Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:10

TIME jurnalından iddia: «Azərbaycan üzərindən Suriyaya vertolyot daşınır»


Foto: Arxiv

Foto: Arxiv

-
Noyabrın 27-də YouTube-da yayılan klipdə Rusiya istehsalı olan Suriya hərbi vertolyotunu qiyamçıların vurduğu görünür. Bu barədə ABŞ-da çıxan TIME jurnalı yazıb.

KLİPDƏN ƏVVƏL SƏNƏDLƏR ÇIXIB

Klip yayılandan bir gün əvvəl Suriyanın Xarici İşlər Nazirliyindən oğurlandığı bildirilən sənədlər açıqlanıb.

ProPublica araşdırmaçı xəbər təşkilatının ilk dəfə yaydığı sənədlərdə Moskvanın Dəməşqə 240 ton yeni çap olunmuş Suriya pulu göndərməsinin ayrıntıları verilib. Rusiya hökuməti bu pulları Assad rejimi üçün çap etdiyini açıqlayıb. İkinci sənəd yenilənmiş vertolyotların dörd dəfəyə göndərilməsinin uçuş planıdır. Bu vertolyotlar Moskvadan Suriyaya göndərilmək üçün nəzərdə tutulub.

Sənədə görə, bu yüklərin əvəzi nağd pulla ödənib, İran, İraq və Azərbaycandan keçən dolayı marşrut Suriyaya silah embarqosu qoymuş ölkələrin hava məkanından yayınmaq imkanı verir.

«Bu yük Suriyaya arxa qapıdan çatır». Bunu Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun silah daşımaları üzrə eksperti Hugh Griffiths deyir.

ABŞ İRAQA TƏZYİQİ ARTIRAR

İyunda ABŞ Dövlət katibi Hillary Clinton Rusiyanı Suriyaya qırıcı vertolyotlar göndərməkdə suçlamışdı. ABŞ rəsmiləri də Rusiyaya Suriya rejiminə silah satdığına görə xəbərdarlıq edib.

TIME açıqlanan sənədlərin surətini Rusiyanın dövlət silah satışı şirkətinə – «Rosoboronexport»a göndərib, ancaq sonuncu şərhdən imtina edib. Ancaq bundan əvvəl şirkət Suriya üçün köhnə müqavilə əsasında vertolyotlar təmir etdiyini bəyan etmişdi. Rusiyanın bildirdiyinə görə, həmin saziş ABŞ, AB və ərəb dövlətlərinin sanksiyalarından asılı olmayaraq, onun üzərinə öhdəlik qoyub.

TIME yazır ki, beynəlxalq hüquq da bu ölkələrə qarşı deyil. Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya sanksiyalarını önləmək üçün üç dəfə veto hüququndan istifadə edib. Rusiyanın Suriyaya vertolyot göndərməsi siyasi həssas məsələ olsa da, tamamilə qanunidir.

Ancaq həmin sənədlərin açıqlanması Rusiya və Suriyaya yeni problemlər yarada bilər. Məsələn, ABŞ İraqa təzyiq göstərə bilər ki, Rusiya yüklərinin öz hava məkanından keçməsinə icazə verməsin. Rusiya da Dəməşqə yeni marşrut axtarmağa vadar olar.

Bəs Azərbaycana hansı təzyiqlər ola bilər?

Məsələyə Azərbaycan rəsmilərinin mövqeyini almağa çalışırıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG