Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31

Dəməşq aeroportuna gedən yollar bağlanıb


Müxalifətlə Assad qoşunları arasındakı döyüşlərlə bağlı Dəməşq aeroportuna gedən yollar bağlanıb. Bu haqda suriyalı fəallar məlumat verib.

Məlumata görə, Dəməşqin şərqində ordu indiyə qədər görünməmiş şiddətli hücuma başlayıb.
Dəməşqdə internet kəsilib, telefon əlaqəsi zəifləyib. İnformasiya naziri bütün bunlara görə terrorçuların məsuliyyət daşıdığını bildirib.

Dünən Dəməşqin cənub-şərqindəki Durzi və xristian məhəllələrində baş verən iki partlayış nəticəsində azı 34 nəfər ölüb, çoxlu yaralılar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG