Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:05

Rastovda məhbusu döyən həbsxana işçiləri saxlanıb


Rusiyanın Rostov vilayətində məhbusu döyən həbsxana işçilərinə qarşı cinayət işi qaldırılıb.

İnternetlə yayılmış videogörüntüdə formada olan bir neçə nəfərin məhbusun üstünə düşdüyü, onu amansız döydüyü görünür.

Döyülənin hücuma görə 3 il yarım iş almış 20 yaşlı məhbus olduğu bildirilir.

Məlumatlara görə o saxlanma şəraitinə etiraz olaraq həbsxana paltarını geyməkdən imtina edib.

Müəyyən edilib ki, məhbusu həbsxananın 6 əməkdaşı döyüb.
Onlardan 3-ü artıq saxlanıb.
Onlara 10 il iş kəsilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG