Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:51

Rəsmilər İranınla danışıqlarda irəliləyiş olmadığını deyirlər


Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələlərin hələ də həll olunmamış qaldığını deyir.

Agentliyin rəhbəri Yukiya Amano bu gün Vyanada direktorlar şurasının iclasında bu sahədə elə bir irəliləyiş olmadığını deyib.

O həmçinin qeyd edib ki, İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar bu məsələyə elə də təsir göstərməyib.

Agentlik İrandan, onun nüvə proqramının hərbi məqsədli olmaması ilə bağlı suallara cavab gözləyir.

Agentlik bu günlərdə bəyan edib ki, İran tezliklə Fordo zavodunda uran zənginləşdirilməsində istifadə olunan sentrafuqların istehsalını artıra bilər.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG