Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

Misirdə yeni Konstitusiya layihəsi qəbul olunub


Misirdə yeni Konstitusiya layihəsi qəbul olunub.

Tərkibi əsasən Müsəlman Qardaşları və islamçılardan olan komissiya üzvləri 234 maddəlik layihəyə səs veriblər.

Bundan sonra sənəd prezident Muhammad Morsiyə göndəriləcək. Morsi sənədi təsdiq edərsə, iki həftə ərzində yeni Konstitusiya üçün referendum keçiriləcək.

Yeni Konstitusiyaya görə, prezident ancaq iki dəfə olmaqla 4 illik seçilir. Liberallar, solçular və xristianlar səsverməni baykot ediblər.

Bu gün müxalifətin cümə namazından sonra Morsi əleyhinə böyük aksiya keçirəcəyi gözlənilir.
XS
SM
MD
LG