Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:19

Fələstin BMT-də müşahidəçi dövlət statusu aldı


Fələstin Muxtariyyatının prezidenti Mahmoud Abbas və nümayəndə heyəti BMT Baş Assambleyasının qərarını alqışlarla qarşılayıb
Fələstin Muxtariyyatının prezidenti Mahmoud Abbas və nümayəndə heyəti BMT Baş Assambleyasının qərarını alqışlarla qarşılayıb
-

Fələstin BMT-də müşahidəçi dövlət statusu alıb. Bu barədə qətnamə BMT Baş Assambleyasının noyabrın 29-u keçirilən iclasında qəbul olunub.

138 ölkə, o cümlədən, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiya, Fransa, Çin qərar layihəsinin lehinə səs veriblər.

9 ölkə, o cümlədən, ABŞ, Kanada, İsrail, Panama, Çex Respublikası Fələstinə BMT üzvü olmayan müşahidəçi dövlət statusu verilməsinə qarşı çıxıb. Böyük Britaniya, Almaniya da daxil olmaqla 41 ölkə bitərəf qalıb.

Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır.

MÜŞAHİDƏÇİ STATUS NƏ VERƏCƏK?

Müşahidəçi dövlət statusu fələstinlilərə İsrailə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək imkanı verəcək.

Qətnamədə Yaxın Şərqdə sülh prosesinin dərhal davam edilməsinə çağırılır. Fələstinlə İsrail arasında ədalətli və davamlı sülhə nail olunmasının vacibliyi qeyd edilir.

Qərardan sonra yüzlərlə fələstinli Ramallahda küçələrə çıxaraq, bayram edib.

Keçən il tam üzvlük üçün müraciət edən fələstinlilərin müraciəti BMT Təhlükəsizlik Şurasında qəbul olunmamışdı. UNESCO-da isə qəbul edilmişdi.

Qərardan sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rice deyib ki, Fələstinin müşahidəçi dövlət statusu alması sülh üçün böyük maneə olacaq.

Fələstin hakimiyyətinin lideri Mahmoud Abbas qeyd edib ki, İsraillə danışıqlara hazırdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG