Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:31

Ağdaş şəhər olur, Ərçivan qəsəbə


-
Noyabrın 30-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Parlamentin saytında yerləşdirilən məlumatda deyilir ki, iclasda «Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə» məsələ müzakirə edilib.

Qanun layihəsinə görə, Ağdaş şəhərinin inzibati ərazisi genişləndirilir. Bu şəhərə bitişik olan Məşəd kəndi bütövlükdə, Yuxarı Qəsil, Dəhnəxəlil, Aşağı Zeynəddin və Qaradağlı kəndlərininsə bir hissəsi Ağdaşa birləşdirilməsi təklif olunur. Bu ərazilər birlikdə 1237 hektar edir. Bununla da Ağdaş şəhərinin ümumi inzibati ərazisi 2307 hektara çatmalıdır.

Komitə iclasında Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusu verilməsi də müzakirə edilib.

Qanun layihələri Milli Məclisin plenar iclasına baxılmaq üçün təqdim ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG