Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:57
-
Jurnalist İdrak Abbasov yenə təzyiqlərlə üzləşə biləcəyindən narahatdır.

O, AzadlıqRadiosuna bildirib ki, noyabrın 30-u səhər saatlarında 3 nəfər naməlum şəxs evlərinin şəkillərini çəkib və tez də ərazidən uzaqlaşıblar:

«Noyabrın 30-u səhər saatlarında 3 nəfər naməlum şəxs bizim və atamgilin evlərinin şəkillərini çəkiblər. Mən həmin vaxt xəstəxanada olmuşam. Yoldaşımın dediyinə görə, ağ cipdə gələn 3 nəfər tez də ərazidən uzaqlaşıb. Bilmirik bizi yenə niyə çəkirlər, nə baş verir».

Jurnalist bu barədə Binəqədi rayon Polisi İdarəsini məlumatlandırdığını deyir:

«Dekabrın 1-də rayon polis idarəsinin 40-cı bölməsindən gəlib bizim ərizələrimizi götürdülər. Gözləyirik görək nə olacaq?».

Binəqədi rayon Polis İdarəsinin 40-cı bölməsindən AzadlıqRadiosuna şikayətlə bağlı araşdırmalara başlandığını bildiriblər.

İdrak Abbasov 2012-ci il aprelin 18-də Dövlət Neft Şirkətinin (ARDNŞ) təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni çəkərkən döyülüb. Xəsarət alan müxbir bir müddət xəstəxanada müalicə alıb. İstintaq onu zərərçəkən kimi tanıyıb. Ancaq onu döyənlər hələ tapılmayıb. Müxbir sonuncu dəfə noyabrın 23-də əməliyyat olunub. Hazırda o, ev şəraitində müalicə olunur.

ARDNŞ-də yaradılan komissiyanın mayın 23-də açıqladığı məlumatda qeyd olunur ki, izahatları alınan təhlükəsizlik idarəsinin əməkdaşları jurnalistin kim tərəfindən vurulduğunu xatırlaya bilməyiblər. Onlar bunu o anda həm dava etdikləri, həm də müdafiə olunduqları ilə izah ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG