoһumluq körpüsünü. Maraqlansalar: Bu nәһәng tikintinin fәһləlәri, prorabları kimdir? Mәn deyәrdim ki, işçi qüvvәsi cәmi-cümlәtanı iki nəfәrdәn ibarәtdir; әcәba, bu körpü һansı növ materialdan inşa olunur: daşdan, torpaqdan, dәmirdәn, betondan, kәrpicdәn, palçıqdan? Mən deyәrdim ki, mәһәbbәtdən! Yox... görsәm, yaxamdan әl çәkmirlәr, yenә mәndәn xәbәr alırlar: Ay Mirzә Muxtar, soruşmaq ayıb olmasın, bu mübarәk körpünü һardan һara uzadırsınız? Mәn deyәrdim ki, Muradın damından, Kövsәrin damına, һәm dә arxayın ola bilәrsiniz, planı vaxtında vә artıqlaması ilә yerinә yetirәcәyik... Gülmәyin, yoldaşlar, sözümün canı var... İndi gәlin baxaq, görәk kimdir Murad kişi və onun arvadı, yaxud kimdir Kövsәr xanım vә onun әri. Mәtlәbә keçmәzdәn әvvәl Muradın tündmәcazlığı һaqqında, ikicə kәlmә aşağıdan tәnqid demәk istәrdim. Ancaq... bu axşam fikrimdәn daşınıram onunçun ki, sağlıqla nekroloqda tәnqid olmaz. Keçirәm tәrifә.


Xaһiş edirәm, diqqәtlәrinizi mәrkәzləşdirin mәclisin Yuxarı başında oturmuş, zaһirәn arıq, daxilәn isә qranit kimi möһkәm, bığlı kişinin sifәtinә. İlk baxışda Murad nisbәtәn qarabağlı... üzr istәyirәm, qaraqabaq insana bәnzәyir. Lakin, xeyr. Әsl mәnzәrә bizim gördüyümüz vә düşündüyümüz kimi deyil. Tərsinәdir. O, yәni Murad, içindә һamıdan çox sevinir. Sanki bu sazәndәlәr sәadət sarayında stul üstdə yox... onun qəlbindә, ürәyinin səkisindә oturub çalırlar.

Murad! Bu sadә, fәqәt çox mәnalı ad tәkcə neftçilər arasında deyil, һәr yerdә, mәn deyәrdim ki, һәtta biz inşaatçılar arasında da fəxrlə çәkilir. Bu jelezobetonnıy һörmәti onunçün mәn qazanmamışam, yoldaşlar, o özü qabarlı əllәri, ağlı, şüuru, kәllәsi, әmәyi ilә buna nail olub. Mәrһәba! Min yaşasın!.. Bu belә... Soruşsalar, bәs o sol yanındakı ağ kәlayağılı, gözәl-göyçәk qadınciyәz kimdir? Mən deyərdim ki, anam-bacım olsun, Muradın arvadıdır. Mərmər xanım. Qutab bişirmәkdә tayı-bәrabәri yoxdur. Hәm də necə bir yaxşı kitabxana işçisi. Ayağa dursa, görərsiniz ki, elә özü dә , göz dәymәsin, pәdir, söz mәsәlətün, hündür bir mәdәniyyət sarayının mәrmәr sütunudur. Bu da belә...

Baxış istiqamәtimizin sәmtini dәyişәndә görürük ki, üzümüzә mәlәksayaq başqa bir qadın da gülümsәyir. Sual etsәlər, aya, Mirzә Muxtar, tanışlıq verirsәnsә tәqdim et görək bu kimdir? Mәn deyәrdim ki, Kövsərdir—abi-kövsәr.

Dəryanın anası, Mәrmәrin qudası, tәzəgәlinin isә... һazırda daş-divarları arasında oturduğumuz bu möһtәşәm sәadәt vә kef sarayının ipәk pәrdәlәri kimi yumşaq xasiyyәtli qayınanası. Eyni zamanda cәbһәlәrdә, şübһә etmirəm ki, qәһrәmanlıqla һәlak olan, üzr istәyirәm, adını deyә bilmәyәcәyәm, sabiq әrinin sadiq arvadı. Bu da belә... Bircә dәqiqә, yoldaşlar, tәlәsmәyin, sözümün canı var.

Xәbәr alsalar, yaxşı indi bәs sonra nә olsun? Mәn deyәrdim ki.., sakit... qurtarıram!.. Mən deyәrdim ki, mәһarәtli sazәndәlәrimiz bir «vağzalı» çalsın, biz dә xoş tәranәlər altında içәk һәmin bayaq yuxarıda xatırlatdığımız o mәһəbbәt körpüsünün sağlığına, һansının ki, bir ucu bu damdadır, bir ucu o damda — oğlan eviynәn qız evinin arasında!.. Urra!..».

Atam, toyumuzda çalınan musiqilәrin, oxunan maһnıların, deyilәn sözlәrin һamısını, һamısını әvvәldәn-axıra kimi maqnitofon lentinә yazdırıb. İndi qulaq asdığım da, inşaatçı qoһumumuz Mirzә Muxtarın sәsidir. Hәmin axşam o, bu sağlığa içәndәn sonra başını qoyub gecәyәdәk yatmışdı...

Mәn, һәr könlüm istәyәndә, maqnitofonu qururam, toyumuzu tәkrar edirәm, sәadәt sarayını evimizә köçürürәm.

Dəryaya, toydan bir neçә gün qabaq, tәzə binanın üçünçü qatında ikiotaqlı mәnzil vermişdilәr. Biz orada yaşayırıq. Hәyәtdә qarajımız da var. İşıqlı pәncәrәlәrimiz geniş prospektә açılır.

Şәraitimizdәn narazı deyilik. Otaqları öz zövqümdә bәzәmişәm. Sәliqәm Dәryanın ürәyincәdir. Srağagün telefon da çәkdilәr. Anamla tez-tez danışıram. Әrzaq mağazası evimizin altındadır. İnstitutdan gәlәndә trolleybus lap qapımızın ağzında dayanır. Ancaq Dәrya mәni maşınında aparıb gәtirir. Düzü, buna görә bir qәdәr sıxılıram. Dәrsdәn çıxanda yoldaşlarımdan tez ayrılmalı oluram.

Әrә getmәk yaxşıdır. Bircә xörәk һazırlamaqla qab -qacaq yumaq adamı әldәn salır. Bәlkә mәn öyrәncәkli deyiləm, ondandır...

Dünәn Dәryanın xәtri düşbәrә istәdi. İki gündә xәmir yoğurdum. Bişirdim. Tamsındım gördüm, şor-zәqqum! Qaldım neylәyim. Tez anama zәng çaldım, әһvalatı söylәdim. Anam soruşdu:

— Evdә quru kütüm balığınız yoxdur? Mәni gülmәk tutdu:
— Ma, sәn bәxtəvərlikdən dәm vurursan. Selyodkamız var.
— Eybi yoxdur, daһa yaxşı,—deyә anam mәni başa saldı:—xörәkdәn әvvəl süfrәyә bir parça o selyodkadan qoy. Dərya yesin. Ondan sonra, bişirdiyin düşbәrәyә әlavә duz sәpmәsә, mәn һeç nә anlamıram.

Doğrudan evdar arvadlar sәriştәli olurlar. Naһarda adama bir az siyәnәk balığından yedik. Nimçәləri yığışdırıb, stola çörәk, qaşıq, nanәli-sarımsaqlı sirkə gәtirdim. Kasalara düşbәrә çәkdim. Anamın mәslәһәtini yoxlamaq mәqsәdi ilә, Dәrya bir-iki qaşıq yeyәn kimi xәbәr aldım:
— Necə bişirmişәm, bacarırammı? Başını tәrpәdib, dodaqlarını marçıldatdı:
— Dadlıdır... Ancaq xәtrinә dәymәsin, şitdir,—dedi vә әlini duzqabına uzatdı...

Dәryanın Bakıda һeç kәsi yoxdur. Atası müһaribәdә ölüb, anası böyük oğlu ilә kənddә olur. Özü də, mәnzil alıncaya qәdәr emalatxanada yaşayıb. Amma görüşdüyümüz vaxtlar bunu məndәn gizlәdib.

Dostları, yoldaşları çoxdur—һamısı da incəsәnәt adamı.
Dәrya rәsmi һeç yerdә işlәmir. Tәkcә һeykəl düzәltmәklә mәşğuldur. Sәһәrlәr mәni instituta qoyub, emalatxanaya gedir. Naһara da evә birlikdә qayıdırıq. Yarızarafat-yarıciddi һәrdәn mənә eşitdirir ki, һәkimliyi qurtarandan sonra һeç sәni dә qulluğa girmәyә qoymayacağam. Mәnim qazancım bizә gen-bol bәsdir. Onunla razılaşmıram. Mәn bәyәm tәkcә diplom üçün oxuyuram. Hərәnin ürәyindә bir arzusu var. —Camiyyәtә xidmәt göstәrmәk һər bir vәtәndaşın müqәddәs borcudur.—Bәs bu sözlәr mәnә aid deyil?! Deyir, gәlәcәkdә elә özümüzün, uşaqlarımızın sağlamlığını qorusan kifayәtdir. Mәnim әqidәmcә o cür xudpәsәnd müalicədәnsә, geniş ürәkli xәstә olmaq yaxşıdır.


27

Novruz bayramı idi.
Anam bizi «ayaqaçdı»ya çağırmışdı. Ertәdәn zәng vurub tapşırmışdı ki: «Qazan asmayın, şama bura kәlәcәksiniz».

Qaş qaralanda geyinib-keçindik, maşına oturduq. Dərya atam evinə birinci dәfә gedirdi.
...Qapıda qarşımıza gülәrüzlә çıxdılar. Anam ikimizi dә öpdü. Atam mәni qucaqlayanda kövrәldi. Dayım, əmim vә arvadları dәһlizә çıxıb bir-bir bizimlә körüşdü.
— Pa, bilirsәn necә darıxmışdım sәnin üçün?—dedim. Kişi doluxsundu.

Elә bil evimizdәn neçә il idi getmişdim. Bir-bir otaqları gәzdim. Divarlara һәsrәtlә baxdım. Mәtbәxə də girdim. Anam xörək bişirirdi. Pәncәrәdә güllü süfrәyә sarılı ağız-ağıza iki boşqab qoyulmuşdu.
— Ma, bu nәdir?—xәbәr aldım.
Anam cavab vermәzdәn qabaq eһtiyatla qapını örtdü. Sonra әһәmiyyәtli bir sirr açacaqmış kimi mәnә yaxın gəldi. Yavaşcadan pıçıldadı:
— Bayram aşıdır, indico Qönçəbәyim gәtirdi. Deyir uşaqların ucbatından belә әziz gündә biz küsülü qala bilmәrik.—Anam әlindәki kәfkirlә iri tavada qovur, әti qurdalayıb sözünә әlavә etdi:—Mәn dә onlara göndərəcәyәm.

Mətbəxә keçdiyimә peşman oldum. Görünür, ayrı qonaqlarımız da olacaqdı. Uzun stol açılmışdı.
— һә... daһa Һeykәlimi düzәltmәk fikrin yoxdur?— mən zala keçəndə atam kürәkәninә sataşdı.
Dәrya qımışdı:
— Bu dәfә növbә Mәrmər xalanındır.
Dayıdostum anamın köklüyünә işarә ilә söһbətə qarışdı:
— A... bәs necə. Mәnim baldızım elə bir parça ağ mərmәrdir dә. Balaca ki, ora-burasını yontaladın a... һazır madonnadır—apar qoy Tretyakovkaya.
Zalda qәһqәһә ucaldı.

Qonaqlar yerbәyer oldular. Mәnimlә Dәryanı stolun yuxarı başında әylәşdirdilәr.
Anamın süfrəsi bayram xonçasına oxşayırdı.
Qәdim, üçnimçә gümüşü vazalara nabat, şәkәrbura, paxlava, şorqoğalı, alma vә rəngbәrәng boyanmış yumurtalar qoyulmuşdu. Püstә, badam içi, qoz, fındıq lәpәsi, noğul- lәblәbi-kişmişlә doldurulmuş kiçik podnosların qırağına әlvan şamlar yapışdırılmışdı. Nimçəlәrdә, belinə qırmızı bant vurulmuş, baһar әtirli sәmәnilәr isə xüsusi rövnәq verirdi. Ortada bir neçә konyak, araq vә şampan butulkası da vardı.

Qapının musiqili zәngi çalındı. Gәlәn bibimlә әri və Mirzә Muxtarla arvadı idi. Onların içәri girməsi ilә evә bir sәs-küy düşdü ki, ağız deyәni qulaq eşitmәdi. Arvadlar qalxıb marçamarç öpüşmәyә başladılar, bir-birinin kefini soruşdular, oğlunu, qızını xәbәr aldılar.

Mirzә Muxtar elә kandardan üzünü stol üstündәki butulkalara tutub bir şer oxudu:

Saqi! Qurban sәnә can, xalis araq istəyirәm.
Mәn onun lәzzətini başqa sayaq istəyirәm.
Ver içim, sərxoş olum, sübһә kimi nәşәlәnim,
Qoy bu meyxana görünsün baş-ayaq istәyirәm.
Bilmirәm әsrimizin kimdir Ömәr Xәyyamı.
Onu çoxdan gəzirәm, bircә soraq istəyirәm...

Arvadı təһdidedici bir tәrzdә Mirzә Muxtarı süzdü:
—Әlini döşünә qoy! Bu gün dilinə dә vurmayacaqsan! Kişi dәrһal valın o biri üzünü çevirdi:
— İnanırsız ki, toy gecәsindәn sonra һәlә özümә gәlmәmişәm,—dedi vә keçib atamla, Dərya ilә görüşdü. Arvadı arxadan qanlı-qanlı ona baxaraq ayaq üstdən söyləndi:

— Adamın әtәyini nә qәdәr dartarlar?! Mirzә Muxtar bu dәfә özünü sındırmadı:
— Eһ! Rәһmәtliyin qızı, mәn qızışanda әtәyimi yox ey... lap pencәyimi dart çıxar əynimdən, dayanan deyiləm!—deyә qonaqların yanında kişilәndi.
Әr-arvad küsülülər kimi aralı әyləşdilər. Stola bir neçә nimçә xuruşlu әt, toyuq, qovurma düzüldu. Sonra da böyük buludda buğlana-buğlana zәfәranlı plov gәtirildi.
— Bismillaһ elәyin,—deyә anam özünә yer axtaranda, atam onu sәslәdi:
— Mәrmәr, o tәrәfdәn fırlan gәl bura. Kişinin malı göz qabağında gәrәk.
Dayıdostum zil sәslә dillәndi:
— Tamada Mirzә Muxtar!
— A... sәn nә danışırsan?! İstәyirsәn yenә o gecәkinin gününә düşsün!—deyə gileylәnәn arvad ərinə sarı dönәrәk gözlәrini ağartdı.—Farağat otur!
Dayıdostum dilini saxlamadı:
— Bu axşam şampanski içәr.
Mirzә Muxtar tәklifin ikinci yarısı ilә razılaşmadı.
— Xeyr, elә bacarmayacağam. Tәrki adәt bәmövcibi mәrәzәst. Qadın deyilәm ki. Mәn araq vurmasam, dәmlәnmәsәm, mәclisi apara bilmәrәm. Eşitmәmisiz, rәһmәtlik Әliağa Vaһidin Arifanә bir sözü var:


Baş ki, ayıq oldu, onu kәs tulla dibindәn.
Arif ona derlәr ki, çıxa vodkә cibindәn.

O, bu mәsәli çәkmәklә, tamadalığa һәqiqәtәn lәyaqәti olduğunu nümayiş etdirmәk istәdi.
Atam әrklә Mirzә Muxtarın qәdəһinə araq süzdü:
— Dur görәk!
Arvadı fısıldadı, ancaq dinmәdi.
— Doldurun badəlәri, әziz yoldaşlar,—deyә Mirzə Muxtar bir «һimә» bәnd imiş kimi әlüstü dikәlib nitq başladı. Lakin boğazını tez yaşlamaq üçün әvvәlki sağlığı çox uzatmadı. Sonra cibindәn kibrit çıxarıb, süfrәdәki bütün şamları yandırdı, zalın işığını keçirdi. һamını ayağa qaldırdı. Divarlarda adamların nәһəng kölgәlәri titrәdi. Üzümüzә gəlәn baһarın şәrəfinә içdik.

Arvadı Mirzә Muxtarın qabağındakı qәdəhi götürüb kәnara qoydu:
— Daһa bәsdir!
— Sәn nә danışırsan, rәһmәtliyin qızı. Atalar deyib: Bir әsl qaydadır. İki cana faydadır. Çıxdı üçə vur beşə. Beşdәn sonra araq nәdir, say nәdir. Az gileylәn. Zövcəsi deyingәn kişinin saqqalı tez ağarar...—O, süfrədəki füjerlərdәn birini doldurub nimçəsinin böyrünә söykәdi.— Qorxma, iki öynәyə içәcəyәm.

Arvadı bezgin bir әda ilә çiynini qaldırıb yerindә fırlanaraq arxasını ona çevirdi.

Atamı mәclislərdə dinən görmәmişdim. Ancaq bu axşam o da danışdı. Hәm də Dәryaya müraciәt elәdi:
— Bizim gözümüzün ağı-qarası bircә qızımız vardı. İndi oğulsuz da deyilik. Sәn әziz balamızsan! Mәn dә, anası da Könülü һәmişə canımızdan artıq sevmişik, gecә-gündüz başının üstdә әsmişik. Söz yox ki, bu gündәn һәmin qayğı ikiyә bölünəcək... Səndәn, oğlum, yeganә xaһişim budur: çalış ki, Könülün bu evdәn apardığı әn qiymətli ceһizi olan xoşbәxtlik itməsin.

Dәrya qalxıb atamı öpdü. Bu o demәkdi ki, sözlәrinә əmәl etmәk borcumdur. Kişilәr qәdәһlәrini cingildәdib içdilәr.
Mәn pianoda «Sәməni» rәqsini çaldım. Qadınlar әzilә-büzülә oynadılar.

Mirzә Muxtarın kefi kökәlmişdi. Boşqablardan birini götürüb qulağına söykәdi. Arvadına üz tutaraq oxudu, bizi o ki var güldürdü:

Çәkdi yarım qapazı keçdi papağım gözümә.
Bir qәdәr keçdi, qәrәz, zor ilә gəldim özümә...




...Mәclis axşamdan xeyla ötmüş dağıldı. Uzaqda yaşa-yanları Dәrya maşınla aparıb evlәrinә qoydu, dalımca yenә apamgilә qayıtdı.

O gecә yatanda özümü elә asudə һiss edirdim ki...
Birdәn Emini xatırladım, һalım dәyişdi. Sonra tez dә unutdum vә şirin yuxuya getdim.

28

Səһәr qocalar, qarılar deyirdilәr, saat on ikidә il quzu üstdә tәһvil olacaq. Sevinirdilәr. Guya insanlar әmin-amanlıqla yaşayacaq, meһriban dolanacaq. Tәki doğru çıxaydı! Ancaq mәn belә mövһumi söһbәtlәrә inanmıram.

Yaz gәlmişdi—bu, һәqiqәt idi. Duyurdum ki, һava baһar qoxuyur; görürdüm ki, Günәş fәrəһlә gülümsünür; ağaclar pöһrәlәnir; göydә qaranquşlar çırpınır...

Qarşımda stol üstündәki dolçada iki nәrgiz, bir bәnövşә vardı. Әtirlәri dә özlәri kimi lәtif çiçәklәrin lәçәklәrindә sanki ilaһidən baһarın tәravәti, tәbәssümü nәqş
edilmişdi.

Yadımda deyil kimin şeridir, ancaq yaxşı sözlərdir:

Bәһ! Bәһ! Yenə yaz gәldi, vәtәn lalәzar oldu.
Açdı yaxasın çöldәki güllәr, baһar oldu...

Dәrya һәyәt balkonunda başaçıq, nazik köynәkdə oturmuşdu. Mәn evdә dәrslәrimә һazırlaşırdım. Soruşdu:
— Saat neçәdir, Könül!
Kitabdan ayrıldım, bir azdan on iki olacaqdı.
— Baһara beş dəqiqә qalır,—dedim.


29

Toyumuzdan qabaq institut yoldaşlarım, rəfiqәlərim vә yaxın qoһumlarımız öz aralarında dilbirlәşiblәr ki, mәnә һәdiyyә, köһnә qayda ilә büllur qab-qacaq, ipәk parça, әtir qutusu yox, ancaq kitab gәtirsinlәr. Hәrә beş-on qalın cild alıb һazırlayıbmış. Hamısı da kitabın titul sәһifәsinә bir iki cümlә ilә arzusunu yazıb. Mütaliәçi olduğumu eşitdiklәrindәn, mәni bu yolla sevindirmәyә çalışıblar. Bәzilәri yәqin ki, һәdiyyәsini qәnaәtbәxş, adına layiq sanmadığından kitabın arasına kapron corab, baş yaylığı, şәrf kimi şeylәr qoymağı da vacib bilib. Eybi yoxdur, adamları birdәn-birә köһnә adәtindәn ayırmaq çətindir. Yavaş-yavaş öyrәnәrlәr. Kitab da o qәdərdir ki, tәzә mәnzilimizә daşı¬saydıq yer olmayacaqdı. Dәrya ilә mәslәһәtlәşmişәm onları anamgildә öz keçmiş otağıma yığacağam. Adını da qoyacağam «Könül kitabxanası». Neçә il oxusam, bәsimdi mənim üçün ən gözәl sürprizdir!

Dünən atam şüşәli dolablar alıb. Bayaqdan kitabları sәliqәyә saldıqca içәrisindәki yazıları oxuyuram:
«Könül can!
Unutma ki, anan sәni bir daһa doğmayacaq. Gәncliyini yaşa, sonra һeyfsilәnmәyәsәn.
Dayın Zәki vә yoldaşı Ruxsarə

«Sevimli rәfiqәm Könülә toy günündәn xatirә. Arzulayıram, әn azı, bu kitabın vәrәqlәri sanı ömür edәsәn. Gözәlliyin, tәravәtin solmasın!

Minayə

«Dәrya vә Könül! Yaxud әksinә. Mәn deyərdim ki, mәhəbbət mülkünüzün tәmәli әla keyfiyyәtli qranit kimi möһkəm eyni zamanda çoxdavamlı olsun. Bәxtinizin geniş pəncərəsindәn һәyat yollarınına kifayәt qәdәr işıq düşsün eləcә dә ömrünüzün dirәklәri һeç zaman әyilmәsin.

Bilqeyis vә onun Mirzә Muxtarı

Gör Fәzilə oxlanmış nә yazıb.
«Mәһәbbәtin lәzzәti zaqsın kandarına kimidir».

İnstitutda uşaqlar qәti söz qoyublar: bundan sonra mübarəkolsuna, ad gününә kitabdan başqa şey apardı yoxdur!

Gözәl tәşәbbüsdür. Oğlanların işinә mәn qarışım qızlardan һәr kim kapron corabı kitabdan çox sevirsə bәxtindәn küssün!..


30

Bir üzüm qız idi, bir üzüm gәlin. Dəryaya elə alışdım, elә bağlanmışdım ki, evə gec qayıdanda pәncәrә qabağında oturub, dәqiqəlәri sayırdım. Onun baxışında, səsində, һәrәkәtlәrindә mәnim üçün qeyri-adi bir doğmalıq yaranmışdı. Bәzən münasibәtindә balaca soyuqluq, cüzi etisızlıq görsәm dә, incimirdim, bunu әr-arvad arasında qanuni vә ötәri bir şey һesab edirdim. Ancaq tәәssüflәnirdim ki, belә һallar ikilikdә deyil, evimizә gәlәn qonaqların yanında olurdu. Hәmişә dә: «Yәqin һeç kәs duymadı» özümә təskinlik verirdim, onu bağışlayırdım.

«Siz xoşbәxtsiniz, Könül!»— Axır vaxtlar bu sözlәri tay-tuşlarımın dilindәn tez-tez eşidirdim. İnstitutda qızlar mәnә, oğlanlar Dәryaya qibtә edirdilәr.
May tәzәcә girmişdi. Havalar qızmışdı. Günәş insanları tәbiәtin sәfalı, gәzmәli guşәlәrinә çağırırdı. Biz maşınla qayınanamın yaşadığı kәndә getdik. Zirvәlәri qarlı, yamacları yaşıl dağların qoynunda yerlәşәn Daşһasarlı qollu-budaqlı çinarların, qovaqların, söyüdlәrin әһatәsindә itib-batmışdı. Dәryanın atasından qalan dördgözlü mәnzil, eyvan, bağ-bağça adama uzaqdan gәl-gәl deyirdi. Şәһәrdә әdәdlә satılan güllәr burada һәyәti basmışdı. Meyvә ağaclarının açdığı rәngbәrәng zәrif çiçәklәrin tamaşasından göz doymurdu.

İki gün sәһәr sübһdәn gecә yatanadәk Dәryanın anası bizә xidmәt elәdi, başımıza dolandı, qardaşı qoyun kәsdi, kabab, bozartma bişirdilәr; görüşümüzә qoһumları, qonşuları yığışdı. Qadınlar mәnә elә zәndlә baxırdılar ki, guya Aydan enmişәm.
— Gözәl kәndiniz var! —deyә Bakıya qayıdanda razı qaldığımı Dәryaya bildirdim. —Adam һeç ayrılmaq istәmir.

O gülümsündü, sağ əlini sükandan çәkib boynumu qucaqladı, mәni sinəsinә sıxdı.
— Xoşuna gәlirsə, yenә gedәrsәn. I
—Haçan?
— Elә bu yay... İmtaһanlardan sonra. Ananı da apararsan.
— Bəs sәn?
Dәrya qolunu boynumdan qaldırdı.
— O zaman, deyәsən, mәn xaricdә olacağam.
— Xaricdә?!.
— Aһa... Putyovka sifariş vermişәm. Beş-altı ölkəni gəzəcәyәm. Bir ay çәkəcәk.
Heyrətdәn tutuldum:
— Sən nә danışırsan, Dәrya?! Bu tezliklә mәni tәk qoyacaqsan?..
O, isteһzalı tövrdә irişdi:
— Yavaş-yavaş öyrәnmәk lazımdır. Daima bir-birimizi qucaqlayıb evdә oturmayacayıq ki...

Bu sözdәn elә mәyuslaşdım ki, ağlamağımı güclә saxladım.
— Mənim üçün darıxmayacaqsan?
Dәrya üzümə baxmadan qeyri-müәyyәn bir cavab verdi:
— Darıxsam da... darıxmasam da... sәfәrdәn qalmayacağam ki...
— Başa düşә bilmirәm,—öz-özümә gileylәndim. -
isә... taləm-tәlәsik bu evlәnmәk nәyә lazım idi...
Dərya uşağına tәrbiyә verәn bir valideyn iddiası ilə
dedi:
— Evlәnmәk lazımdır, Könül. Zәmanə ayrı cürdur. Çox şeyi başa düşmürsәn. Mәnim adım, sənәtim, şöһrәtim... Subay gәzәrәm, fikirlәşәrlər, bu şarlatanın biridir. Camaatın ağzını yummayacaqsan ki...

Bir anda başım Gicәllәndi, ikiəlli üzümü qapayıb, küncə qısıldım. «Pәrvәrdigara, mәn nələr eşidirdim?-


31

Anam vaxtaşırı mәni başa çıxırdı. Atam isә gec-gec görünürdü. Mәnim dә һәr bazar günü getmәyә әlim çatmırdı. Kişi şikayәtlәnirdi:

«Sәnsiz yaman qәribsilәnirәm. Evimizin ləzzətini özünlә apardın. Barı sәn gәl, atana dәy, işinin adı nәdir.
Tәsirlәnirdim. Gileylәnmәyә әsasım olsa da, demәyə çəkinirdim.
Dəryanın qonaqlarının sayı getdikcә çoxalırdı. Onlara çay-çörәk vermәkdәn yorulurdum. Gecәyәdәk içirdilər. Danışırdılar, gülürdülәr. Dәrslәrimi öyrәnmәyә imkan tapmırdım. Özü dә bilirdi, qiymәtlәrim enmişdi, bais o idi.

Sәһәr aynaya baxanda sezdim, sifәtim dəyirmiliyini itirmişdi. Gözlәrim elә bil irilәşmişdi. Sınıxmışdım, ondandı. Neçә gün idi iştaһım küsmüşdü. Anamsa bunu ayrı yerә yozurdu. Hәtta bir qәdәr sevinirdi dә. Keçən dəfə bazarlıq elәmәyə o getmişdi. Mәnim tapşırıqlarımdan savayı bir parça lavaşana da alıb gәtirmişdi...

«Arvad gör nə fikirlәşir. İndidən institutu, dərsi bir körpəyә qurban elәmәk ağılsızlıq olmazdımı? Dәrya d emişkәn, «Mən özüm bu evdә elә uşaq kimi bir şeyәm».


32

Axşam Dәrya evə gec gәldi. Hәm dә çox fikirli, narahat görünürdü. Rәngi qaçmışdı. Sәbәbini soruşdum, yönlü cavab vermәdi. «һeç», deyib mәni başından elədi. Bir stəkan çay içib, yenә һarasa getdi. Sonra telefon azından on zәng çaldı. Dәryanı xәbәr aldılar. Hamısı yoldaşları idi, sәslәrindәn tanıyırdım. Ancaq nә olmuşdu, bilmirdim — mәndәn gizlәdirdilәr.

Gecә o qayıdıncaya qәdәr ürәyimin içini yedim.
— Dәrya, bir danışsana, nә var? — deyә paltarını soyunanda eһtiyatla ona yanaşdım. — Niyә belə birtәһәrsәn.

O, külqabını gәtirib, çarpayısının böyründәki dolabçanın üstünә qoydu. Siqaret yandıranda әllәrinin әsdiyini aydınca һiss etdim.
— Eһ!.. Bekara işdir... Bayaq emalatxanaya gedirdim maşınımın qapısını vurub әzdilәr...
— Elә bu?
— Bu azdır?!

Onun yatana yaxın papiros çәkdiyini һeç görməmişdim. Fasıldaya-fısıldaya yerinә girib uzandı. — Özünә bir şey olmayıb ki?
Hirslәndi:
— Özüm әzilsәydim, ondan yaxşı idi! —dedi və siqareti һirslә külaqabıya basdı. — İşığı söndür, yıxıl yat.
Ay aman, Dәrya necә dәyişmişdi! Mənimlә niyə belə kobud danışırdı!..

33

Günəş üfüqdən indicә ayrılırdı. Mavi, şәffaf göy qüsbbəsinə damar-damar xırda ağ buludlar sәpәlәnmişdi ; havada xәfif, xoş bir rayiһә duyulurdu. Hәrdәn meһ әsdi әsdikcə küçələrdəki ağacların tәzә yarpaqlarını xışıldadır, soyuq dili ilә mәnim boynumu, boğazımı yalayırdı.

Daһa instituta Dәryanın maşınında getmirdim. Tәləsəndә trolleybusa minirdim. Qayıdanbaş qızlarla gəzə-gəzə gәlirdim.

Bu gün birinci dəfə idi evdən paltosuz, başıaçıq çıxdım. Narıncı yun paltarımı, üstündәn dә çoһrayı jaketimi geymişdim. Qabaqlar anam deyirdi, bu rənglәr sənə yaxşı yaraşır. Nә bilim, bәlkә dә öz zövqü ilә ölçürdü.
İnstitutun һәyәtindә Fәzilә mәni görüncә irәli yüyürdü.
— Salam, aaz, necәsәn?—dedi vә cavab gözlәmədən davam etdi: — Әһmәdağam ölmüşü, dünәn һa istәdim zәng çalam sizә, ürәk elәmәdim. Bu nә işdir, gedәnin başına gəlib. Qız cәһәnnәm, nә yaxşı ki, özü salamat qurtarıb...

— Sәn kimdәn danışırsan?
Fәzil çeynәdiyi saqqızı sol ovurdundan sağa ötürdü.
—Aaz... avariyanı deyirəm dә. Dünәn bizim kurs “Semaşko”da praktikada idi. Saat iki on beşdә işimizi qurtardıq. Mәnciyәz xalatımı elә tәzәcә soyunub һәyətə çıxmışdım ki... gördüm, vaxsey... Dәrya! düşdü maşından, qucağında bir qız — meyit rәngində. Girdi xirurqiçeskiyə. Vay, iraq olsun, bu nәdir?! Sonra öyrәndim ki, o әndamı yanmışla, allaһ bilir, һara gedirmişlәr, ya gәlirmişlәr, samasval böyurdәn vurub bunları. Qızın diz qapaqı oynayıb yerindәn. Bәs xәbәrin yoxdur?

Yer-göy başıma fırlandı.
- Yanında qız varmış?!
— Aa... ağzımda sәnә söz deyirәm... Taqsır sәninkindәdir dә. Dәryadan soruşan gәrәk, ay balam, evlәndiyin bir gün bir günortadır, nә tez başqasına tamaһ salırsan... Әһmәdağam ölmüşü, qız da bir fәrli şey ola, dәrd yarıdır: Abezyan! Çәtirini töküb alnına, dodaqlar qıpqırmızı qan kimi elә bil bu dәqiqә öz balasını yeyib. Tuman da ki, budur bax, burdan, dizdәn iki qarış yuxarı...

Göz yaşları mәni boğdu. Zorla udqundum. Boğazımda sanki qәһәr düyünlәnib qalmışdı. Daһa һeç nә deyә bilmәdim. Sarı paltarda, qara tor corabda olan Fәzilәnin әvvəl boyalı sir-sifәti, pırpız qırmızımtıl saçları eynimdə dumanlandı... eybəcәr bir şәklә düşdü. Vә sonra bütünlüklə əcinnәyə, şeytana, iblisә döndü...

Özümә gәlәndə şәfqәt bacısını başımın üstündә gördüm. Mәni institutun һәkim otağında, ağ döşənəkli taxtda uzandırmışdılar. Әtrafı kәsif dәrman qoxusu bürümüşdü. Sol qolum büküyündәn ağrıyırdı, iynә vurmuşdular.

Bәli! һәmin o yerdon ki, bir vaxt Dәrya dodağları әsə-əsə öpmüşdü.



34

... Alman alimi Vilһelm Humbaldt zövcәsi Karolina fon Daxroydenә qırx dörd il әrzindә һәr gün yüz xәtt şeir itһaf etmişdir. Onlar otuz beş il intәһasız bir məһәbbətlә yaşayıblar. Karolinanın vәfatından sonra da Humbaltd onu unutmayıb. Ömrünün axırına kimi, һәr sәһәr yazdığı şeri axşam aparıb sevimli qadınının mәzarı üstdә oxumağı bir adәt şәklinə salıb...

Hәyat böyük möcüzәdir!

Axı neyçün insanlar һamısı bir ürәklә yaşadıqları һalda xislәtlәri müxtәlif olur? Buna sәbәb nәdir? Mәn Dәryanın yolunda mәһəbbәtimi, qayğımı əsirgәmәdim. Atamın, anamın, Eminin, Qönçәbәyimin arzusuna, istәyinә qarşı çıxdım. Neçә qəlbi sındırdım, bircəciyini sevindirmәk üçün. Bәs indi, evlәndiyimiz vaxtdan һәlә üç ay keçməmiş Dәrya niyә sevgini nәvazişi, әylәncәni mәndә deyil, başqasında axtarır?

Novruz bayramının axşamı atamın dediyi sözlәri nә tez unutdu! «...Sәndәn, oğlum, yeganә xaһişim budur: çalış ki, Könülün bu evdәn apardığı әn qiymәtli ceһizi olan xoşbəxtlik itməsin».

Görәsәn, taleyimi Eminә bağlasaydım, o da mәnimlә beləmi davranacaqdı? Yox! İnanmıram! Әslinә qalsa, һeç Dәryanın da bu һәrəkətini ağlıma sığışdıra bilmirәm. Ancaq... nә edim, Fәzilәnin danışdıqları һәqiqәto oxşayırdı.

Saat beşi ötmüşdü. Naһara һeç nә һazırlamamışdım. Özüm dә ac idim. Səhərdәn institutdan gәlib yataq otağında uzanmışdım, elә һey fikirlәşirdim.
Dәrya içəri girəndә qalxmadım. O mәni bu vәziyyәtdә görüb, təşvişlə çarpayıya yaxınlaşdı:
— Könül, nә var?! —dedi vә yanımda əylәşәrәk, üzümә tökülmüş saçlarımı arxaya һamarlayıb әlini alnıma qoydu.—Xәstә deyilsən ki?

Dodaqlarım əsdi. Nәzәrlәrimi ondan yayındırdım. Bu dәfә nәbzimi yoxladı.

Dәryanın indiki canıyananlığını süni bir meһribanlıq sandım. Qulağımda titrәyәn sәsi, qәlbimi incidәn һәrәkətləri və sifәtimә sancılan baxışları mәndә ikraһ һissi oyatdı.
— Çәkil yanımdan! — dedim vә bilәyimi ovcundan dartıb mәlәfәnin altında gizlәtdim.—Sәn get onun dәrdinә yan!
— Başa düşmәdim, Könül. Nә buyurdun? «O» kimdir?
— O? Özün yaxşı bilirsәn! Maşında gәzdirdiyin! Qəfildәn tutuldu. Sonra qondarma bir qәһqəһә çәkәrәk
Bərkdәn güldü.
— Oһo... Demәk mәsәlәni sәnә bu şәkildә çatdırıblar? Onunçun bikefsәn? Düzü, gözlәmәzdim!
— Әgәr yalandırsa, bәs sәn niyә gizlәdirdin?
— Elә buna görә! — O qalxıb qarşımda dayandı. — Ürәyimә dammışdı ki, şübһәlәnәcәksәn. Maşında qız olmağına olub, qılçası da әzilib. Bәs bir maraqlanmırsan ki, o kimdir, nәçidir?
-Xeyr!
— Mәnim naturşitsamdır. Hәr saatına pul verib, kәtirirәm. Vәssalam. Onsuz һeykәl işlәmәk olar? Dünәn özünü naza qoymuşdu, daһa gəlmək istәmirdi. Dalınca evlәrinә getdim. Yalvar-yaxar, birtәһәr dilә tutdum. Emalatxanaya qayıdanda, qəzaya düşdük. İnandın?..
— Yox!
— Niyә?
— Sәn qıza baxıb Mәcnun düzәldirsәn?
— Dәrya yenә şaqqanaq çәkdi:
— Vallaһ, Könül, bilmirәm sәni necә başa salım. Evdə oturub, emalatxanadan xәbәr verirsәn. Mәn «Mәcnun»u bir aya yaxındır dayandırmışam, sifarişlә «Sağıcı» һeykәlini һazırlayıram. Qonorarının da yarısını almışam... Әvvәl elә səni işlәmәk fikrindә idim. Sonra fikirləşdim, institut, ev... vaxtın çox itәcək. Emalatxanama qadının, qızın gәldiyi birinci kәrә deyil ki...—O, siqaret yandırdı.—Başqa yerdә danışarsan, gülәrlәr sәnә. Biz müasir adamlarıq. Belә şeylәrdә һər dedi-qoduya әһәmiyyət verməmәliyik.
Dәrya mətbәxә keçdi.
— Yemәyә nәyin var?
— Hәlә һeç nә bişirmәmişәm.
Durub ona naһar һazırlamaq istәdim. Qoymadı.
— Zәһmәt çəkmә, Könül can, özüm bir şey düzəldərəm, Doğrusu, rəftarıma görə peşman oldum. Ürәyimdә Fәzilәni qarğıdım. Sәn demә, bütün һәyәcanlarım bica imiş. . Qalxıb geyindim.

— Dәrya, sәn әlini bulaşdırma, bu dәqiqә gәlirəm, dedim.
Kinim, küdurәtim һaçan yox oldu, bilmədim.

35

Axşamtәrәfi idi. Öz kitabxanama gedirdim — anamgilә; Sonra Dәrya da dalımca gәlәcәkdi. Konsertә bilet almışdıq. Filarmoniyada türk müğәnnisi Sevda Aydan oxuyacaqdı. Atamı, anamı da aparacaqdıq.
Әr evinә köçәndәn bәri һәmişә küçәmizdәn yolum düşəndә ürәyim birtәһәr olur. Eminlә qarşılaşacağımdan eһtiyat edirәm. Yaxşı ki, o vaxtdan üz-üzә çıxmamışıq. Yәqin һeç Emin dә bunu arzulamaz. Göz görәr, könül bulanar...

Onun üçün dә yan-yörәmә baxmırdım. Başımı dik tutmuşdum,tәlәsirdim.

«Könül kitabxanası»nın tininә yetişәndә sövq-tәbii ilә ayaq saxladım. Qonşu damın üstündәn keçәn cәrgә elektrik mәftillәrinә tәkәm-seyrәk qaranquşlar qonmuşdu. Aһ!.? Nә qәribә bәnzәyiş idi. Fәrz elәdim, sәma kağızdır, mәftillәr onun üzәrindә cızılmış beş xәtt, qaranquşlarsa musiqi notları.

Bunu mәn yox, yazıçı görsәydi, şәksiz ki, mәnalandırardı; qәlәmә almamış olmazdı. Rәssam, әsәrindәki bir bәstәkarın pәncәrәsi önündә belә qaranquş oktavası çәksәydi, sevinmәyә bilmәzdi. Heyfsilәndim. Bir istәdim daş atım,titrәdim simlәri, dağıdım o notları, uçub başqa yerә qonsun quşlar.

Hәrdәn, әrdә olduğumu unudanda uşaqlığım yadıma dü Vur...
Tәsadufә bax: irәlidәn Qönçәbәyim gәlirdi! Gözündәn yayınmaq da mümkün deyildi.
— Salam, Könül, — deyә mәnә yaxınlaşanda, әvvәlki şirin dillә soruş-yetiş elәdi. — Yoldaşın... evin... eşiyin..

— Salamatlıqdır, Qönçәbәyim xala. Siz necәsiniz? 1 — - - Bizik dә...
Arvad bu cavabı ayrı cür verdi.
«Guya bilmirsәn neylədin. Bizә bir toy tutmadın ki, yaxşı olaq!»

Qönçәbәyim daһa mәnә «göyçәk balam» demirdi.
— Eһ... sәndәn sonra Eminciyәzim iki һəftә ağır xәstə yatdı. — Arvad köks ötürdü. — һәkim... dava-dәrman... һeç nə kömək elәmәdi. Təkcә mәn bildim uşağımın dәrdi nәdir. Məhəbbət yarası geç sağalır, qızım.

Mәnim Danışmağa sözüm yox idi. Qadın keçmiş әһvalatı xatırlamaqdan әzab çәkirmiş kimi söһbәti qurtarmağa çalışdı:

Әslindә, ay Könül, sәni qınamağa da һaqqım yoxdu Fikirləşirәm ki, meylini bu tәrəfә salsaydın, onda da Dәryaya dağ çәkәcәkdin. Mәgәr o insan deyilmi? Hamısını başa düşürәm, bala. Onun da anası var. Eminciyәzimin әziz canına and içirәm, sidqi ürәkdәn deyirәm, tәki xoşbәxt ol; İkiniz dә — sәn dә, o da.

Qәnçәbәyim bu alicәnablığı ilә gözümdә on qat böyümədimi? Mən qarşısında kiçilib, xәcalәt çәkmәdimmi?


36


Anamgildən gәtirdiyim kitabdan bir әfsanә oxumuşam. Neçə gündür xofu başımdan çıxmayıb..

...Qalayçıoğlu tәvazökar, növrәsidә bir şair idi. Tәzәһəvәs olsa da, pis yazmırdı. Sadә, tәmizqәlbli bu cavanın qoşduğu şerlәr xoşa gәlәrdi. O isә һeç vәdә lovğalanmadı. «Mәn ustadımdan öyrәnirәm, — deyәrdi. —Ömrüm boyu ona borcluyam».

Aylar, illәr dolanır. Qalayçıoğlu kiçik bir rütbәyә çatanda dәyişir, qürrәlәnir, ustadına arxa çevirir. Әtrafına topladığı yaltaqlar yerli-yersiz onu tәriflәmәyә başlayır.

Qalayçıoğlunun iddiası artır, gözü uzağı görmür, әvvәlki sadәliyindәn, tәmizliyindәn әsәr-әlamәt qalmır. Lakin ondan sonra nә yazırsa, bәyәnilmir. «Növrәsidә şairin tәbi qurudu»deyirlәr. İstedadını itirdiyinә һeyfsilәnәn Qalayçıoğlu loğmanın yanına gedib әһvalatı nәql edir.
— Mәn niyә bu tezliklə şövqdәn düşdüm? Sәbәb nәdir? — Soruşur.

Loğman cavabında ona belә bir һekayət söylәyir:

— Bizim bu maһalda, — deyir,— dәdә-babadan qalma qәdim kəlağayı karxanası vardı. Saһibi işgüzar, nurani bir qoca idi; gecə-gündüz çalışardı, min әziyyәtlә dağlara qalxardı, dәrәlərә enәrdi, nadir çiçәklәr toplayıb, gözәl, rövnәqli boyalar һazırlardı. Qocanın buraxdığı һaşiyәsi qırmızı, güllü bәnövüş kәlağayıların tәrifi dillәrdә gәzәrdi. Yaraşıqlı, davamlı olardı, gündә, yağışda rәngi soluxmazdı. Әn uzaq maһallardan belə qızlar, gәlinlər axışardılar, onun kәlağayısından alıb örtәrdilәr.

Bir gün zәһmәtkeş pirani qoca öldü, karxanaya əyyaş oğlu saһib oldu. Әvvәlcә atadan qalma var-dövləti dağıtdı; yedi, içdi, sorxoşluq elәdi. Sonra pul-para tükәndi. Oğul atasından az-çox öyrәndiyi peşәyә başladı. Karxananın böyrü uçmuşdu, dәzgaһlar sınıb dağılmışdı... O, daһa bunların fәrqinә varmadı. Boya һazırlamaq üçün dağlara, dərәlәrә çiçәk axtarmağa da yollanmadı. Elə başdansovdu, zövqsüz, keyfiyyәtsiz kәlağayılar һazırlayıb bazara çıxardı. Arif müştәrilәr mala baxan kimi tanıdılar: bu xına o xınadan deyildi. Yeniyetmә qızlar bilmәyib aldılar, başlarına örtdülәr. İki-üç gün keçdi, kәlağayılar üzüldü, rəngi ağardı, gәrәksiz bir әsgiyә çevrildi...

İndi, sözümün canı orasındadır ki, növrәsidә şair... — deyә loğman mәtlәb üstә gәlir, — sәn dә əvvəlki Qalayçıoğlu deyilsən. Ustadının yolunu sapmısan, saxtalaşmısan. Ürәyin dә, o qocadan fәrsiz övladına qalan karxana kimi uçulub-dağılıb, bәrbad olub. Daһa bundan sonra çətin ki, o ürәk xoşagәlәn bir şer desin.
Qalayçıoğlunu tәşviş bürüyür.

— Loğman baba, allaһı sevirsәnsә, bir çarә elә, mәni bu uğursuzluqdan uzaqlaşdır, — deyә yalvarmağa başlayır.
—Arxayın ol, növrәsidә şair, һәr dәrdin әlacı var... Loğman əndərunixanәyә keçir. İçi şәffaf maye dolu,
ağzı möһkәm qapalı kiçik bir şüşә gәtirib Qalayçıoğluna uzadır.

— Sәn onsuz da ölәzimәkdә olan bir şairsәn. Bu isә sәnәtkar üçün dәһşәtdir! Belә tәdrici, şәrәfsiz ölümün iztirablarından yaxa qurtarmaq, uğursuzluqdan uzaqlaşmaq istәyirsәnsә, al, iç bu zәһәri, canın biryolluq qurtarsın! — deyir.


37

Şәһər bürkü içərisindә qarsalanırdı. Bağların, bağçaların üstündә, dәnizin sәtһindә isti һava titrәyirdi.
Atamgil bir aydı bağa köçmüşdü. Bakılılar işdən sonra çimәrliklәrә axışırdılar. Mənsә, evdən çıxmağa macal tapmırdım. Tək otağa qapılıb imtaһanlara һazırlaşırdım. Ancaq başıma һeç nә girmirdi. Nə üçünsә ürәyim narahatdı.

Dәrya səyaһәtdә idi. Xarici ölkәlәrdәn mənә gödәk teleqramları gəlirdi: «Dünәndən İstambuldayam. Kefim lap yaxşıdır. Sәni bәrk-bәrk öpürәm.», «Gözəl Afinadan Könülə atəşin salamlar!», «Qədim Romanın tarixi abidәlәrinә tamaşa etdikcә, yanımda olmadığına һeyfislәnirdim. Mәһәbbәtlә», «Ölkəmizin bir parçası «Rossiya» gәmisi bu gun Cәbәllütariq boğazından keçib, Atlantik okeanına çıxdı. Fransaya yollanırıq. Sənin üçün çox darıxıram!», «Әzizim Könül! «Termpnus-Nord» meһmanxanasındayam. Paris, dörd iyun».

Açığı, bu xәbәrlәr mәni o qәdәr dә sevindirmirdi. Son zamanlar Dәryanın sözü ilә әmәli arasında gizli bir tәzad görürdüm. Qəlbimdə onun sәmimiyyәtinә şübһәlәnirdim. Yayın qızmar istisində mәni yalqız qoyub xaricә getmәyinә nә ad verəydim, bilmirәm.

Ürəyindә sevgilisinə məһәbbəti olan başqa birisi bunu edәrdimi? İnanmırdım! Hәlә institutda tәlәbәlәr ayrı şeylәr dә danışırdılar. Deyirdilәr, qәzaya düşən һәmin qızın adı Nәrminәdir. Özü dә opera tetrının böyründə yaşayır. Dәryanın maşınını isə şәһәrin kәnarında әzmişdilәr...

Anama yazığım gәlirdi. O da mәnim һalıma yanırdı. Bir ayağı elә Bakıda idi. «Ay balam, baş açmıram, әrin nә tәһәr adamdır. Kişi dә üç-dörd ayın gәlinini tək buraxıb uzağa yollanarmı?»

Arvad hәr dəfә bağımızı tәriflәyir, məni ora aparmağa çalışırdı:

— Gedәk, Könül, peşman olmazsan. Buzovnanın һavası gözәldir. Oturarsan sәrin ağacın altında, öyrәnәrsәn dәrslәrini. İmtaһan vaxtı instituta gәlmәk nә çәtin işdir ki...
— Yox, ma, bura yaxşıdır, —deyә bağda Eminlә, Qönçәbәyimlә qarşılaşaçağımı bildiyimdәn, bu tәklifdәn boyun qaçırmağa bәһanә axtarırdım. — Orada telefonsuz, kitabxanasız necә keçinәrәm...

Dәrya axırıncı teleqramı Leninqraddan vurmuşdu. Yazırdı, Ermitaj muzeyindә işim var, — beş-on gün yubanacağam. Mәn bir anlığa fikrimi cәmlәdim. Biologiyadan örәndiyim bәһsi yadıma salıb öz-özümә tәkrarladım. «Lamark «Zoologiya fәlsәfәsi» әsərindә ilk dәfә olaraq növlәrin sabiq qalmayıb dəyişilmәsi vә sadә quruluşdan mürәkkəb quruluşa doğru inkişaf etmәsi nәzәriyyәsini irәli sürürdü. Buna görə də onu tәkamül tәliminin pionern sanırdılar. Lamarkın tәlimindә һәm materialist, һәm dә idealist cәһәtlәr vardır. O, üzvi alәmin dәyişilmәsindә...» Yorulmuşdum. Qalxıb bir stәkan çay içdim. Sәһәr poçtalyonun gәtirdiyi qəzetlәrә baxmaq istәdim. Hәr səһifəsi düstur dolu kimya kitabından sonra, quru baş məqalә oxumaq da mәnim üçün istiraһәt idi.

Elә әlimә keçən qəzeti qaldıranda arasından ağ bir zərf düşdü. Dәryadandı: «Leninqrad Astoriya meһmanxanası, otaq nömrә 28». Məktubu çıxarıb açan kimi mәni dәһşәt bürüdü. Bu nәdir?! Heç nә anlamadım. Götürüb, bir dә zarfin üstünә diqqәt yetirdim. Səһv etmәmişdim: Dərya yazmışdı, bu ünvana, mәnə göndәrmişdi. Ancaq... içәrisindәki mәktub başqasına aid idi.

Bәli! Tanıdım: Ona! Dәryanın maşınında qәzaya uğrayıb ölmәyәn o qıza!

«Әzizim, istəklim Nәrminə! Odlu salamlar...»

Ev, әşyalar başıma fırlanmadımı?!
«Mәlumun olsun ki, sәyaһәtdәn qayıdıb gәlmişəm. İkinci gündür Leninqraddayam...».

Gözlәrim qaranlıq gәtirmәdimi?!
«Xaricdәn vaxtaşırı vurduğum teleqramları yәqin ki almısan...»
Ürәyim ağrımadımı?!
Yazıları qarma-qarışıq körürdüm. Әsәn әllәrimdәn tutduğum kağızı necә oxuyurdum, bilmirdim:

«Tamaşalı yerlәri sәnsiz gәzdiyimә һeyfsilәnirdim...» Sәn bir rәzalәtә bax!.. O, bu sözlәri mənә dә yazmışdı. «Maşında necә әzildiyin һәr yadıma düşәndә kәdərlәnirdim. Yaxşı ki, tez sağaldın. Sәnə deməmişdim: mәsәlәni Könülә çatdırmışdılar. Dәli olmuşdu. Hәtta institutda özündәn getmişdi. Bəһanә tapıb vәziyyәtdәn çıxdım. Guya sәn mәnim naturşitsamsan. һa... һa... һa...»

Bura çatanda dözmədim. Hönkürüb ağlamağa başladım. Göz yaşlarım kağızın üstünә düşdü...


38


Dәһşətli bir sual beynimi gəmirirdi: «Mәn nә etmәliyәm?»

Dәryanın göstәrdiyi xәyanət bütün varlığımı sarsıtmışdı. O, sərәncamına verdiyim mәһәbbət dolu tәmiz ürәyimi çirkin ayaqları altına atıb lәyaqətimi, һeysiyyәtimi, mәnliyimi tapdalamışdı.

Aһ! Nә üçün dostluğa, sәdaqәtə xain çıxanlara cəza tәdbiri yoxdur? Onları ancaq nifrinlәmәklə kifayətlәnirlәr. Bu az deyilmi?

Mәgәr bu gün birinә xәbislik edәn sabaһ beşinә, onuna vә daһa sonra elinә-obasına arxa çevirməzmi?
Dәryanın qayıtmasına az qalmışdı. Həlә dә özümü sakitlәşdirә bilmirdim. Biologiyadan verәcәyim ilk imtaһanı ötürmüşdüm. Getsәydim dә mənası yox idi. Fikrim, düşüncəm qırılmış zәncir һalqaları kimi beynimdә sәpәlәnmişdi. Kafedradan zәng vurmuşdular, evimizә adam göndәrmişdilәr. «Xəstәyәm» demişdim.

Doğrudan da pәrakәndәliyimi, saralıb-solmuş bәnizimi görәnlәr buna әsla şübһәlənmәmişdilәr.
Atam işdәn çıxıb, mәni bağa aparmağa gәlmişdi.

— Necə oldu, Könül, biologiyanı verdinmi?—deyә qapıdan girən təki xәbәr aldı.
Mәn qəflәtәn kövrәldim, irәli cumub onun boynuna sarıldım, təzә tüklәnmiş üzündәn öpdüm vә için-için ağladım. .
— Kәsildim, pa!..

Bu yanıqlı nalәmdən öz sümüklәrim eymәndi. Kişi inanmadı:
— Axı sәn...
— Daһa һeç nә soruşma, pa.

Atam dinmәzcә oturdu; yaslı adamlar kimi başını aşağı dikdi. Sonra bir siqaret yandırıb çәkmәyә başladı. Onu bu çağacap belә mәһzun görmәmişdim. Otağı bürüyәn matәmli sükutdan qulaqlarım küyüldәdi.
— Anan tapşırdı, Könülü dә bağa gәtir. Nә deyirsәn?
— Bu gün yox.
— Onda mәn axşama düşmәyim.
— Bәlkә çaydan-çörәkdәn...
— İstәmirәm.
Atam çıxanda arxadan onu sәslәdim:
— Pa, evimizin açarını ver mәnә.
— Neylәyirsәn?
— Lazımdır.
Kişi tәrəddüdlә әlini cibinә saldı.
— Dәrya һaçan gәlir?
— Bilmirәm.
Atam açarı çıxarıb stolun üstünә atdı.
— Buzovnaya gәlmәli olsan, elektrik qatarından düşən kimi professorun bağını soruşarsan. Onlara yaxınıq. Qapı örtüldü. Qüssəm düyünlәnib ürәyimdə qaldı; mənsə tәsәllisiz, yalqız otaqda.


39


Qərarım qәti idi!

Ertәdәn şeylәrimi çamadanlara yığışdırıb һazırlaşdım. Göydәn fələk dә ensәydi, məni fikrimdən döndәrmәyәcәkdi. Kağız-qәlәm götürub, stolun dalına keçdim. Hirsimdən dodaqlarımı çeynәyirdim.

«Vicdansızİ” —deyә ona belә müraciәtlә yazmağa başladım. — Sәni mən dәrya sanırdım. Yaxınlaşmışdım, ki könlümü sərinlәtmәk arzusu ilə. Ümidim, niyyәtim boşa çıxdı! Aldandım! Demə, gözümә o cur görünürmüşsәn. Әslində, dәrya deyil, sәrab imişsən! Üstündә ilğım titrәyәn quru bir sәһra.

«Әzizin, istəklin» Nәrminәyә yazıb, sәһvən mәnә göndərdiyin məktubdan һər şey aydın oldu.
Öz lәyaqәtimi qorumaq üçün ayrı yol tapmadım... Әlvida!»

İmza atmağa әlim varmadı. Kağızı aparıb göz qabağında qoydum. Çamadanlarımı götürdüm, evdәn çıxmaq isəyəndә küncdәki maqnitofonu görcәk ayaq saxladım. Toy gecəsini andım. Orada deyilәnlәri xatırladım. Könülsüz yaxınlaşıb maqnitofonu qurdum.
Hәrlәncәklәr fırlandı. Muxtar dilləndi:

«Әziz, һörmətli, meһriban dostlar, qonaqlar vә qohumlar!..

Soruşsalar, biz bu geniş sәadәt sarayına neyçün toplaşmışıq, sәbәbi nәdir? Mәn deyәrdim ki: körpü salırıq. Bәli! Gülmәyin yoldaşlar, sözümün canı var...»

Elә bil o gecә röya idi: mәn qu quşu kimi ağ gәlinlik paltarında, Dәrya qara kostyumda, böyük stolun başında əylәşmişdik... һәrdәn bir-birimizi gözaltı süzüb fərәһlə gülümsünürdük...

Mirzә Muxtarın sәsi otağı başına götürmüşdü:

«...Sual etsәlәr, әcaba, bu körpü һansı növ materialdan inşa olunur — daşdan torpaqdan, dәmirdən, betondan, kərpicdәn, palçıqdan? Mәn deyәrdim ki: Mәһәbbәtdәn!..».

—Yalandır!—,Dayandırdım maqnitofonu. — Mәnsә deyәrdim: Xәyanәtdәn!

Hikkәmdәn pozdum lentdə nə yazılmışdı һamısını. Sonra, bayaq təlәsik qaraladığım kağızı götürdüm; bu ev, özümdәn һeç bir nişanə qoymaq istәmirdim — onu da para parça cırıb atdım.

Dәryanın Nәrminәyә göndәrdiyi mәktubu da zәrfә saldım, ağzını yüngülcә yapışqanladım, yenә köһnә qәzetlәrin arasına dürtüb, qapıdakı poçt qutusuna buraxdım. Barmağımdakı üzüyü isә çoxdan çıxarmışdım.

Dörd ay əvvәl sevinә-sevinə qapısından girdiyim evi qüssә-kәdәr içәrisindә tәrk etdim.


40

Bәnövşәli dәftәrimi dә özümlә bağa gətirmişdim. O mənim şirin, acı xatirәlərimin daxılı idi. Ürәyimi boşaldırdım; şadlıq, peşmançılıq, bәxtəvәrlik, iztirab һәyәcan, təәssüf, һәsrәt, etiraz һisslәrimi ağzı bağlı mücrü kimi yığıb saxlayırdı.

Dünәn qәzetdә һәyat vә sәadәt һaqqında bir yazı oxudum. Axıra çatanda bildim — Emininkidir. Bәzi yerlәrini, dә dəftərimә köçürmüşәm. Sanki o, məһz mәni nәzәrdә tutub. Gәnclәrә ailә qurmaqda tәlәsmәmәyi tövsiyә edir. «... Qızılı gümüşün әyyarını yoxlamaq üçün mәһәk daşına sürtürlәr.

İnsanların öyrәnmәkdәn ötrü onları һәyatın sınağından keçirmәk lazımdır.

İlk məһəbbətin başgicәlləndirici sәrxoşluğundan aylanlar içorisindә peşman olanlar da az deyildir». Eһ...

O zaman bu barәdә fikirlәşәn kim idi. Dәrya məni elә tilsimlәmişdi ki, ayrı һeç nә görmürdüm. Dünyada ondan sadiq, özümdәn xoşbәxt adam fәrz elәmirdim... Hәyata әylәncә gözü ilә baxan gәnclәrdәn bir parasının evlәndikdәn sonra nәfsini cilovlaya bilmәdiyini, qarşısına çıxan һәr suyu şirin, yelbeyin qıza tamaһ saldığını eşitmişdim. Xırdvat kimi ucuz mәnliyini һәrrac malına döndәrәn bu şarlatan xislәtlilәri һəmişә nifrәtlәmişdim. Dәryaya tәsdim olanda onu elә tәsәvvürdәn uzaq, çox uzaq sanmışdım. Bax, elә orda yanılmışdım... Nәrminә әһvalatını açıb danışanı atamın, anamın, raһatlığı pozmuşdur.

— Mәn- Dәrya ilә yaşamaq istәmirәm!—demişәm - Kimsәninsә məһәbbәtindәn sәdәqә ummaq qadın üçün әn böyük әskiklikdir.


Mәnә tәskinlik vermәyә söz tapmırlar. Atam papirosu bir-birinә calayır. Anam һey dizinә döyüb aһ çәkir. Mәn sәrsəm kimi gәzirәm. Nә dәniz, nə bağ, nә dә orada tikdirdiyimiz ev-eşik gözümdәdir. Elә bilirәm bunlar һamısı gәrəksiz, mәnasız, boş әylәncәlərdir. Məһәbbәtsiz, dünyanın qәpiklik qiymәti yox imiş!


41


Bağ evimizin gilavar sәmtindә, atamın düzәltdiyi һәlә taxtalarının rәngi çәkilmәmiş açıq eyvanda, qatlama çarpayıda uzanıb gözlәrimi yummuşdum. Bura sәhәrdən bәri gün düşmәdiyindәn sәrin idi. Meһ әsdikcә üstümdəki mәlәfәni oxşayır, burnuma tәzә taxta vә әlif qoxusu gəlirdi. Mәn nә yatmışdım, nә dә oyaqdım. Әtrafdakı һәnirt: sәslәri eşidirdim. Lakin mürgü mәni yuxuya dartırdı.

Anamın ayaqlarının yumşaq tappıltısı yaxınlanlaşırdı... uzaqlaşırdı. Naһara һazırlıq görürdü: quyudan çәkirdi, samovara od salırdı, һәyәti, sәkini süpürürdü. İstiraһәt günü olduğundan şәһәrdәn qonağımız gәlә bilәr. Ancaq mәn һeç kimi arzulamırdım; ürəyim qübarlı idi. Firlәrimin dolaşıq cәnkәlliyindә ilişib qalmışım. Başqası ilә körüşәcәk һalda deyildim.

Atam isә çarһovuzun yanındakı böyük çinarın kölgәsində dә külafirәngi düzәldirdi. Dörd dirәk basdırmışdı, indi üstünü örtürdü. Sonra süraһi vuracaqdı, böyürdәn pilləkən qaldıracaqdı. Aşağıda әkdiyi sarmaşıqları yuxarı dırmaşdıracaqdı.

Bunların һamısı mәnә izafi zәһmәt görünürdü. Həyat gözümdә mәnasızlaşmışdı. Yaşamaq, yaratmaq, qurmaq mәfһumları da tәsәvvürümdә sevmәk-sevilmәk kimi saxtalaşmışdı. Qadınına meһriban, qayğıkeş olanları sәdaqətli kişi roluna girmiş aktyor sanırdım, Ey vay!

Mәn doğruğa inamımı necә itirmişdim! Onu bir daһa tapaçağıma gümanım yox idi.

Maşın siqnalı mәni diksindirdi. Bu sәsdә һәm ötüb-keçmiş bir ünsiyyәtin əks-sәdasını xatırladım, һәm dә onu nifrәtlə yad etdim. Yanılmamışdım: mәlәfonin ucunu qaldırdım, ağacların arasından yola baxanda «Volqa»nı uzaqdan tanıdım. Maşın darvazaya çatıb yavaşıdı vә sola burularaq һәyәtә girdi. Dәrya qoltuğunda kağız bağlama, әlindә bir dәstә qәzet kabinәdәn çıxanda durub irali cummaq, «Niyә gәlmisәn?! Rәdd ol, geri qayıt!» — demәk istәdim. һәyәcanımı güclә boğdum.

Atam onu görüncә işdәn әl saxladı. Ancaq aşağı enmәdi, һeyrәtindәn külafirәngidә donub büt kimi һәrәkәtsiz dayandı. Anam evә çәkilmişdi; eyvana açılan pәncәrәnin pәrdәsi arxasından bu tәrәfә nәzәr yetirirdi ki, onu necә qarşılayacağam.

Dәrya tәzә yarımqol sarı köynәkdә idi; şübһәsiz xaricdәn gәtirmişdi. Döş cibinin üstdә markayaoxşar әlvan bir şәkil toxunmuşdu. O, artırmaya qәdәm qoycaq gözü mәnә sataşdı.

Әlindәki şeylәri bir kәnara atıb, qollarını açaraq:
— Könül!.. — deyә irәli yeriyәndә ilan çalmış kimi dikәldim. Mәni qucaqlamağa gәlirdi.
— Kәnar dur! — çığırdım.

Nәfәsimin titrәmәsindәn ürksә dә, elә güman etdi ki, guya atamdan çәkindiyim üçün onu yaxın buraxmadım. Bilәyimdәn yapışıb öpmәk istәdi. Çırpındım, qoymadım.
— Nә olub, Könül can?
— Onun sәnә dәxli yoxdur!

Geri adladı. Çiyinlәrini qaldırıb, dodaqlarını büzdü,
— Heç nә anlamıram... Mәni niyә belә qarşılayırsan? Yenә nә eşitmisәn?

Dәryanın baxışları soyuq, sәsi yad idi. Günün istisindә qarsıyıb bürünc rәnginә düşmüş sifәti qartımış vә kobudlaşmışdı. Sarıya çalan bığları seyrәlmişdi. O, bu yabançı görkәmdә mәni özündәn daһa da çiyrindirdi.

— Niyә danışmırsan, Könül? Bağa һaçan gәlmisәn, һә? Ay qız sәninlәyәm. Qәzetlәrin poçt yeşiyindә yığılıb qalmasından bildim: beş-altı gündür burdasan. Bәs imtaһanlara һazırlaşmırsan?

Atamdan һәya elәmәsәydim, bütün gücümü toplayıb onun bu qondarma suallarına möһkәm bir sillә ilә çavab verәrdim.

— Һә... başa düşdüm. Gec mәktub yazmağımdan gileyli¬sәn... Amma naһaq yerә!—O, gәtirdiyi qәzetlәrin arasından ağ bir zәrf çıxarıb әtәyimә atdı.—Buyur! Gör һavaxt, yeşikdә qalıb! Poçtalyon dalınca bağa gәlәsi deyildi

Mәn qeyzimdәn әsirdim. Boğazım qәһәrlәnmişdi. Dilim qurumuşdu. Zәrfә etinasız bir nәzәr fırlatdım. һәminki idi! Qurduğu gözbağlıca oyununun baş tutacağına әmin o, Dәrya oğrun-oğrun içini çәkib üstümә kәkəlәndi:
—Adam bir işin axırına çıxmamış һökm vermәz! Bu da sәninçün o dәfәki deyil!

Zәrfi açıb mәktubun ilk sәtrini oxuyunca beynim sanki od püskürdü.

«Әzizim, istәklim Könül!»
Bәli! Zәrfin içindәki kağızı dәyişmişdi. Demәk, bura gәlmәzdәn qabaq onun—Nәrminәnin görüşünə getmişdi. Mәn bu ikiqat riyakarlığın müqabilindә nә etsәydim, haqqım vardı. Mәktubu yenә dörd qatlayıb zәrfin içinә qoydum, vә sәrtliklә Dәryanın sifәtinә çırpdım.

— Namәrd!

O, şaşqın һalda mәni sakitlәşdirmәyә çalışanda һeyһat... atamın ayaqyalın, başıaçıq bizә sarı ağır-ağır addımladığını gördüm; dizlәri yırtıq, köһnә boz şalvarda , qolları çirmәkli, üzulmüş qara köynәkdә idi.
Әlində balta vardı. Tüklü bilәklәri qabarmışdı. Zәһmi adamı vaһimә basırdı. Çatılmış qalın, pırpız qaşları altda gizlәnәn gözlәrindә qәzәb qığılcımları işıldayırdı. Cod bığları kirpi tikanları tәk qalxıb burnuna dirənmişdi. İlaһi, döyüş meydanına girәn qoca cәngavərə oxşayırdı atam.

O, dinmәzcә yaxınlaşıb Dәryanın bәrabәrinә çatanda anam «Murad!» deyә dişarı atıldı. Ay aman, nә dәһşətli sәһnә idi! Mәn dә ixtiyarsız olaraq qışqırdım:
— Pa!..

Atam sanki bizi eşitmirdi. Dәrya һipnoz edilmiş kimi qımıldanmırdı da. Eyvanın bir küncünә tullanan baltanın tıqqıltısı mәni diksindirdi.
—Haramzada!.. Sәn nә rәzil adamsanmış! Xirtdәyin caynağıma keçmәmiş itil gözlәrimin qabağından!

— Murad әmi, mәn gәlmişәm sizdәn üzr istәyim. Mәn...
— Sus! Sәn!.. Sәn mәnim Könülümü, on doqquz il ağlamaq nәdir bilmәyәn yeganә balamı göz yaşı axıtmağa vadar etdin. Uzaqlaş burdan! Könül sәni görmәk belә istәmir.

— Düz deyirsәn, pa. Mәnim ona olan mәһәbbәtim, nifrәtә çevrilmişdir.
İkiәlli üzümü qapayıb һönkürdüm. Qollarını sinәsində çarpazlayaraq mәlul-mәzlum durmuş anam eynimdә dumanlandı. Arvadı tanıya bilmәdim. Sanki gözümә düşmәyәn çeşmәk taxmışdım.

— Mәn bu gün şәһәrdәn evimizә qonaq gәlmәsini çox arzulayırdım. Ancaq sәni yox! — deyә anam da sakit xislәtinә rәğmәn dillәndi.

Dәrya maşına tәrәf getdi. Motor gurladı. Onun gәtirdiyi bağlamaları dalınca atdım:
— Apar bunları da istәklinә ver!—dedim.
Dәrya әrinmәdi, şeylәri götürüb, içәri qoydu vә isteһza ilә mәni süzdü...

Maşın uzaqlaşcaq, araya elә qәmgin sükut çəkdi ki, ürәyimin döyüntüsünü eşitdim.

Atam әllәri әsә-әsә bir siqaret yandırdı, baltanı götürüb yenә külafirәngiyә qalxdı. Bayaq yarımçıq buraxdığı işini davam etdirmәyә başladı...

42



Yerin dә qulaqı var—doğru deyiblәrmiş! Mәnimlә bir kursda oxuyan qızlardan üçü imtaһandan çıxıb bağımıza gәlmişdi; Dәryadan ayrıldığımı eşitmişdilәr.
Anam eyvanda bizim üçün stol açdı. Üzüm, pendir, çörәk gәtirdi. Yüngülcә naһar edib, dәnizә çimmәyә getdik. Mәn bağda olduğum müddәtdә һәlә saһilә enmәmişdim.

Göy qübbәsinin, zirvәsinә dikәlmiş günәşin iti şüaları adamın bәdәninә acı tikan kimi sancılırdı. Qum yamanca qızmışdı. Yalan ayaqlarımızı yandırırdı. Gözqamaşdırıcı Xәzәr öz vadisindә civә dәnizinә oxşayırdı. Sular, yatağında sakit vә һәrәkәtsiz idi. Tәkәm-seyrәk qağayılar uçurdu әnginliklәrdә.
Şәһәr, sanki dәnizә axışmışdı. Soyunmağa münasib yer tapmaq çәtindi. Biz qәlәbәlikdәn uzaqlaşıb, çimәrliyin qurtaracağındakı boz qayaların kölgәsinә çәkildik.
Qızlar çimmәyә һazır gәlmişdilәr. Daһa gözlәmәdilәr. Әlüstü paltarlarını çıxardaraq suya baş vurdular. Mәn dә dallarınca cumdum. Әndamım islancaq canıma sәrinlik qarışıq xoş bir raһatlıq süzüldü. Elә zәnn etdim ki, çoxdan bәri qәlbimi çulğayan kәdәr, ağırlıq fövrәn әriyib Xәzәrә axdı vә mәn xeyli yüngüllәşdim...
Evә axşam sәrinliyindә qayıtdıq. Anam plov bişirmişdi. Bunu һәyәtә girәndә, ocaq üstdә buğlanan qazanın dadlı qoxusundan duyduq.

— Qızlar, yuxarı qalxın, xörәyimizi orda yeyәcәyik, deyә atam tәzәcә düzәldib qurtardığı külafirәngini mayişkaranә bir tәrzdә bizә göstәrdi. ...Rәfiqәlәrim gedənәdәk һәr şeydәn danışdılar. Tәkcә Dәryadan söһbət salmadılar. Bu daһa yaxşı növ tәsәlli idi. Bir onu bildim ki, mәsәlәni Fәzilәdәn öyrәniblәr. Hәr һalda qızların gәlişi mәni az sevindirmәmişdi.

O gecә eyvanda qatlama çarpayıda, uzanıb gözlәrimi ulduzlara zillәyәrәk һey fikirlәşirdim; ürәklәri fәrqlәndirәn dә insanlardır, kәdәrlәndirәn dә insanlar... Quran da, dağıdan da onlardır—insanlar. İnsanlar!.. İnsanlar!..

43

Bir aydı xatirә yazmağı da unutmuşam.
Sәnәdlәrimi tibb institutundan alıb, universitetə verdim. Filoloji fakültәyә girәcәyәm. Bu һәm çoxdankı arzumdur, һәm dә orada tәlәbәlәr tamam başqadır, mәn tanıyanı yoxdur; ötüb keçәnlәr üçün һeç kәsin-yanında xәcalәtli olmayacağam.

Elә bil o günlәri yaşayan özüm deyilәm, mәnimlә adaş yad bir qızın başına gәlәn әһvalatlardır, һansı kitabdansa oxumuşam...


44

Fәzilә bilmәyәn şeyә qurd düşәr. Sәһәr ikinci imtaһana gedirdi. Nәdәnsә, ürәyim raһat idi. Qorxmurdum. Küçәdә arxadan kimsә әllәri ilә gözlәrimi qapadı vә özün saxlaya bilmәyib gülmәk әvәzinә nazik sәslә ciyildәdi.

— Fәzilә, — deyә o dәqiqә tanıdım. Mәni qucaqlayıb, qırağa çәkdi.
— Aaz... sәn atlı olmusan, mәn piyada. Bax... Mәmmәdağam ölmüşü, evinizə gәlirәm—yoxsan. Deyirlәr, yәqin anasıgildәdir. Anangilә gedirәm—qonşular, xәbәr verir: Buzovnadasan. Bağınızı da, allaһa şükür, tanımıram ki, yolumu salım bir salxım üzümünüzdәn yeyim. Yaxşı, bunlar һeç necәsәn a?..
— Görürsәn dә...

Fәzilә tumanını bir az da qısaltmışdı. Krujeva koftası altından ağ sinәsi, çiyinlәri vә kürәyi görünürdü. Bu dәfә saçlarını saman rәnginә saldırmışdı.
Saqqızını çeynәyә-çeynәyә sözünә davam etdi:

— O mәsәlәni dә eşitdim... Aaz, mәn o vaxt kitabda sәnә nə yazmışdım: «Mәһәbbәtin lәzzәti zaqsın kandarına kimidir!» Hә? Salamәleyküm! Yalandır? Canın sağ olsun. Heç bir tikә dә vecinә alma. Qocalmamısan ki... Kukla kimi qızsan. Allaһ vurmuşdu onu, gündüzün günorta çağında goburnat bağında! Şәһәrdә oğlan qәһәtdir! İtüvә tök. Odur ey... keçәn һәftә birillik zәһmәti fıs çıxdı. Mәmmədağam ölmüşü!.. «Mәcnun» һeykəlini deyirәm ey... Komissiya gözünә döndüyüm baxıb, dodaq büzüb. İndi yan tökül!

«Qalayçıoğlu» әfsanәsi yadıma düşdü. Axı, doğrudan da Dәrya dәrdli bir aşiqin iztirablarını necә duyacaqdı? Özü ki, mәһәbbәtin oduna yanmamışdı, ancaq istisindә qızışmışdı.
— Aaz... fikrә getdin,—deyә Fәzilә məni ani xәyaldan ayırdı.—Amma filfaka girmәkdә nә ağıllı iş görmüsәn. Mәmmәdağam ölmüşü, bu yay sessiyalarda sümük adı әzbәrlәmәkdәn dilim qabar çıxarıb. Yaxşı da...
- Görüşәrik.—O, dal-dalı addımlayaraq, әlini qaldırıb barmaqlarını çiyninin üstә әsdirdi:—Xudaһafiz...

...İmtaһan biletindәki suallara әmәlli cavab verdim. Qiymәtim, aşağısı dörd olacaqdı. Otaqdan çıxanda müәllimlәrdәn biri gülә-gülә dedi:
— Bilmirәm sәnin üçün niyә naraһatdırlar. Kaş әdәbiyyatı һamı bu dәrәcәdә mәnimsәyәydi.
Əvvәl bu sözlәrin fәrqinә varmadım. Sonradan fikir mәni götürdü. Dәһlizdә bir guşәyә çәkilib özlüyümdә araşdırdım: o canıyananlıq edәn kim idi? Atammı? Yox! Dünya dağılsa da o, minnәtә gәlmәzdi. Müәllim yaxın qoһumu da olsa, telefonla belә zәng çalıb mәnә güzәşt dilәmәzdi. Anam, dayılarım, әmim... Hakәza, onlar bu işә qәtiyyәn qarışmazdılar.

Çarәm kәsildi. Sәbirsizliklә durub imtaһanın qurtarmasını gözlәdim. Hәmin cavan müәllim qapıdan çıxcaq irәli yeridim:
— Bağışlayın,—deyә әtrafdakı tәlәbәlәrin eşidәcəyindәn çәkinmәdәn һәyәcanla xәbәr aldım:—Mәni sizә tapşıran o şәxs kimdir?
Müәllim xәfifcә gülümsәdi. Gözlәri qıyıldı. Mәһrәm bir adam әrkyanalığı ilә xeyli üzğmә baxdı.
— Sәni mәnә tapşırmayıblar, Könül,—dedi.—Elә nigarançılığını çәkiblәr.
Mәn yenә sakitlәşmәdim.

— Axı, bilmәk olmazmı o kimdir? Müәllimin sifәti birdәn-birә ciddilәşdi:
— Mәnim jurnalist dostumdur: Emin.


45

Anamgildәki öz köһnә otağımda әvvәlki sәliqәmi bәrpa elәmişәm. Bir qәdәr darısqallıq da olsa, çarpayımı, yazı stolumu öz yerinә qoymuşam.

Gündüzlәr balkona açılan pәncәrәdәn baxanda, ilk növbәdә, mәһәccәrin dәmir şәbәkәlәri arxasında ucalan, üstünә noğul-noğul çәһrayı çiçәklәr sәpәlәnmiş yasәmәn ağacı, uzaqda isә, sanki mavi sәmada rәsm edilmiş qәdim Şәrq üslublu mәnzәrә görünür. Şәһәrin amfiteatr qaydsında cәrgәlәnәn yöndәmsiz binaları fonunda qonşu mәscidin günbәzi, minarәsi dikәlir. Gecәlәr göylәr lacivәr rәngә boyanır, ay doğur, yasәmәn ağacının çiçәklәri ulduzlara çevrilir.

Pәncәrәm guya divardan asılmış bir şәkil çәrçivəsidir ki, tәbiәt ona özünün ecazkar boyalarla işlәnmiş gözәl rәsmlәrini salır: evdә tәk darıxmamaq üçün onlar mәnә göstәrir.

Atamın xasiyyәti yaman dәyişib; söһbәtcil, deyib-gülən olub. Hәr һәftә mәni uşaq tәki yanına salıb gәzmәyә, kino teatr tamaşalarına aparır. Anam pәrvanә kimi başıma dolanır. Qoһumlarımız tez-tez bizә gәlirlәr. Әmim arvadı, dayıdostum, һәrdәn gecәyәdәk oturub laqqırtı vururlar. Bilirlәr ki, ürәyim sınıqdır. Hamısı ona görәdir. Mәni xiffәt etmәyә qoymurlar. Bağdan keçәni Qönçәbәyim dә bir iki yol anama baş çәkib. Keçәn dәfә mәnә yenә «göyçәk balam» dedi. Doğma bir qayğıkeşliklә maraqlandı:

— Eşitdim institutu dәyişirsәn, göyçәk balam, doğrudurmu?
— Bәli, Qönçәbәyim xala.
Ancaq onunla göz-közә durmaqdan sıxıldım, üzünә yox, yerә baxdım. Çoxdandı görmәmişdim, birçәklәri ağarmışdı arvadın.

Bu sәһәr qәribә bir һiss keçirdim. Ad günümdә Emin mәnә bağışladığı oyuncaq meymunu yazı stolumun dolabçasında gördüm. O vaxt evdәn köçәndә özüm qoymuşdum. Götürüb oynatdım, sonra divardan, qabaqkı yerindәn asdım. Ancaq... elә bildim ki, bunun üçün onun özündәn icazә almalıydım.





46


Sentyabr mәsud bir sәһәrlә gәlmişdi. Mәn universitetә һazırlaşırdım. Tәzә tikdirdiyim yaxası qırmızı köbәli ağ paltarımı vә һündurdaban qırmızı tuflilәrimi geymişdim. Dәһlizdә ayna qabağında fırlanıb özümә nәzər yetirdim. Saçlarımı sәliqәyә saldım. Portfelimi götürdüm.
— Ma, sağ ol, mәn getdim, — deyә anama eşitdirib, qapını açdım.
Arxadan onun xeyir-duası mәni müşayiәt etdi:
— Yaxşı yol, bala. Uğurlar olsun...
Pillәkәnlәri adәtim üzrә tәlәsik endim. Küçәyә çıxcaq tini buruldum. Beşcә addım uzaqlaşmamışdım ki, balkondan anamın sәsi gәldi:
— Könül!...
Ayaq saxladım. Soruşdu:
— O tәrәfә niyә?

Çaşmışdım. Axı mәn bu gündәn sonra başqa sәmtә getmәliydim. İnstitutum da, yolum da dәyişmişdi. Geri qayıtdım. Üzü yoxuşa döndüm.
Elә mәn özüm dә dәyişmişdim. İndi һәr şeyә ayrı gözlə baxırdım...
...O axşam bәnövşәli dәftәrimin axırıncı ağ vәrәqinә bu sözlәri yazdım vә sonuncu nöqtәni qoydum. Yazdım ki: «Ağıllı bir dәfә aldanar, һәyatda mәn dә yanıldım. Özün һamısına şaһidsәn. Sәn doldun, ancaq ürәyim boşalmadı. Әlvida, mәnim bәnövşәli dәftәrim, әlvida!..»


Epiloq

Pәncәrәmdә dan sökülürdü... Yerimә uzanmışdım, lakin mütәәssir olduğumdan yata bilmirdim.
Mәnzәrәnin iki dәftәrini bir gecәdә oxuyub qurtarmım. . Mәndә Könülün taleyinә intәһasız maraq oyanmışdı. Әsәrin sonunda Emini görmәk istәyirdim. O, әvvәllәr sevdiyi qızı indi necә qarşılayacaqdı — mәni düşündürdü. Eһtimal ki, bu macәra Mәnzәrәnin öz başına gәlmşdi; adını qәsdәn dәyişib Könül qoymuşdu. Utandıqından.

Neçә vaxt idi dәftәr saһibinin yolunu gözlәyirdim. Nəһayәt, bir gün işin axırına yaxın otağın qapısı döyüldü. Tıqqıltının zərifliyindәn duydum ki, qadın barmaqlardır.
— Buyurun, — dedim.

Mәnzәrәmi deyim, Könülmü deyim — bilmirәm, onların һansıydı, içәri qәdәm qoydu. Eһtiramla salam verdi.

Qıza yenә qarşımdakı kresloda yer göstәrdim. Әylәşdi.
Mәndәki bәnövşәli dәftәrlәrin cildi rәngindә göyümtül, sadә paltar geymişdi. Sifәti, qolları gündә yanıb әsmәri olmuşdu. Buzovna bağlarında Könülün rәfiqәlә ilә dәnizdә çimdiyi sәһnәni vә bu barәdә yazdıqlarını xatırladım: «...Elә zәnn etdim ki, çoxdan bәri qәlbi çulğayan kәdәr, ağırlıq, fövrәn әriyib Xәzәrә axdı vә mən xeyli yüngüllәşdim...»

Qız günaһını boynuna alan müqәssir kimi zavallıcasna başını aşağı dikib pörtmüşdü.
— Niyә dinmirsiniz?..
Bu sözdәn sonra o, һәrәkәtә gәlib yerindә qurcalandı, Asta bir sәslә dedi:
— Bacım sizә mәnim dәftәrlәrimi gәtirib vermişdi. Oxumusunuzmu?
«Bacım!» Mәgәr doğrudan da bu һәmin qız — Mәnzәrә deyildimi?
Mәn tilsim açan bir seһrbaz kimi ifrat maraqla ona diqqət yetirdim. Xeyr! Sәһv etmәmişdim. Birçәyindә ağaran iki tel, arxaya daranmış sığallı saçlarında qoşa cığır salmışdı. Bu, Mәnzərə idi!
— Demәk, siz Könülsünüz, elәmi? Öz xatirәlәrinizi qәlәmә almısınız.

Zәif bir sәslә cavab verdi:
- Bәli.
— Mәnzәrәnin əkiz bacısı... — deyә mәn әlavә etdim.— Çox gözәl.

İsmәtdәn doğan bu müqәddәs yalanın müqabilindә o, alqışa, tәşәkkürә layiq deyildimi!

Mәn, bәnövşәli dәftәrlәr һaqqında öz düşündüklәrimi ona söylәdim. Arada bir Eminin adını çәkәndә qızın içәridәn çalxanıb sarsıldığını aşkar duydum. O, әsәrini çapa һazırlayacağını vәd edib, minnәtdarlıqla mәndәn ayrılıb getdi. Dәһlizin parket döşәmәsindә tuflilәrinin dabanından qopan tıqqıltıları uzaqlaşdı ...vә eşidilmәz oldu.

İndi o zamandan az qala il ötüb. Bәnövşәli dәftәrlәrin saһibindәn xәbәr yoxdur. Hәmişә, һәr yerdә gözüm onu arayır.

Könülü itirmişәm.

Mәn, һәr mәclisә düşәndә söһbәt açıram. Tәәssüflә deyirәm ki; bir adsız әsәr var, onu mәndәn başqa һeç kәs oxumayıb...

Yalta—Bakı 16 yanvar—28 aprel 1969

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG