Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:33

Qahirənin mərkəzində nümayiş keçirilir


Qahirə Təhrir meydanı
Qahirə Təhrir meydanı
Misir prezidenti Mohammad Morsinin tərəfdarları bu gün Qahirədə ona dəstək olaraq nümayişə çıxıb.

Yeni konstitusiya layihəsinin təsdiqi ölkədə etirazları daha da dərinləşdirib.

Dünən paytaxt Qahirə və ölkənin digər şəhərlərində konstitusiya layihəsinə yenidən baxılması tələbi ilə etiraz aksiyaları keçirilib.

Misirin Təsis Yığıncağı xristian və liberalların baykotuna baxmayaraq, cümə günü yeni konstitusiya layihəsini təsdiqləyib.

Morsinin rəqibləri hesab edir ki, yeni konstitusiya ölkədəki azlıqların hüquqlarını məhdudlaşdırır.

Qeyd edək ki, yeni konstitusiya layihəsindəki bəndlərdən birində ölkədə şəriət qanunları tətbiq edilməsi nəzərdə tutulur.

Müxalifət prezidentin təmsil olunduğu islamçı "Müsəlman qardaşları" hərəkatını özünə münasib konstitusiya hazırlamaqda ittiham edir.
XS
SM
MD
LG