Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

“Moody's” Avropa Sabitlik Mexanizminin reytinqini aşağı salıb


Beynəlxalq reytinq agentliyi olan “Moody's” Avropa Birliyinin sabitlik mexanizminin reytinqini 1 pillə aşağı salıb.

Agentliyin nümayəndələri bunun iqtisadi cəhətdən avrozonada ikinci olan Fransanın reytinqinin düşməsi ilə bağlı olduğunu deyirlər.

Fransa sabitlik mexanizminin ən vacib təminatçılarından biridir.

Bu mexanizmin əsas sponsoru olan Almaniyanın reytinqi isə hələlik yüksək olaraq qalır.

Avropa sabitlik mexanizmi dərin borc böhranı ilə üzləşmiş Yunanıstan, İspaniya,
Portuqaliya və İrlandiya iqtisadiyyatının xilasında əsas vasitə hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG