Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51
ABŞ Dövlət katibi Hillary Clinton İsrailin Şərqi Qüds və İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini davam etdirmək qərarını tənqid edib.

O bunun İsrail-Fələstin danışıqlarının bərpasına yönəlmiş səylərə zidd olduğunu deyib.

Hillary Clinton belə bir bəyanatla cümə günü Vaşinqtonda İsrailin xarici işlər naziri Avigdor Lieberman və müdafiə naziri Ehud Barakın iştirakı ilə keçirilən görüşdə çıxış edib.

İsrail bu addımı BMT-nin Baş Assambleyasında Fələstinlə bağlı keçirilən səsvermədən sonra atıb.
Assambleyanın əksər üzvü BMT-yə üzv olmayan Fələstin Muxtariyyətinə “müşahidəçi dövlət” statusu verilməsini dəstəkləyib.

Fələstin bundan əvvəl BMT-də yalnız müşahidəçi kimi təmsil olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG