Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:15

Tarkovskinin arxivi 2,4 milyon dollara satıldı


Andrey Tarkovski, 1973
Andrey Tarkovski, 1973
-

Məşhur rus rejissoru Andrey Tarkovskinin arxivi Londondakı Sotheby's hərracında 2,4 milyon dollara satıldı.

Arxivə onun məktubları, qeydləri, qaralamaları, ssenariləri, kitabları, şəxsi fotoları və kino haqda düşüncələrini bölüşdüyü audioyazılar daxildir.

Arxivi Rusiya təmsilçisi alıb və bütün materiallar rejissorun Yuryevets şəhərindəki ev muzeyinə verilib.

Satış qiyməti proqnozu xeyli üstələyib. Arxivin bundan xeyli ucuz - 80-100 min funt sterlinqə satılacağı gözlənilirdi.

Arxivi hərraca kinoşünas və Tarkovskinin tələbəsi Olqa Sokurova çıxarmışdı.

RİA Novosti-yə istinadla oxuzali.az
XS
SM
MD
LG