Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:38

Beynəlxalq Atom Enerjisi Agentliyi Tehran görüşünə ümidlə yanaşır


Beynəlxalq Atom Enerjisi Agentliyi ümid edir ki, gələn ay Tehranda keçiriləcək görüş İranın nüvə proqramı ilə bağlı diplomatik səyləri gücləndirəcək.

Agentliyin rəhbəri Yukiya Amano dekabrın 13-də İrana nümayəndə heyəti göndəriləcəyini bildirib.

Agentlik beynəlxalq müfəttişlərin İranın Parchin obyektinə buraxılmasına şərait yaradılmasını istəyir.

Yukiya Amano məsələnin diplomatik yolla həlli yolunun hələ ki tükənmədini qeyd edib və İranı bundan istifadı etməyə çağırıb.

O indiyədək aparılan danışıqların hələ ki, heç bir nəticə vermədiyini deyib.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG