Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:26

Məhərrəm Əliyev Prezident Administrasiyasına gətirildi


Məhərrəm Əliyev
Məhərrəm Əliyev
-
Noyabrın 30-da Prezident İlham Əliyev Məhərrəm Əliyevi prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edib. Prezident başqa sərəncamla ona general-leytenant hərbi rütbəsi verib və bununla da Məhərrəm Əliyev həqiqi hərbi xidmətə qəbul edilib.

Məhərrəm Əliyev uzun illər Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. Bu vəzifədən azad edildikdən sonra Tacikistanda səfir işləyib.

VAHİD ƏLİYEV DƏ MÜAVİN OLDU

İlham Əliyev başqa bir sərəncam da verib. Vahid Əliyev Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Bir gün öncə - noyabrın 29-da Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib. İlham Əliyev Administrasiya rəhbəri Ramiz Mehdiyevə 3 müavin təyin etmişdi: Əli Əsədov, Novruz MəmmədovZeynal Nağdəliyev.

RAMİZ MEHDİYEV KƏNARLAŞDIRILIR?

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu baş verənləri belə şərh edir:
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

«Burda ən cəlbedici hadisə Prezident Administrasiyası rəhbərinin 4 müavini postunun təsis olunmasıdır. Bununla da prezident administrasiya rəhbəri Ramiz Mehdiyevi de-fakto işdən kənarlaşdırmış olur. Dörd yeni müavin müxtəlif sahələri kurasiya edəcəklər. Biri müdafiə, digəri xarici əlaqələri və s...».

Ərəstun Oruclu deyir ki, son hadisələrin iki səbəbi ola bilər:

«Əvvəla yaşlı olan Ramiz Mehdiyevin səhhəti ilə bağlı məlumatlar yayılırdı. Bundan başqa, Ramiz Mehdiyev Rusiyaya xüsusi loyallığı ilə seçilirdi. Amma Rusiya son zamanlar Azərbaycan üçün xoş olmayan sürprizlər hazırladı. Məsələn, «Milyarderlər İttifaqı» və sairə. Bu məqamda İlham Əliyev Ramiz Mehdiyevin dayaqlarını zəiflətməyə məcbur qaldı. Ancaq yaşlı Mehdiyevin mövqelərindən asanlıqla geri çəkiləcəyini güman etmirəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG