Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:51

«Pussy Riot»un klipləri «ekstremist» elan edildi (Video)


Moskva məhkəməsi «Pussy Riot»un videosunu «ekstremist» hesab edir
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Moskva məhkəməsi «Pussy Riot»un videosunu «ekstremist» hesab edir

-

Moskva məhkəməsi “Pussy Riot” musiqi qrupunun kliplərini "ekstremist" elan edib.

Buna görə də həmin kliplərə İnternetdə baxış qadağan ediləcək. Məhkəmə hesab edir ki, kliplər bəzi dini icmaların heysiyyatına toxunur.

Qrupun iki üzvü hazırda həbsdədir, biri isə (Yekaterina Samutseviç) bu yaxında azadlığa buraxılıb.

Onları bu ilin fevralında Moskvadakı pravoslav kilsəsində Rusiya lideri Putinin əleyhinə mahnı oxumaqda ittiham ediblər.

Pravoslav kilsəsi qrupun üzvü olan qızların mehraba çıxıb mahnı oxumalarını dindarların heysiyyatının alçaldılması kimi qiymətləndirir.

Samutseviç deyib ki, onların kliplərini ekstremist elan edən məhkəmə hökmündən yuxarı instansiyaya şikayət edəcəklər. “Bu, sənət əsərlərinə qarşı yönəlmiş senzuradır” – deyə o bildirib.

Rusiyada bu yaxında qəbul edilmiş qanun İnternetdə bəzi materiallara girişi qadağan etməyə icazə verir.

oxuzalı.az
Rusiya - "Pussy Riot" qrupunun üzvləri Moskvadakı kilsədə Putinə qarşı mahnı oxuyur, 21 fevral, 2012
Rusiya - "Pussy Riot" qrupunun üzvləri Moskvadakı kilsədə Putinə qarşı mahnı oxuyur, 21 fevral, 2012
XS
SM
MD
LG